Bakirə Azərbaycan naminə Bir az çətin söhbətdir bu - TopicsExpress



          

Bakirə Azərbaycan naminə Bir az çətin söhbətdir bu bakirəlik söhbəti.Bu haqda gərək qadınlar yaza kişilərin yazmağı bir az yaxşı alınmır.Necə ki, bu gün ölkədə qadınlar qalıb bir qıraqda kişilər çarşabı ciddi cəhdlə müdafiə edirlər bir əkscinsin də çıxıb bakirəlik haqqında danışması bir az məntiqə sığmır. Amma hansısa qızın bu mövzuda çıxıb deməsi ki, bu mənim şəxsi həyatımdır hər kəsin özəl həyatı var bu bir az ziddiyyətli məsələdir.Əvvala ona görə ki, hörmətli xanım bu sizin özəl həyatınız deyil, bu sizin qohumlarınızın, qonşularınızın həyatıdır ki, siz indi özəl həyatım deyə yaşıyırsınız.İnanmırsınıza bir gün qısa geyinib həyətə düşüb yoxlaya bilərsiniz. Gəlin uzatmayaq sizdə bizdə bilirik ki, hər şey o qədər də bəsit deyil sizində seksə ehtiyacınız var xanım amma mövcud problemləri nəzərə alıb heç bir şey edə bilmirsiniz deyə bu mənim şəxsi həyatımdır, mənim şəxsi həyatımda da seksə yer yoxdur deyirsiniz.Düz eləmirsiniz xanım.Bəziləriniz də allahı bəhanə gətirirsiniz.Sizə bir sirr verim xanım : allah bu qədər cılız məsələlərə qarışmır. Və bir çoxları seksə iyrənclik kimi baxır.Yadınıza salım ki, hamınız o iyrəncliyin içindən çıxıb gəlmişik.Maşallah baxmadığınız serial yoxdur hər serialda da ən azı 15-20 dənə uşağın doğulmasını göstərirlər bilməmiş olmarsınız. Seymur Baycan tükəzbanlıq mövzularından yazanda hamı bir nəfər kimi deyir ki, Seymur bezmir monotonluqdan hər dəfə eyni mövzular.Amma əlinizi qoyun cinsiyyət orqanınızın üstünə vicdanla deyin bu problem həll oldumu digərinə keçək? Həll oldumu ?On il, on beş il əvvəlki problemlər bu gün davam edir hələ davam edəcək də. Bir də qardaşlar var ki, bu tip yazıları oxuyub yazırlar ki, belə azad seks tərəfdarısınızsa gətirin öz bacınızı işini görək.Müəllim icazənizlə bir söz deyim mən mamaroza işləmirəm amma belə çox istəyirsənsə bacımla tanış ola bilərsən.Amma çətin bacım sənin kimi düşünən biri ilə münasibət yaşasın. Sizin kimi tiplərin qulaq asdığı müğənnilər var : Özcan Dəniz, Tarkan (yox tarkana qulaq asmırsız tarkan petuxdu) İsmail Yk, Doğuş və s. Mən əminəm ki, siz o müğnnilərə baxıb vizual cəhətdən onlara həsəd aparırsınız.Amma yenə də dəyişməyin əleyhinəsiniz.Saçına krem vurub bir az dala qabağa darayan petux deyib damğalamaqdansa özünüzə bir az fikir verin.Ayda bir dəfə bərbərə gedib boynunuzun arxasındakı tükləri təmizlədin heç olmasa. Bilirsən məndən olsa bunları deyib pis kişi olmaram.Oturub öz həyatımı yaşıyıram.Amma adama ağır gedir niyə qaçıb xaricə getməkdənsə öz ölkəmdə yaşamayım? Bura mənim ölkəmdir burdakılarla eyni ststusu bölüşürəm vətəndaş statusunu.Anam, atam, sevgilim hamısı burdadır mən niyə xaricə gedim? Kino, musiqi, geyim zövqündə ciddi şəkildə dəyişikliklər eləmək lazımdır.Ən əsası kitab oxumaq lazımdır.Atanıza qulaq asmaqdansa daha ağıllı adamların fikirlərini oxuyun kitablardan.Şəxsən mənim atam əyyaşın biridir və mən bu günə kimi ondan yaxşı heç nə öyrənməmişəm.O gün sözaltında açılan başlığa yazmışdılar ki, Kamran Seymur Baycanı atasından çox istəyir.Bəli eynilə elədir çünki mən Seymurdan daha çox şey öyrənmişəm nəinki öz doğma atamdan. Məzələnməyə qalsa oturub bütün günü kimlə istəsən məzələnə bilərəm.Amma ciddi mövzulardır bunlar.Həmid Herisçi demiş məzələnmək istəyən adamlar çərəz istəyirlər onlar plovu heç vaxt yeyə bilməzlər. Əsas olan odur ki, öz həyatınız özünüz yönləndirə biləsiniz başqaları yox.Sizə nə daha yaxşıdırsa onun arxasınca gedin.Cəmi 60 ilimiz var onun da 3/1- ni yaşamışıq.
Posted on: Fri, 09 Aug 2013 18:31:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015