A vitamini Yararları : Uşaqların böyüməsinə yardım - TopicsExpress



          

A vitamini Yararları : Uşaqların böyüməsinə yardım edir.Susuzluğa qarşı dözümü artırır.Saglam dəri , dırnaq və saçlar üçün vacibdir.Diş, diş əti və sümük üçün vacib rol oynayır.Normal görmə və gecə görməyə xeyirli təsir edir. İmuniteti gücləndirir. Ağciyər, mədə, sidik–ifrazat sistemi və digər orqanların qoyuyucu epitelinin möhkəmliyinə təsir edir. Xərçəng, katarakta ,damar sərtliyi kimi xəstəliklərin qarşısınin alınmasında rol oynayır. Şiş hüceyrələrinin çoxalmasına mane olur. Yaşlandıqca təsiri artan kollagenaza enziminin təsirinin qarşısını alır. Hansı qidalarda var : Süd,yumurta sarısı ,kərə yağı, pendir, xurma , çiyələk ,təzə lobya, mərcimək, portağal, kök, qreyfut ,armud, alma, kartof,pomidor, cəfəri, ispanaq , kərəviz, kələm, xurma, badımcan,qoyun əti, mal əti , toyuq əti, ton və morina balıqlarının qaraciyər yağında tapılır (balıq yağı).Sarı-narıncı meyvə-tərəvəzdə A vitamininin ön maddələri (alfa karotin), yaşıl yarpaqlı ,sari səbzələrdə və taxıllarda isə beta karotin olur. Əksikliyi nələrə yol açır : A vitamini çatışmazlığı gözdə və dəridə keratoz,kseroftalmiya (goz ağı və buynuz qişanın parlaqlığını itirərək quruması) folikulyar hiperkeratoz (dəri xəstəliyi) və gecə korluğuna yol aça bilər. İmmun sistemin zəifləməsi,infeksiyalarla meylli hala gəlməsi, sizanaqların çoxalması, yorğunluq,diş,diş əti və sümüklərdə deformasiyalar A vitamini əksikliyinin yol açdığı problemlərdəndir. B 1 vitamini (Tiamin) Yararları : Digər B qrupu vitaminləri ilə birgə vücudun ,xususilə beyinin enerji hasilatında vacib rol oynayır.Bu vitamin əsasən şəkər xəstəliyi,toxumaların sərtləşməsi,sinir xəstəliklərinin qarşısının alınmasında istifadə olunur və insanın zehni fəaliyyətinə yardım edir. Mərkəzi sinir sisteminin fəaliyyətində önəmli rol oynayır.Qan hüceyrələrinin əmələ gəlməsini ,qan dövranının sağlıqlı şəkildə fəaliyyət göstərməsini,karbohidratlardan enerji hasil olunmasını,ürək və həzm sisteminin əzələlərinin tonusunun qorunmasında açar rolu oynayır. Hansı qidalarda var: Buğda,kəpək,arpa,göyərti,quru lobya,yumurta,qırmızı düyü,dəniz məhsulları,meyvə-tərəvəzlər B1 qaynağıdır.Tərəvəzlərin bişirilməsi,südün qaynadılması, sterilizə edilməsi çox miqdarda tiaminin itirilməsinə səbəb olur.Buna görə də pasterizə olunmuş süddə az olur. Əksikliyi nələrə yol açır : B1 vitamini çatışmadıqda Wernike – Korsakoff sindromu əmələ gəlir.Ciddi beyin xəstəliyi olana bu sindrom alkoqol istifadəsi və B1 çatışmazlığı birgə görüldükdə rast gəlinir.Yüngül dərəcəli tiamin əksikliyi isə yorğunluq , depresiya,gözlərdə gücsüzlük,zehnin bulaniqlığı, yorğunluq, başağrısı, müvazinətin pozulması,iştahın azalması, həzmin pozulması, qəbizlik, sinir sistemi və qan dövranı patologiyaları, əzələ krampları,ödem kimi narahatlıqlara yol açır. B1 vitamininin uzun müddətli çatışmazlığında “ Beri-beri “ adlanan ,mərkəzi sinir sisteminə zədələyici və bəzən ölümcül təsir edən xəstəlik əmələ gəlir. B1 çatışmazlığına həmçinin oral qəbul olunan antibiotiklər,sulfanilamidlər,antiasidlər,hamiləlik əleyhinə preparatların qəbulu da səbəb olur.Karbohidratlarla zəngin pəhrizlələ qidalanan insanlarda B1 ehtiyacı artır. B2 vitamini (riboflavin ) Yararları : Enerji hasilatı,enzim funksiyası,normal yağ turşuları,aminoasid sintezi üçün vacibdir.A vitamini ilə birgə istifadə olunduqda tənəffüs ,həzm,qan dövranı sistemlərinin mukozasının sağlamlaşmasını təmin edir. İnfeksion, alkoqolizm, miqren, katarakta,oraqvari hüceyrə anemiyasının,mədə,qaraciyər xəstəlikləri,yanıqların müalicəsində istifadə olunur.Sinir sistemi, dəri və gözləri qoruyur.Normal böyümə və inkişafa yardım edir.Kalorisi zəif dieta ilə qidalananlar, hamilə və süd verən qadınlar,alkoqol və digər maddə asılılığı olanlar, xroniki xəstəliyi olanlar,uzun müddət stress altında olanlar,əməliyyatdan yenicə çıxmış xəstələr,idmançılar,həzm sistemi kanalının bir qismi əməliyyatla alınmış insanlar,ağır yanıq və yarası olan xəstələr,hamiləlik əleyhinə preparat və estrogen preparatı istifadə edənlər bu vitamininə daha çox ehtiyac hiss edirlər. Hansı qidalarda var : Açıq yaşıl rəngli səbzə və meyvələrdə , badam, buğda, arpa mayası, pendir,toyuq, böyrəkdə olur . Əksikliyi nələrə yol açır : Ağır B2 əksikliyinə nadir hallarda rast gəlinir. Alkoqol asılığı olanlarda görülür. Yaşlıların 33%ində riboflavin əksikliyi görülür.Ümumilikdə riboflavin əksikliyi ağız bucağınada çatlaqlar, dil və dodaqlarda iltihablanmalar , gözlərdə yanma ,qaşıntı,işığa həssaslıq, sərsəmlik, yuxusuzluq, zehni zəifliyə yol açır. B 3 vitamini (niasin,niasinamaid,nikotinamid) Yararları : Qan dövranını nizamlayır,dərini sağlamlaşdırır,sinir sisteminin normal işləməsinə yardım edir.Şizofreniya və digər zehni xəstəliklərə müalicəvi təsiri təstiqlənmişdir.İnsulin və estrogen, progesteron, testosteron kimi cinsi hormonlarının sintezi üçün həyati rol oynayır.Son dövrlərdə qandakı yüksək xolesterol və triqliseridlərin miqdarını normallaşdırmaq üçün həkimlər tərəfindən rahatlıqla istifadə edilir.Lakin doza nizamına mütləq həkim qərar verməlidir. Hansı qidalarda var :Ət, brokoli, kök, pendir, qarğıdalını,yumurta,balıq, süd, kartof, pomidorun tərkibində vardır. Orqanizm süd və yumurta zülalından niasin hazırlaya bilir. Əksikliyi nələrə yol açır :B3 vitamini əksikliyi zamanı “Pellagra” xəstəliyi meydana çıxır ki bu da sinir və həzm sisteminin funksiyasıının pozulması,ishal, zehnin bulanıqlığı, depresiya və ağır dermatit kimi ağırlaşmalarla müşayət olunur. B 5 vitamini ( pantotenik asid) Yaraları : Antistres vitamini olaraq tanınır. Depresiyanı aradan qaldırır, həzm sisteminin normal çalışmasına, qidanın enerjiyə çevrilməsinə, böyrəküstü vəzinin normal fəaliyyətinə ,enerji mübadiləsinə yaraların tez sağalmasına yardım edir. Allergiya ,qaraciyər