ABŞ-ın sirlərini açan adama 35 il həbs. Məxfi sənədləri - TopicsExpress



          

ABŞ-ın sirlərini açan adama 35 il həbs. Məxfi sənədləri WikiLeaks saytına ötürən Bredli Menninqə ağır cəza verildi; məhkəmənin qərarı ilə o, ordu sıralarından da xaric edildi Məxfi sənədlərdə Azərbaycan barədə nələr vardı? Bredli Mennniq 1987-ci ilin dekabr ayının 17-də Oklahoma ştatının əhalisi 1000 nəfərdən bir az çox olan Krisent şəhərində anadan olub. Atası amerikalı, anası isə britaniyalıdır. Bredli zəif və qapalı uşaq kimi böyüyüb. Onun 13 yaşı olanda valideynləri ayrılıblar və Bredli anası ilə Britaniyaya köçüb. Haverforduestdə orta məktəbi bitirdikdən sonra ABŞ qayıdıb. 2007-ci ildə Menninq Amerika ordusunda xidmətə başlayıb. Kifayət qədər qapalı adam olmasına rəğmən ABŞ Quru Qoşunlarının birinci sinif sıravisi Bredli İraqda analitik hərbi kəşfiyyatda xidmətə başlayıb. Məlumatlara görə, seksual oriyentasiyası “mavi” olan Menninq 2010-cu ildə bütün Amerikanın xarici siyasət dəngəsini yerindən oynadan bir sirri açıb. O, 2010-cu ilin mayında jurnalist və keçmiş haker Andriano Lamo ilə sosial şəbəkədə yazışmasında etiraf edib ki, ABŞ ordusunun İraqda dinc əhaliyə vertolyotdan atəş açması barədə videoyazını WikiLeaks saytına ötürüb. Minninq deyir ki, o, külli-miqdarda məxfi hərbi sənədlər əldə edib və onları əvvəl Ledi Qaqanın mahnılarından ibarət diskə köçürüb. Menninq məhz Lamonun bu sirri açması nəticəsində 2010-cu ilin mayın ayının sonunda həbs edilir. Heç bir rəsmi ittiham irəli sürülmədən onu iki ay ABŞ-ın Küveytdəki Kemp-Arifcan həbsxanasında saxlayıblar. İyulun sonlarında isə onu ABŞ-a ekstradisiya ediblər. Amerikada Mennninqə qarşı ABŞ hərbi ədliyyə kodeksinin 92 və 134-cü maddəsi ilə ittiham verilib. Bu ittihamlar sübuta yetiriləcəyi təqdirdə Menninqi 58 il həbs cəzası gözləyirdi. Amma iş-işdən keçmişdi, məxfi sənədlər artıq dünyanın bütün ölkələrində “partlamağa” başlamışdı. Bütün dünyada diqqətlə izlənən qalmaqallı məhkəmənin ilk iclası 2012-ci ilin fevral ayının 24-də ABŞ Milli Təhlükəsizlik Agentliyinin Ford-Middəki mənzil qərargahında başlayıb. Menninq isə suallara cavab verməkdən imtina etdiyi üçün məhkəmə dinləmələri 2013-cü ilin martınadək baş tutmayıb. Məhkəmədə fasilə zamanı Menninq vəkili Devid Kumbsa vasitəsilə mətbuatda məktub dərc etdirib və həbsxanada saxlanma şəraiti ilə bağlı üzləşdiyi qanunsuz faktlardan bəhs edib. Tezliklə beynəlxalq insan haqları təşkilatları Menninqin müdafiəsinə qalxır. Onun saxlandığı həbsxana qarşısında aksiyalar keçirilib və 650 min dollar ianə yığılıb. 2011-ci ilin martında Massaçuset Texnologiya İnstitutunda çıxış edən Dövlət Departamentinin mətbuat katibi Filip Kroull Meninqin həbsini axmaqlı hesab etdiyini deyir və Pentaqon rəhbərliyin anlamadığını bildirir. Dərhal da istefaya göndərilir. “Dünyanı dəyişən adam” kimi tarixə keçən Minninqin məhkəməsi müddətində müxtəlif təşkilatlar tərəfindən Nobel mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb. Verilən məlumata görə, məhkəmədə federal hakimlər Manninqi “şöhrət qazanmaq” uğrunda sistemli olaraq minlərlə məxfi məlumatı yaymaqda ittiham ediblər. Lakin onun vəkilləri İraqda hərbi xidmət keçən və həmin vaxt 22 yaşında olan Manninqi “müharibədə psixoloji zərbə almış saf və gənc əsgər” kimi dəyərləndiriblər. Haqqında irəli sürülən ittihamları qəbul etməyən, ancaq WikiLeaks-in internet səhifəsinə məxfi məlumatları ötürdüyünü etiraf edən Manninq məqsədinin ABŞ-ın İraq və Əfqanıstanda yürütdüyü müharibə