Bakı dövlət universtitetinin 2-ci kursunda oxuyurdum..Hər gün - TopicsExpress



          

Bakı dövlət universtitetinin 2-ci kursunda oxuyurdum..Hər gün səhər Elmlər Akademiyası metrosundan çıxıb dərsə gedirdim..və hər gün yolun solundakı gül mağazasını bir oğlan açırdı..Çox yaraşıqlı,hündürboy bir oğlan idi..Artıq onu görməyi adət etmişdim..Arada dərsə gecikəndə onun mağazasının qarşısında keçəndə qapının ağzında durub mənim keçməyimi gözlədiyini görürdüm..Çox vaxt məni görüb gülümsəyirdi,mən isə utanıb başımı aşağı salıb keçirdim..Nə deyim çox xoşuma gəlirdi həmin oğlan..Yəqinki onunda mənnən xoşu gəlirdi..Hər dəfə dərsdən qayıdanda özüm qəsdən həmin yerdən yavaş-yavaş keçirdimki bəlkə oğlan mənə yaxınlaşıb nəsə dedi,amma həmişədə mənə gözlərin zilləyib susurdu..Məndə ürəyimdə ‘aydaa bu dəli niyə mənə yaxınlaşmır axı ’ deyib pis olurdum.. Bir gün anamın ad günü idi..Qrupda qızlardan soruşdumki nə hədiyyə alım..Qızlar qəşəng buket almağı məsləhət bildilər..Həmin an ağlıma həmin oğlanın gül dükanı gəldi..Dedim dərsdən çıxanda həm oğlanla biraz söhbətləşərəm,həmdə buket alaram..Nəysə dərs qutardı,qrup halında dərsdən çıxdıq..Başım yolda söhbətə qarışdı birdə gördüm artıq gül dükanına çatmışıq..və həmin yaraşıqlı oğlan həmişəki kimi mənim ordan keçməyimi gözləyir..Qrup yoldaşlarıma mən gül dükanına girirəm dedim..Qrupumuzdan bir oğlan mənimlə gəldi..Mağazaya girəndə həmin oğlanı daha yaxında gördüm..İndiyə kimi ona bu qədər yaxın olmamışdım..Oğlan mənim içəri gördüyümü görüb tutuldu,mən isə utanırdım..Yanımdakı qrup yoldaşım mənə necə bir gül istəyirsən deyə soruşdu..Mən isə əlimlə qızılgülləri göstərib bax onnardan bir buket istəyirəm dedim..Amma fikrim həmin oğlanda idi..İçəridə bir xanım satıcı var idi,o bizə yaxınlaşdı..Xoşlandığım oğlan isə çənarda durub mənə baxırdı..Satıcı qıza gülləri göstərdim..Qız gülləri oğlana Verdi, o isə mənə super bir buket düzəltdi,çooox gözəl düzəltmişdi..Ona çox sağol dedim,o isə mənə heçnə demədi..Biraz pis oldum..Satıcı qızdan qiymətin soruşdum,pulu çıxardıb vermək istəyəndə qrup yoldaşım özü çıxardıb Verdi və gülləri qızdan alıb mənə uzatdı..Həmin an xoşlandığım oğlan arxa otağa keçdi və çölə çıxmadı..Nəysə sağollaşıb ordan çıxdıq.Evə gəldim ,hədiyyəni anama verdim,evdə hər kəs,qonaqlar buketin çox gözəl olduğunu dedilər..Məndə həmişə o buketə baxanda həmin oğlan yadıma düşürdü..Amma səhər onu yenə görəcəkdim..Buna görə səhərin tez açılmağını gözləyirdim..Artıq o oğlanı sevməyə başlamışdım..Bəlkədə o məni sevmirdi amma mən onsuz həyatımı,gələcəyimi təsəvvür edə bilmirdim..Səhər açılar açılmaz universtitetə tələsirdim..