Bagisla... Mən sənin qədrini bilmədim, gülüm, Ötüşdü - TopicsExpress



          

Bagisla... Mən sənin qədrini bilmədim, gülüm, Ötüşdü gəncliyin güman içində. Bilmirəm yanına haradan gəlim Özüm də azmışam duman içində. İtmişəm zülmətdə mən ilim-ilim, Buradan geriyə yolum görünmür. Ötəri şəhvətdə əridi ömrüm, Heyf ki, ikinci ömür verilmir. Kimi öz eşqini ümman eylədi, Tək sənin eşqini duya bilmədim. Gözəllər könlümü viran eylədi, Sonra unutdular niyə, bilmədim. Sən mənim oduma alovlanarkən Nə alov görmüşəm, nə od görmüşəm. İsti ağuşlarda xumarlanarkən Gör kimin qəlbndə mən kömülmüşəm. Harayım çatmayır, yetməyir ünüm, Yalnız indi səndən üzdüm əlimi. Bağışla, bağışla, bağışla, gülüm, Mən sevə bilmədim sən sevən kimi. #Realist :(
Posted on: Thu, 05 Dec 2013 00:27:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015