"Adını qəlbimdən silərdim gərək " Əsdi ayrılığın soyuq - TopicsExpress



          

"Adını qəlbimdən silərdim gərək " Əsdi ayrılığın soyuq yelləri, Soldu bağçamızın əlvan gülləri, Sənlə keçirdiyim uzun illəri, Özgə birisiylə bölərdim gərək, Adını qəlbimdən silərdim gərək. Üşüyürəm, tir-tir əsir bədənim, Mən necə danışım,mən necə dinim? Sən qəfil gəlmişdin ömrümə mənim, Qəfil gedəcəksən bilərdim gərək, Adını qəlbimdən silərdim gərək. Sənsiz ötüb keçdi ömrümdən bu il, Nə qədər olar bu,hərgün öl,diril, Axan göz yaşımı yerlərə deyil, Yanan ürəyimə çilərdim gərək, Adını qəlbimdən silərdim gərək. Sevgi dəryasında endim dərinə, Könlümü vermişəm nadan birinə, Tanrıdan bu qədər sevgi yerinə, Bir azca sədaqət dilərdim gərək, Adını qəlbimdən silərdim gərək. De,hansı dərdimi söyləsin bu dil, Ilahi, bu eşqi sətir-sətir sil, Sənin ürəyini sevgimlə deyil, Kövrək buludlarla bələrdim gərək, Adını qəlbimdən silərdim gərək. Bilməzdim bu dünya bu qədər darmış, Insanı dik tutan namusmuş,armış, Ay Xəlil,gör nələr qismətdə varmış, Bunu görməkdənsə ölərdin gərək, Adını qəlbimdən silərdim gərək...
Posted on: Fri, 27 Sep 2013 07:46:47 +0000

Trending Topics




© 2015