Ən çoxda həmin oğlanı görmək üçün..Metrodan çıxıb həmin dükanın qarşısından keçəndə oğlanın orda olmadığını gördüm..Bir anlıq tutuldum..Axı o hər gün məni gözləyirdi(( nə oldu buna? Yavaş-yavaş dükana yaxınlaşdım qapısı bağlı idi..Dayanıb gözlədim , dərsə getmədim..Dedim gəlsin deyəcəm ona artıq onnan xoşumun gəldiyini..1 saat keçdi amma gəlmədi..Sonra orda satıcı işləyən qız gəlib çıxdı..Məni görən kimi tanıdı.. - Aaa siz? + Bəli mən,dünən burden buket almışdım.. - Bilirəm sevglinizlə gəlmişdiz.. + Nə sevgili? O mənim qrup yoldaşımdı! - Doğurdan ? bəs sizə niyə gül alırdı? + Onu mənə yox,mən anama alırdım..sadəcə pulu o Verdi.. - Doğurdan?(( - əlbəttə! Bəs burda işləyən oğlan hardadı? + Muradı deyirsiz? O dünən sizin yanınızdakı oğlanı sevgiliniz bildi..O neçə vaxtdır size izləyir..Sizdən çox xoşu gəlir,bəlkədə sevir..Dünəndə burda size oğlanla görəndə çox pis oldu..Burdan işdən çıxdı..Yəqinki birdə size görmək istəmirdi..Hər gün bu dükanın qarşısından keçərək ona əzab verəcəkdiz. - Adı Muraddı? Bəs niyə mənə yaxınlaşmırdı? Mənimdə onnan xoşum gəlir,həmdə çooox..Amma o mənimlə heç danışmaqda istəmir. - Xanım o oğlan lal və kardı..amma buna baxmayaraq çox mədəni bir oğlandı..Sizinlə danışmaq istəməməsinədə səbəb bu idi..Yəqinki utanırdı və size itirməkdən qorxurdu..Burda isə hər kəs onun xətrin çox istəyirdi,çox gözəl buketlər bağlayır. - O indi hardadı? - Bilmirəm hardadı,sadəcə olaraq işdən çıxdı və dünən siz gedən kimi çıxıb getdi.. Ağlaya,ağlaya universtitetə getdim..Sən demə Murad lal və kar olduğu üçün mənə yaxınlaşmaqdan utanırdı..Axı niyə indiyə kimi bunu hiss edə bilməmişdim?!! Hər nə olursa olsun mən onu Sevirdim!Amma artıq onu görə bilmiyəcəkdim(( Görəsən o haralardadı..Sonuncu dərsdə gücnən oturmuşdum,zəng vuruldu,təkbaşına fikirli- fikirli evə qayıdırdım..Ağlım başımda deyildi..Ağlımda tək Murad var idi..Yolu keçərkən birdən maşın tormuzunun uğultulu səsini eşitdim..Kimsə məni arxadan itələyib kənara atdı..Yerə yıxıldım..Ayağa qalxıb çevrilib maşına baxdım qarşısında bir oğlan yıxılıb qalmışdı..Bütün tələbələr başına yığılmışdı..Şofer isə qışqıraraq ”Mənim günahım yox idi,bu qız çıxdı qabağıma və bu oğlanda qaçaraq gəlim onu itələdi”..O oğlan məni xilas etmişdi,amma özü qan içində yerdə yatmışdı..Gözlərimnən yaş süzülə-süzülə titriyə-titrəyə oğlana yaxınlaşanda şoka girdim..Bu Murad idi..Mənim sevdiyim o lal oğlan..Həyatını mənə görə qurban vermişdi..Qulaqlarından qan açılmışdı..Bütün tələbə qızlar,hətta oğlanlar ağlayırdı..Muradı qucağlayıb SƏNİ SEVİRƏM MURAD!!! ÖLMƏ deyə qıqırdım..! amma nəfəsi zəif gəlirdi.. Sonra təcili yardım maşını gəldi Muradı xəstəxanaya apardılar..Məndə getdim onunla..Onu əməliyyat elədilər..3 saat gözlədim xəstəxanada..Anam zəng etdi,yalannan uşaqlarnan gəzməyə getmişik dedim..