Adel sinddromu Adel sindromu öz adını məşhur fransız - TopicsExpress



          

Adel sinddromu Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir. O, çox gözəl qadın və istedadlı pianoçu idi.19 yaşlı bacisi Leopoldinanın ölümü ona ciddi təsir edir. 1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir. Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir.Adel ona uzanan kişi əllərindən birmənalı olaraq imtina edirdi. Özünü sevgidən uzaq hesab edirdi. 1861-ci ildə İngiltərədə səyahət zamanı Adel Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə vurulur. Adel Pinsonla tanış olan kimi başa düşür ki,zabit onun həyatının sevgisidir. Qərar verir ki, ona ərə getməlidir. Lakin Pinson bunun üçün heç də tələsmir.Sonralar isə qadının dəlicəsinə sevgisindən bezərək ondan qaçmağa başlayır. Lakin Adel ondan əl çəkmir. Hətta Pinsonun polkunun olduğu şəhərə gedərək, yataqxanada nömrə tutur ki, onun yaxınlığında olsun.O zabitə sevgi məktubları yazır, onun bütün qumar borclarını ödəyir, hətta sevgilisi üçün fahişə belə tutur. Çünki , Adel onu bircə yüngül əxlaqlı qadınlara qısqanmır. Adel hiss etmir ki,psixologiyası korlanıb. Ətrafdakılara, hər kəsə Pinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toy görüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir, hətta ata da olur. Hüqonun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümid bəsləməsin, Fransaya qayıtsın. Lakin qadın əl çəkmir. Hər gün onun kazarmasının qarşısında gözləyir. Zabit görünən kimi sakitcə onun dalınca düşüb evinə qədər gedir. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adeli bir nəfər Fransaya aparır. Atası onu San-Mandedəki ruhi xəstəxanaya yerləşdirir. Viktor Hüqonun ölümündən sonra Adeli Syurendəki xəstəxanaya köçürürlər. O, ömrünün sonuna - 1915-ci ilə qədər xəstəxanadan çıxmir və heç vaxt özünə gəlmir. 85 yaşında xəstəxanada ölür.Ölümündən sonra Adelin yanından çoxlu sayda sevgi məktubları tapırlar. O məktubları göndərə bilməmişdi.
Posted on: Sun, 25 Aug 2013 06:52:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015