Bazar, 20 oktyabr Elə qaçın ki, mükafatı alasınız (1 - TopicsExpress



          

Bazar, 20 oktyabr Elə qaçın ki, mükafatı alasınız (1 Kor. 9:24). Həvari Pavel ibranilərdən olan həmimanlılarını ruhlandırmaq üçün onlara ünvanladığı məktubunda təsirli bir nümunə çəkdi. O, bu məsihçilərə xatırlatdı ki, həyat uğrunda gedən qaçışda onlar tək deyillər — onların əhatəsində yarışı uğurla başa vuran «böyük şahidlər buludu» var (İbr. 12:1). Qədim zamanlarda yarışda iştirak edən Allahın sadiq xidmətçilərinin əməllərini və onların göstərdikləri səyi möhkəm yadda saxlamaq bu məsihçilərə var gücləri ilə qaçmaq və təslim olmamaq üçün stimul verəcəkdi. Yarışda iştirak edən qədim yunan idmançıları sürətlərini azalda biləcək artıq şeyləri əyinlərindən çıxarıb atırdılar. Bu, ədəb-ərkan qaydalarına zidd olsa da, onlar bunu yarışda qalib gəlib mükafatı qazanmaq məqsədilə edirdilər. Pavelin sözlərinin məğzi ondan ibarət idi ki, həyat uğrunda gedən qaçışda mükafatı qazanmaq üçün məsihçilər müxtəlif növ maneələri kənar etməlidirlər. Bu məsləhət o vaxtlar yaşayan məsihçilər üçün aktual olduğu kimi, bizim üçün də aktualdır. w11 15/9 4:1, 3 wol.jw.org/az-latn/wol/h/r81/lp-ajr
Posted on: Sun, 20 Oct 2013 10:00:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015