Allah sevgisi və Allah qorxusu Allah insanı sevə-sevə - TopicsExpress



          

Allah sevgisi və Allah qorxusu Allah insanı sevə-sevə yaratdı. Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?! Eşqin qulu ol ki, doğru yol budur, Ariflər yanında, bil, eşq uludur. ...Eşqsiz olsaydı xilqətin canı Dirilik sarmazdı böyük cahanı. Eşqsiz bir adam bir neydir-qırıq, Yüz canı olsa da, ölüdür artıq.(N.Gəncəvi) Həyat olaraq sadəcə dünya həyatını bilənlər,axirəti inkar edənlər və ya axirətdən xəbərsiz olanlar,bu dünya həyatının da heç bir gö¬zəl¬liyini görə bilməzlər və bu qısa dünya həyatından da, həqiqi olaraq, heç bir zövq ala bilməzlər. Əlbəttə, Allahın sevə-sevə yaratdığı bu dünya heç də pis və alçaq deyildir və Allahın yaratdığı hər şey gözəldir və Allahın buyurduğu kimi-heç bir yaratdığı şeylərdə qüsur və çatışmamazlıq yoxdur. Dünya da, içindəkilər də dünya yaranandan elə həmin dünyadır. Lakin biz insanlar özümüz yaşadığımız zaman müddətində,öz nəfs və xislətimizə uyaraq ona bağlanır, ondan çox şey umaraq, ondan inciyirik. Bu haqda Qurani-Kərimdə belə buyurulur: əl-Hicr-24-Həqiqətən, biz sizdən əvvəl gələnlərin və sonra gələcək kəslərin əhvalatını bilirik.Allah hər şeyi bizim üçün gözəl xəlq etdi.
Posted on: Sun, 20 Oct 2013 17:48:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015