Azərbaycan Respublikasında 15.10.2013-cü ilde keçiriləcək - TopicsExpress



          

Azərbaycan Respublikasında 15.10.2013-cü ilde keçiriləcək seçki haqqında fikirlərim. Əgər R.İbrahimbəyovun seçkidə qalib gəlmək imkanı reallaşarsa, bütün Azərbaycan, xaricdəki soydaşlarımız, bütün demokratik qüvvələr R.İbrahimbəyovun seçkidə qalib gəlməsi üçün var gücü ilə çalışmalıdır. Çünki bu seçim həm Azərbaycan üçün həm ətraf ölkələr üçün həm də bütün Türk dünyası üçün çox vacib bir hadisə olacaq. Ona görə ki, bu gün bütün Türk xalqlarının başçıları, xalqın istəyi ilə seçilməyən başçılardı. Bu səbəbdən heç biri xalqın istəyini, marağını təmin eləmir. Bu seçki başqa Türk xalqlarına da nümunə ola bilər eyni zamanda stimul verə bilər. Azərbaycan ziyalıları şərqdə ilk demokratik dövlət yaratdığı kimi bu missiyanı bu gün də davam elətdirə bilər. İndi isə bü günün reallığını nəzərə alıb alternativ olaraq daha bir fikir söyləmək istəyirəm. R.İbraimbəyovun alternativi olaraq Mehriban Əliyevanı görürəm. Bu günkü reallıqda Mehriban Əliyeva variantı hamı üçün vacib hamı üçün əlverişlidir. Həm iqtidar üçün həm müxalifət üçün həm xalq üçün həm ətraf ölkələr üçün həm beynəlxalq təşkilatlar üçün həm də investrlar üçün bu variant əlverişli olardı. İndi açıqlayaq ; İqtidar üçün nəyə görə əlverişlidir? Mehriban Əliyeva olsa, iqtidar çox az itki ilə, xətərsiz olaraq canlarını qurtara bilərlər və qalan ömürlərini, evladlarını, nəvələrini sığorta etmiş olarlar. Çünki əksəriyyəti bir-biri ilə qohum yaxud dostdurlar, Əliyevlər ailəsi də daxil olmaqla. Əks təqdirdə yəni İ.Əliyev yaxud bir başqa iqtidar nümayəndəsi seçilərsə vətəndaş müharibəsi ola bilər. Bu halda isə həm iqtidara həm xalqa həm ölkəyə çox böyük ziyanlar dəyəcək. Nəyə görə müxalifət üçün əlverişlıdir? Çünki böyük qüvvələrin maraqları kəsişdiyi bir ölkədə müxalifət olmaq çox çətin və ağır bir işdir. Biz bu reallığı 20 ildən artıqdır görürük. Belə bir atalar sözü var. “Adamı göndərirlər gedər-gəlməzə, adını da qoyurlar yarıtmaz”. Müxalifət bu vəziyytdədir, hamı müxalıfəti qınayır. Əslində gözə görünən və gözə görünməyən qüvvələr var ki, müxalıfətin də xalqın da əl-qolunu bağlayıb. Yəni məntiq odur ki, əgər müxalıfət seçilmək imkanı qazansa, iqtidar buna heç cürə ümkan verməyəcək bütün müxalifəti məhv edəcək, dağıdacaq. Çünki bu iqtidar bu müxalifətə o qədər zülm edib, dağ çəkib ki, iqtidar bilirki müxalifət hakimiyyətə gəlsə bu iqtidarı tamam məhv edəcək. Mehriban Əliyevanın olması isə, həm iqtidarı həm müxalifəti bu amansız qarşı durmadan qurtaracaq. Nəyə görə xalq üçün əlverişlıdir? Əvvəla Mehriban Əliyeva bu xalqın evladıdır. Babası-nənəsi, atası-anası azərbaycanlıdır, oğuz türküdür. İndiki iqtidar kimi metis yaxud qeyri-millət deyil. Heç bir insan da nə qədər zalım olsa öz millətinə bu qədər zülm etməz. Ən əsası isə qarşı-durma olmayacaq, xalqın balaları bu qarşı-durmada ölməyəcək və inanıram ki, həyat şəraiti indikindən çox yaxşı olacaq. Hər halda qadın ürəyi yumşaq olar. Ətraf ölkələr üçün niyə əlverişlidir? Əgər ölkəmizdə stabillik, siyasi-iqtisadi inkişaf, balans olsa, qanunlar olduğu kimi işləsə bu ölkə üçün də xalq üçün də inkişaf deməkdir. İnkişafda olan ölkənin isə qonşu ölkəyə ancaq xeyiri dəyə bilər. Beynəlxalq təşkilatlar üçün əlverişli olan nədir? Əvvəl dediyimiz kimi Azərbaycan böyük qüvvələrin maraqlarının kəsişdiyi bir ölkədir. Bu səbəbdən hərə öz marağını yeridəndə, beynəlxalq təşkilatların qanunları bu maraqlar dairəsində işləməmək zorunda qalır. Bu da beynəlxalq təşkilatların dünyada nüfuzdan düşməsinə və fəaliyyətinin yarıtmaz olmasına gətirib çıxardır. Mehriban Əliyeva olsa, mən belə düşünürəm ki, beynəlxaq təşkilatların bu mənada problemi də az olar. Qaldı investrların marağı. Bu barədə şərh verməyə ehtiyac duymuram. Hər kəs üçün aydındır ki, harda stabillik var harda nizam-intizam var harda qanun var orda hər kəs üçün işləmək və yaşamaq çox rahatdır. Bütün bu Mehriban Əliyevaya aid etdiklərim, Rüstəm İbrahimbəyova da aiddir. Çünki hər ikisində ümumiyyət üçün universallıq var hər tərəfi qane edəcək qədər reallıqları var. Bu səbəbdən mən bir vətəndaş olaraq hər ikisini dəstəkləyirəm və hər ikisinə uğurlar arzulayıram. Əgər ya iqtidardan ya müxalifətdən biri olsa qarşı-durma və vətəndaş müharibəsi ola bilər. Bu da heç kimə xeyir gətirməyəcək olsa-olsa düşmənlərimizə xeyiri ola bilər. Şahin Mirzə. 30.07.2013
Posted on: Tue, 30 Jul 2013 10:28:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015