40 il əvvəl, 11 sentyabr 1973-cü ildə Çilidə ABŞ-ın - TopicsExpress



          

40 il əvvəl, 11 sentyabr 1973-cü ildə Çilidə ABŞ-ın (MKİ-nin) dəstəyilə faşist çevrilişi baş verdi. (Kolen Pauel və başqa ABŞ rəsmiləri son illər öz əməllərini etiraf ediblər.) Dövlət çevrilişi nəticəsində xalq tərəfindən seçilmiş legitim sosialist-prezident Salvador Alyende hökuməti devrilmişdi. Hərbi çevrilişi bilavasitə MKİ hazırlamışdı və həyata keçirmişdi. Alyende mis yataqlarını milliləşdirmişdi və bununla ölkəsinin sərvətinə ağalıq edən transmilli şirkətləri qorxuya salmışdı. Onlar öz növbələrinin çatmasından bərk narahat idilər. Və Alyendeyə qarşı aparılan üç illik təxribatdan sonra açıq aşkar hərbi çevriliş edildi. Hərbçilərin bütün ultimatumların geri çevirən Alyende iş yerini tərk etmir və ətrafında yığışmış tərəfdarlarına nahaq yerə ölməmək üçün getmələrini təklif edir. Onunla könüllü olaraq 40 nəfər qalır. Sözsüz ki, onların ordunun tanklarına, hərbi təyyarələrinə qarşı vuruşmağa gücü çatmazdı. Prezident sarayı bombalanmağa başlayanda Alyende orada olan iki qızını (biri hamilə olur) bir təhər razı salır ki, sarayı tərk etsinlər... Sonra digərlərini də dilə tutur, deyir ki, “artıq təslim olmaq lazımdır, gəlin çıxaq, siz çıxın mən də kabinetdən bəzi sənədləri götürüb gəlirəm”. Hamı çıxandan sonra Alyende qışqırır: “Alyende təslim olmur”. Sonra avtomat atəşi eşidilir. Bir fərziyəyə görə o, intihar edir, başqa bir fərziyəyə görə onu güllələyirlər... Şüurlu Çili əməkçiləri də mübarizəsiz boyun əymirlər, onlar bütün günü zavodlarda, fabriklərdə orduya müqavimət göstərirlər. ABŞ-ın dəstəyilə Çilidə general Pinoçetin hərbi-faşist diktaturası qurulur, 11 sentyabrdan sonra kütləvi repressiyalar başlayır, həqiqi sosialistlər, kommunistlər öldürülür. Pinoçetin diktaturası zamanı 60 mindən çox itkin düşüb. P.S.Nə vaxtsa Azərbaycanandada belə lider olacaq amma biz o günləri görmüyəciy
Posted on: Wed, 11 Sep 2013 07:12:17 +0000

Trending Topics



le="min-height:30px;">
“Jesus Unmasked” Will Silence Any Bible Critic Todd Friel
One of the greatest mistakes in a relationship is to always
Acontinuacion quiero compartir contigo una historia muy bonita, ¡
In today’s day and age, you’re forty when you’re 30 and 35
This family really needs help. For nine months they were really
Florence looked frail, and frankly, a bit tipsy when I saw her at

Recently Viewed Topics




© 2015