2012`nin fevralında Şəmkir hospitalında yatan vaxtlarımda - TopicsExpress



          

2012`nin fevralında Şəmkir hospitalında yatan vaxtlarımda venama iynə vuranda tibb bacıısna dedim, həkim mən venaya iynə götürmürəm, gəl vurma onu. Tibb bacısı dedi yox, sağalmaq istəyirsənsə, vurmalıyam, çək görüm kitelin qolunu. Dedim, yaxşı indi başa düşərsən. Tarazladı 10 qramlıq (deyəsən) iynəni venama. Damarı tuta bilmədi. Partladı damar. İynəni çıxartdı. Artıq damarımın partlaması və qan axması barəəd siqnal sinirlərə ötürülüb, beyin çevrilir )) Tibb bacısı da qayıdasan ki, dayan o birisi qoluva vurum. Dedim, nəə?? Mənim qıcolmalarım başlayır indi, sən deyirsən, o biri damara vurum? Nəysə, vurmağa qoymadım, gəldim palataya. 5-10 dəqiqə qapı ilə pəncərə arasında o baş-bu başa gəzdim. Qan gördükcə, damarım incindikcə dəhşətli əsəb gərginliyi keçirtirdim. Təzadlı vəziyyət orasında idi ki, damarımı partlatdığına və azca qan axdığına görə sinirlərim qıcıqlandığı üçün pəncərənin lay şüşəsinə açıq əllə şapalaq vurdum. Pəcərə cırıq-cırıq olmuşdu. Əlim qan götürdü, xırda-xırda şüşə qırıqları batmışdı. Əlimi qan içəndə görəndə sinirlərim zəncirini qırmış quduz köpəyə döndü. Necə bağırdımsa, o biri palataların əsgərləri, həkimlər tökülüşb gəldi. 10-12 adam tökülüşüb üstümə tutub uzada bilmirdi. Bilmirəm, niyə belədir, amma əsəblərim oyananda fiziki gücün artdığını müşahidə edirəm. Axırda da elə, özüm söndüm. İki quluncumun arasından elə bil xəncər saplandı. Nöqtə boyda bir yerdə kəskin ağrı hiss elədim. Ayaq üstdə dura bilmədim, çökdüm yerə, götürüb uzatdılar çarpayıya, bir relanium və şirin yuxular.. Ondan sonra dəfələrlə belə əsəbləşəndə həmişə o nöqtədə kəskin ağrı olur, iflic oluram bir öv, hərəkət edə bilmirəm. Ya da o qədər kəskin ağrı olur ki, heç cür tərpənə bilmirəm. Bir dəfə də belə olanda san-çastda idim. Bir sutka yerimdən tərpənə bilmədim, uzanıqlı qaldım elə. Elə bil orda bədənimin sensor qəbul edicisi var. Özümdən çıxanda, sanki kimsə pultu ora tuşlayıb, məni off moduna keçirtir :))
Posted on: Sun, 30 Jun 2013 10:12:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015