Asılılıq köləliyin tam anlamda başlıca səbəbi olmasa da, - TopicsExpress



          

Asılılıq köləliyin tam anlamda başlıca səbəbi olmasa da, hər halda belə demək mümkünsə vacıb şərtlərindən biridir. Bəzən asılılıqı mütləq edən qorxu hissi olur. Qorxunun parametrləri və formaları müxtəlif ola bilər : yaxınlarının və özünün fiziki məhvolma qorxusu, Makiavellinin idarəetmə ücün vacıb saydığı şəxsi mülki itirmək qorxusu (yəni bu halda siyası səbəblərdən irəli gələn qorxu), cəmiyyətdə marginallaşma qorxusu (mülki itirmək qorxusu ilə bərabər vəzifə - hər hansı bir sosial statusu itirmək qorxusu, maliyyə problemlərinin yaranması qorxusu, adət edtdiyin gündəlik həyatın dəyışməsi qorxusu ) Əslində qorxu - təbii fizioloji - psixoloji hisdıır. Fizoloji mənada instinkdir, psixoloji anlamda isə hətta demək olar ki, stimul və reaksiya cərcivəsində requlyativ bir fenomendir. Yəni qorxu hissi bəşəriyyətin inkişafında cox önəmli tərəqqi prinsipidir Qorxunu metafiziki formadan (absolyut ideyadan- absolyut sistemə) tarixi - sosial ölcülərə uyğun etmək istəyən Hegel qul və ağa konsepsiyasında bu hissin absolyut meyarlarını individin və bəşəriyyətin özünüdərk prosessində bir növ pozitiv qurucu vasitə kimi görür. Yəni Hegelin absolyut paradiqması Hər bir reallıq əqli cəhətdən zəruridir sə deməli qul un və ağanın tarixi inkişafda missiyaları qanunauyğundur. Qul və Ağa yaradıcı kəslərdir. Qorxu və tərəqqinin pozitiv dialektikası əlbəttə geniş mövzudur. Amma misal ücün ideya yaradıcılığının bürökratik siyası hakimiyyət ierarxiyasından asılılığından irəli gələn qorxu müxtəlif tarixi dönəmlərdə və müxtəlif cəmiyyətlərdə proqressiv və yaxud reqresif faktor - başlıca səbəb kimi irli sürmək olar. Belə ki siyası - sosial qorxu elə həmən dilin inkişafını (və deməli ideyanın ), həm də dilin staqnasiyaya uğramasını təmin edə bilər Lakin dilin inkişafını satirik yozum kimi götürsək bir gercəklikdə aydın olur ki, ərəblər demişkən məsələtün KİV lərdə və xüsüsən mətbu orqanlarda obyektiv və subyektiv səbələrdən nəticəyə cevrilən asılılıq mahiyyətcə dilin kasadlığını vacib edirsə, bəzi Şirvan aşıqlarının poetikası baxımından leksikonu zənginləşdirir Belə olan sürətdə tarixən demək olar ki bütün cəmiyyətlərdə aktual olan Baba (misal ücün yeni tarix dönəmində Polşa dövlətciliyinin əsasıini qoymuş və bizim Məmməd Əmin Rəsulzadənin qohumu olmuş Pilsudskiyə, sidq ürəkllə Dziadek (Baba) deyiblər), Millətin atası (Vaşinqtona bu titulu aid ediblər ), Lider, Ali rəhbər anlamları siyası şəxsiyyətin tarixiliyinin mahiyyətini müxtəlif calarlarla nümayiş etdirir ..... Eynən də Mətbuatın dostu ))))))
Posted on: Mon, 25 Nov 2013 10:10:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015