sirrozu, alkoqolizm,qəbizlik, yorğunluq, osteartrit, revmatoidli artritin müalicəsində önəmli yer tutur.Xolesterol,D vitamini,qırmızı qan hüceyrələri və anticismlərin yaranması üçün vacibdir. Normal böyümə və inkişafa dəstək olur. Hansı qidalarda olur :Mal əti ,qaraciyər, balıq,toyuq, pendir, yumurta,lobya,taxıllar, avakado,kartof,çərəzlərdə tapılır. Əksikliyi nələrə yol açır : B 5 əksikliyinin səbəb olduğu heç bir xəstəlik aşkarlanmamışdır.Səbəbi hər cür qidada bu vitaminin tapılmasıdır.Lakin bu vitaminın çatışmazlığı tənəffüs ,dəri problemləri ,allergiya, artrit,zehni yorğuluq,yuxu pozulamaları,baş ağrıları,əzəzlə spazmları,kramplar kimi narahatlıqlarla özünü göstərir. B6 vitamini (pirirdoksin) Yararları : Digər vitaminlərdən daha artıq həyati funksiyaları dəstəkləyir.Karbohidrat,yağ,zülal mübadiləsində rol oynayır. Hormonlar,qırmızı qan hüceyrələri,sinir hüceyrələri və enzimlərin yaranmasına yardım edir.Bu vitamin iştahı ,ağrıya qarşı həssasiyəti,yuxu tsiklini,ruh halina təsir edən serotonin maddəsinin əmələ gəlməsində də rol oynayır.İmmun sistemini gücləndirir, xolesterol toplanmasının qarşısını alaraq ürəyi qoruyur,böyrək daşı,əmələ gəlməsinin qarşısını alır.Karpal tunel sindromu,adət öncəsi gərginlik sindromu, artrit, allergiya,əzələ kramplarının müalıcəsində istifadə olunur.Ensefalopatiya və polinevrit xəstəliklərinin müalicəsində vacib rola malikdir.B6 vitamini dəmirin hemoglobinə birləşməsini tənzimləyən fermentin tərkibinə də daxildir. Hansı qidalarda olur :Banan,avakado,toyuq ,kartof,ispanaq,lobya,arpa mayası,kök, yumurta, balıq,kəpəkli çörək, çərəzlərdə tapılır. Əksikliyi nələrə yol açır :Nadir görülür. Dəri, həzm sistemi, sinir sistemində narahatlıqlar özünü göstərir.Dodağın ,dilin çatlaması, ekzama ,depresiya,qusma,anemiya,böyrək daşı, dermatit, immun sistemin zəifləməsi,keyləşmə kimi əlamətlər görülür.Yenidoğulmuşlarda əsəbilik ,narahatlıq,tutmalar görülə bilir. B 12 vitamini Yararları : Asetetilxolin sintezinin artırdığı və Altsheymer xəstəliyindən qoruyucu rolu olduğu hesab edilir.Pernisioz anemiyanın müalicəsində tətbiq olunur.Həzm kanalı üzvlərindən bir qismi cərrahi olaraq çıxarılmış xəstələrdə və vegetarianlarda yarana biləcək B 12 vitamini əksikliyinə bağlı əlamətlərin qarşısını alır.İmmun və sinir sistemini gücləndirir.DNT molekulu sintezində və qırmızı qan hücüyrələrinin yaranmasında rolu var. Hansı qidalarda olur :Qaraciyər,süd,yumurta ağı,pendir,balıq,ət,karidesdə bol miqdarda , bitkilərdə isə az miqdarda olur. Əksikliyi nələrə yol açır : Zehni və sinir sistemi funksiyaları pozulur,qulaq cingildəməsi, unutqanlıq,sabahlar yataqdan yorğun qalxmaq,hissiyatın pozulması,yaşlılarda depresiya əlamətləri olur.Yaşlandıqca B12 –nin sorulması üçün vacib olan mədə asidi azaldığına görə 50 yaşdan yuxarı insanlara bu vitaminin alınması vacibdir.65 yaşdan yuxarı kişilərin 40 %-ində B 12 əksikliyi görülür.Bu Alsheymer xəstəliyi kimi əlamətlər