Baba Pünhan-Oruc Tutmuşam Bir gözələ baxmaram, gözdən oruc - TopicsExpress



          

Baba Pünhan-Oruc Tutmuşam Bir gözələ baxmaram, gözdən oruc tutmuşam, Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam. Ömr deyil, qövrdür, dövr deyil çövrdür, Dövr yalan dövrüdür, düzdən oruc tutmuşam. Bayrağımız yüksəlib, ərşü səmanı dəlib, Ta bu hökumət gəlib, həzzdən oruc tutmuşam. Növbəyə dursun bəşər, tövbəyə gəlsin bəşər Hamı desin sərbəsər, tezdən oruc tutmuşam. Bilməmişəm dizlərim səcdələr üçün imiş, Nazirimə çökdüyüm, dizdən oruc tutmuşam. Xalq üzünə baxmağa, üzdə üzüm qalmayıb, Ustulu tərk etmişəm, mizdən oruc tutmuşam. Könlünü satdın baha, Pünhanı saldın aha, Mən sizə gəlməm daha, sizdən oruc tutmuşam
Posted on: Tue, 13 Aug 2013 08:59:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015