Almaniyanın məşhur “Transfermarkt” saytı son - TopicsExpress



          

Almaniyanın məşhur “Transfermarkt” saytı son transferlərdən sonra Premyer Liqa klublarımızın dəyərini açıqayıb. Sayt elitada çıxış edən 10 klubun bazar dəyərini müəyyənləşdirib. Məlum olub ki, Premyer Liqanın ən bahalı klubu “Qəbələ”di. Bölgə təmsilçisinə 10 milyon 850 avro qiymət qoyulub. İkinci pilləni “Qarabağ” tutur. Ağdam təmsilçisinin ümumi dəyəri 6 milyon 500 min avroya bərabərdi. İlk üçlüyü “Neftçi” qapayır. Son üç mövsümün çempionunun 6 milyon 950 min avro qiyməti var. Qeyd edək ki, “Transfermarkt” bəzi klublarımızı tərk edən futbolçuları həmin komandaların heyətindən çıxarmayıb və dəyərlərini ümumi qiymətin üzərinə gəlib. Məsələn, Nikolas Kanales “Neftçi”dən getsə də, onun 600 min avroluq transfer qiyməti bu klubun qiymətinin üzərinə gəlinib. Digər 10 klubla bağlı da vəziyyət eynidi. 1. Qəbələ (41 futbolçu) – 10.850.000 € 2. Qarabağ (26 futbolçu) – 6.500.000 € 3. Neftçi (28 futolçu) – 6.950.000 € 4. Xəzər Lənkəran (30 futbolçu) – 6.225.000 € 5. Bakı (30 futbolçu) – 6.150.000 € 6. Simurq (23 futbol) – 3.800.000 € 7. İnter (32 futbolçu) – 3.875.000 € 8. Rəvan (30 futbolçu) – 2.800.000 € 9. AZAL (23 futbolçu) – 1.575.000 € 10. Sumqayıt (25 futbolçu) – 1.225.000
Posted on: Sat, 20 Jul 2013 16:14:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015