verə bilər,bu uzun müddət davam edərsə geridönməz sinir xəstəliklərinə gətirib çıxara bilər.Digər suda əriyən vitaminlərdən fərqli olaraq vücudda depolana bilir.Bu səbəbdən əksiklik əlamətlərinin ortaya çıxması illər çəkə bilər.Xüsusilə vegetaianların bu vitamini alması vacibdir.AİDS müalicəsində istifadə olunur. C vitamini Yararları : Toxuma bağlarının ana maddəsi olan kollagen zülalını sintez edir,immun,sinir , endokrin (hormonal) sistemin fəaliyyətinə təsir edir.Antioksidant təsirə malikdir və antioksidant olan E vitamininə çevrilə bilir.Xərçəng,ürək – damar xəstəlikləri, katarakta kimi xəstəliklərin ehtimalını azaltdığı müəyyən olunmuşdur. Hansı qidalarda olur : Sitrus meyvələrində bol miqdardadır. Banan,təzə tərəvəzlərdə, cəfəri, balqabaqda, soğanda, pomidorda, kələmdə, ispanaqda,yaşıl yarpaqlılarda ,bibərdə tapilir. D vitamini Yararaları : Nazik bağırsaqlardan kalsium və fosforun sorulmasını nizamlayaraq sümük inkişafına təsir edir. Raxitin qarşısını alır.Əzələ gərilmələrini aradan qaldırır.Sümük və dişlərin inkişafını tənzimləyir.Günəş şüaları az qəbul edən uşaqlar,yetərsiz qida alan,çox kalori sərf edənlər,55 yaşdan yuxarı insanlar,klimaksda olan,hamilə,süd verən qadınlar,alkoqol və narkotik istifadə edənlər,xroniki xəstəliyi olanlar,uzun müddət stress altında olanlar,yaxin zamanda əməliyyat keçirmiş olanlar,həzm traktı üzvlərinin bir qismi əməliyyatla alınmış olanlar,ağır yara və yanığı olan insanlar D vitamininə xüsusilə çox ehtiyacı var. Hansı qidalarda olur : Süd və süd məhsulları,ringa balığı,somon balığı,durna balığı,balıq yağında var. Əksikliyi nəyə yol açar : Raxit,sümük və oynaqlarda deformasiyalar,diş inkişafının pozulması,yorğunluq, osteomalyasiya, qabırğa,onurğa və ayaqlarda ağrı ,əzələ zəifliyi,spazmı görülür. E vitamini Yararları :Ən yaxşı antioksidantdır.Sərbəst radikalların əmələ gəlməsinə əngəl olaraq degenerativ xəstəliklərin qarşısını alır.İmmun sistemə dəstək olur.Timus vəzini ,alveolları,gözləri qoruyur.Sərbəst radikalların katarakta əmələ gətirməsinə mane olur.Yaşlanma ilə ortaya çıxan hafizə zəifliyinin qarşısını alır. Hansı qidalarda olur :Taxıllar,yaşıl tərəvəzlər,badam,günəbaxan yağı,soya yağı,qarğıdalı yağı,bugda ən yaxşı E vitamini deposudur. Əksikliyi nəyə yol açar : Nadir görülür.Qanazlığına səbəb olur,ürək xəstəliyi və xərçəng riskini artırır.Uşaqlarda hemolitik anemiya,göz zəifliyi,yetkinlərdə isə müvazinətsiz yeriş,tiroid hormonu azlığı,sinir patologiyaları,keyimə, immun sistemin zəifliyi görülür. K vitamini Yaraları : Əsasən vücudda bağırsaq bakeriyaları tərəfindən sintez olunur. Qan laxtalanmasında önəmli rol oynayır.Sümükləri gücləndirdiyi bəzi araşdirmalarda ortaya çıxmışdır. Hansı qidalarda olur : İspanaq, yaşıl tərəvəzlər ,soya paxlası və taxıllarda olur Əksikliyi nəyə yol açar : Qanaxmalara səbəb olur.
Posted on: Wed, 07 Aug 2013 06:05:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015