siyasətini ictimaiyyətə çatdırmaqdan ibarət olduğunu deyib. Təhqiqata görə Menninq WikiLeaks-a 700 min sənəd ötürüb. Hərbi tribunalda mühakimə olunan 25 yaşlı Menninqin işində yekun çıxışını edən prokuror, sızdırdığı bilgilərdən “əl-Qaidə” nin istifadə etdiyini açıqlayıb. Prokuror iddia edib ki, Üsəma bin Laden öldürüləndən sonra onun sığınacağından bir neçə rəqəmsal daşıyıcılar götürülüb. Daha sonra burada WikiLeaks materiallarının olduğu müəyyən edilib. İttiham tərəfinin fikrincə bu, terrorçunun saytın materiallarını izlədiyini və bundan öz fəaliyyəti üçün istifadə edə biləcəyi faktını sübut edib. Beləliklə, Menninq bilavasitə düşmənə məxfi materiallar ötürmək də ittiham edilib. Menninqin müdafiəçiləri ilə onun WikiLeaks saytına ancaq köhnəlmiş materiallar təqdim etdiyini və bunun hərbi məqsədlər üçün istifadə oluna bilməyəcəyini deyiblər. 20-dən artıq cinayət üzrə cəzalandırılması tələb edilən B.Menninq indiyə qədər ona qarşı irəli sürülən 10 ittihamı qəbul edib. Avqustun 20-də “Asssoşeyted Press”məlumat yayıb ki, prokuror Menninqə 60 il həbs cəzası istəyib. Avqustun 21-də gecə məhkəmə Bredli Menninqə 35 il həbs cəzası verib və o, ordu sıralarından da xaric edilib. Azərbaycan barədə nələr vardı? Menninqin məxfi sənədləri WikiLeaks-a ötürməsi 2010-cu ilədək çox az adamın tanıdığı sayta və onun rəhbəri Julian Assanca elə bir dünya şöhrəti gətirdi ki... Assanc Wikileaks-i 2006-cı ildə qurub. O, Menninqə qədər də müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi. Amma ABŞ məxfi sənədləri onu bin Ladendən sonra dünyanın 1 nömrəli adamı etdi. Onu susdurmaq üçün Britaniya hökuməti illər öncə bir qadına cinsi təcavüz etməsi ittihamı irəli sürdü və məhkəmə barəsində həbs qərarı verdi. Hazırda WikiLeaks qurucusu 1 ilə yaxındır Ekvadorun Londondakı səfirliyində yaşayır. WikiLeaks-ın yaydığı sənədlər sırasında Azərbaycanda da “bomba effekti” verən materiallar vardı. Bu, ABŞ-ın Azərbaycanda səfiri olmuş Rino Harnişin və Enn Dersinin Vaşinqtona göndərdiyi məxfi teleqramlardan ibarət idi. Məsələn, Rino Harnişin 2 fevral 2006-cı il tarixli məxfi teleqramda Əbülfəs Qarayevin mədəniyyət və turizm naziri postuna təyinatı, bu postu tutmuş Polad Bülbüloğlunun Rusiyaya səfir göndərilməsi və bu iki məmurun Azərbaycan hakimiyyəti daxilindəki mövqeləri, onların hakim ailəyə nə dərəcədə yaxın olması haqda qeydlər öz əksini tapmışdı. WikiLeaks-in açıqladığı başqa bir məxfi teleqram isə ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersiyə aiddir. Diplomatın 2009-cu il martın 6-da isə “məxfi”qrifi altında göndərdiyi məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilirdi. Səfirin göndərdiyi daha bir məxfi məktubda isə Bakıda bp ilə biznes əlaqələri olan şəxs tərəfindən yaradılmış İNSULTEC şirkətinin Buşəhr atom stansiyası üçün təchizatla məşğul olduğu ehtimalından söhbət gedirdi. Azərbaycanla bağlı ən son sənəd 2010-cu il fevralın 25-də müvəqqəti işlər vəkili Don Lu tərəfindən göndərilib və ABŞ dövlət katibinin müavini Uilyam Börns tərəfindən razılaşdırılıb. Burada Börnslə İlham Əliyevin görüşünün tam məzmunu açıqlanır. İlham Əliyevin İran, Əfqanıstana əsgər göndərilməsi, Medvedyev və Putin, Qarabağ danışıqları, Türkiyə-Ermənistan yaxınlaşması, Türkiyə ilə qaz anlaşmasının niyə pozulması haqqında dedikləri geniş işıqlandırılıb. Bundan başa bu məxfi sənədlərdə bir sıra məmur-oliqarxın varidatı barədə də məlumatlar vardı.
Posted on: Wed, 21 Aug 2013 20:36:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015