Azad cəmiyyət sorağında Niyaməddin İmranlı Müstəqillik - TopicsExpress



          

Azad cəmiyyət sorağında Niyaməddin İmranlı Müstəqillik qazandıqdan sonra xalq azad və ədalətli cəmiyyətdə yaşayacağına ümid edirdi. Ədalət naminə deməliyəm ki, müstəqilliyin ilk illəri çox mürəkkəb dövr olmasına baxmayaraq mərhum Prezident Əbülfəz Elçibəy bu istiqamətdə islahatlar aparmaqda çox istəkli idi. Amma bu islahatları istəməyən qüvvələr də yox deyildi, çünki, gələcəkdə olkənin var- dövlətini talamaq niyyəti olanlar azad və iştiraklı mədəniyyətə sahib cəmiyyətin qurulmasında maraqlı ola bilməzdilər. 1993-2013 illərdə Azərbaycan cəmiyyəti liberal-demokratik dəyərlərdən xeyli uzaq düşdü. Bu illər ərzində Azərbaycanda keçirilmiş bütün seçkilər total şəkildə saxtalaşdırıldı, insan hüqüq və azadlıqları sahəsində kəskin geriləmələr müşahidə olundu, müxalif siysi düşüncə sahibləri hər cür zorakılıqla qarşılaşdı, mətbuat söz azadlığına qarşı güclü təzyiqlərin ardı-arası kəsilmədi və s. Necə deyərlər, xalq müstəqilliyi əvəzsiz bir nemət kimi gözlədiyi halda, onu sanki acısını çəkməyə başladı. Təbii ki, bütün bunlar siyasi hakimiyyətin qeyri-azad cəmiyyət qurmaq istəyindən irəli gəlirdi və belədə oldu. Bukünkü Azərbaycan cəmiyyətini ən yaxşı halda Özbəkistan və ya Türkmənistan cəmiyyətləri ilə müqayisə etmək olar. Bu da avtoritar rejimin müstəqilliyimizə verdiyi “Töhfə”. Lakin , xalqın müstəqil olmaq arzusu dəyərli hədəflərə yönəlmişdi. Milli azadlıq mübarizəsinin məqsədi hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq idi. Şəhidlərimiz bizi bağışlasın, hələ ki, onların arzusu çin olmayıb, 20% erməni işğalında. Belə şəraitdə hələ ki azad cəmiyyət qurmaqdan danışa bilmərik, qarşıda bizi böyük sınaq gözləyir. Bu sinaqdan necə çıxacağımızı zaman göstərəcək. Gec-tez xalq oz haqqına sahib çıxıb ədalətli və azad cəmiyyəti bərqərar edəcək. Liberal-demokratik dəyərlər dəyərlər azad cəmiyyətin fundamental əsasıdır. Bu dəyərlər insanlara maksimum azadlıqlar yaradır, milliyətindən, dinindən irqindən, cinsindən, siyasi əqidəsindən asılı omayaraq hər kəsin bərabərhüquqlu vətəndaş kimi yaşamasını nəzərdə tutur. Azərbaycan konstitusiyası da nəzəri cəhətdən bu prinsiplərə geniş yer verir. Məsələn, hakimiyyətin mənbəyinin xalq olduğu ana yasamızdza açıqca ifadə olunub. Amma nə fayda, seçkilər saxtalaşdırılırsa, xalqın öz iradəsi ilə formalaşmayan hakimiyyət ortaya çıxır və əsl faciələr də bundan sonra başlayır. Başqa möcüzə gözləməyə dəyməz. o baş verməyəcək. Ölkənin təbii sərvətlərini talayaraq özlərinə sərvət toplamaqla məşqul olanları alimin, müəllimin, həkimin gülünc doğuran əmək haqqına möhtac qoyulması qətiyyən maraqlandırmır. Budurmu qurduğunuz ədalətli cəmiyyət? Qloballaşan dünya insanlara daha geniş azadlıqlar verməklə milli dövlətlərə sərhədləri götürün mesajını verir. Dünyanın bütün sərvətləri insanlıarın ehtiyaclarını ödəməli oduğu halda avtoritar rejimlərin əlində oyun-bazarlıq predmetinə çevrilib. Belə ölkələrdə təbii sərvətlər insan hüquq və azadlığından ön sırada yer alır. Bu haqqsızlığa qarşı olan super güclər “ bizə əsas sizin təbii sərvətləriniz lazımdır, digər məsələlər bizi o qədər maraqlandırmır” yanaşmasını artıq gizlətmirlər. Belə münasibət avtoritar rejimlər üçün əlavə stimul yaradır və onlar da öz növbəsində meydan sulamaqda davam edirlər. Deməli xalqın yeganə ümid yeri özünə güvənməsidir. Bir də ki, liberal- demokratik dəyərlər millətimizə yad deyil axı, məgər biz şərqdə ilk dünyəvi–demokratik respublikanın qurucusu olan M.Ə.Rəsulzadənin nəvələri deyilikmi?
Posted on: Thu, 15 Aug 2013 06:32:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015