Çox ağladım,arada huşumuda itirdim ,tibb bacıları elə bilirdi bacısıyam onun..Sonra oğlanın qardaşı gəldi..Oda ağlayırdı..Muraddan fərqli olaraq o danışa bilirdi..Mənnən kim olduğumu soruşdu,mən isə sadəcə Muradın dostu olduğumu dedim..O mənə Muradın 3 yaşında ikən qəza keçirdim lal və kar olduğunu və onunla necə dost ola biləcəyimi soruşanda tutuldum,elə bu vaxt həkim çölə çıxaraq əməliyyatın uğurlu olduğunu və hətta Muradın dilinin açıldığını və eşitdiyini dedi..Qardaşı sevincdən məni bərk qucaqladı və içəri- Muradı görməyə qaçdı…Mən isə artıq Muradın sağaldığını bilib evə qayıtmağa başladım..Çox sevsəmdə onun yanına getməyə utandım..Mənə görə bu hala düşdüyünə görə.. Artıq xəstəxananı tər edirdim,həm sevincli,həmdə kədərli idim..Sevinirdimki sevdiyim oğlan sağdı və artıq danışa biləcək,kədərli idim ona görəki birdə onu görməyəcəkdim..Birdən arxadan səs eşitdim..Kimsə məni çağırırdı,çevrildim Muradın qardaşı idi.. - Eşidirəm.. - Xanım Murada səni bayırda bir xanım gözləyirdi dedim,o isə size görmək istədiyini dedi.. - Yoox mən artıq gedim,Murada mənim adıma şəfa diləyərsiz.. - Başa düşmədim insanda dostunu belə gündə tək buraxar, 5 dəqiqəlik yanına qalxın gedərsiz..dediz axı dostsuz,belədə dostluq olar? Heçnə deyə bilmədim..Yuxarı qalxdıq..Muradın otağına daxil oldum .. Məni görən kimi ayağa qalxmağa çalışdı,amma ağrıdan dura bilmədi..Qaraşıda uzanmağını istədi..Sonra o qardaşına bizi tək buraxmasını istədi.. Otağda tək qaldıq..Gözlərimə baxaraq: - Çooox gözəlsən dedi + Təşəkkür edirəm..Sizə minnətdaram mənim həyatımı... (sözümü yarımçıq kəsdi) - Adın nədi? + Fidan.. - Fidan,mən sizə təşəkkür edirəm,mənim danışıb eşıtməyimə səbəb olduğunuz üçün.. + Mən,mən istəməzdim belə olsun..həmin an çox fikirli idim.. - Sevdiyiniz oğlan,o dünən sizə gül alan oğlana görə? + Yooox(( o mənim sevgilim deyil(( o qrup yoldaşımdı gülü mənim anama ad gününə görə aldı..mən, məən.. - Fidan .. + Bəli.. - Səni Sevirəm! Bu sözləri səni ilk gördüyüm anda demək istəmişdim,sən o dükanın qarçısında keçən hər anda demək istəmişəm amma lal olmuşam içimdə saxlamışam! Amma şükür Allahımaki bunu deməyi mənə nəsib etdi..Səni çooox sevirəm Fidan!Amma şükür Allahımaki bunu deməyi mənə nəsib etdi..Səni çooox sevirəm Fidan! + :’( - Bağışlakı bunu dedim,amma sənsz yaşaya bilmirəmki mən(( + Məndə səni sevirəm Murad! Məndə hər gün səni görərkən həyata,yaşamağa marağım dahada artırdı..Sənsiz özümü təsəvvür edə bilmirdim..
Posted on: Sat, 03 Aug 2013 12:17:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015