«Bahar kuboku-2014» Şahmat yarışının - TopicsExpress



          

«Bahar kuboku-2014» Şahmat yarışının Əsasnaməsi Yarış sürətli(rapid),İldrımsürətli(blitz) turnirlərdən ibarət olacaq Respublika Şahmat Məktəbində keçirilir. 1 mart saat 15-00-da Sürətli turnir 7 turdan ibarət isveçrə sistemi üzrə 10 dəq+5 saniyə vaxt nəzarəti ilə keçilirilir. 2 mart saat 10-30-da İldrımsürətli turnir 9 turdan ibarət isveçrə sistemi üzrə 5 dəq+3 saniyə vaxt nəzarəti ilə keçilirilir. Hər turnirdə üzvlük haqqı 10 manatdır. 16 yaşadək uşaqlar və 60 yaşdan yuxarı veteranlar üçün 5 manatdır, Beynəlxalq ustalar və qrossmeysterlər üzvlük haqqından azaddır. Yarışlar beynəlxalq əmsalın hesablanması üçün FİDE-yə göndəriləcək. Turnirin ümumi mükafat fondu 400 manatdır (hər yarışda 200 manat) 1-ci yer -60 manat 2-ci yer- 50 manat 3-cü yer 40 manat 4-cü yer 30 manat 5-ci yer -20 manat. Mükafatlar tutulmuş yerlərə görə verilir və bölünmür. Turnirlərə yazılmaq üçün :ad,təvəllüd,əmsalı göstərmək lazımdır. Fide İD olmayanlar doğum haqda sənədin surətini təqdim etməlidirlər. E- mail-azerichess@gmail mob-055-783 05 22(sms ilə) ulvichess.az/
Posted on: Thu, 27 Feb 2014 16:32:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015