Bir gözəlin adın yazdım bıçaqla, Dayanmadı zümzüməsi - TopicsExpress



          

Bir gözəlin adın yazdım bıçaqla, Dayanmadı zümzüməsi qovağın. Bir gün dedim:O qız əhdin itirdi, Batdı o zamandan səsi qovağın. Yarpaq saldı, köklərindən laxladı, Günahkar tək yarasını yoxladı, Qabar tutdu, qızın adın saxladı, Dilə düşdü şikəstəsi qovağın. Bar vermədi o zamandan qovaqlar, Əsirgədi bəhrəsini qovaqlar, Bir-birinə pıçıldadı, yarpaqlar, Sərin çəkdi öz kölgəsi qovağın. Bir gün gedib kölgəsində dayandım, Əyyub vuran yarasından utandım, Vidalaşıb, dörd yanına dolandım, Getmə dedi hənirtisi qovağın.
Posted on: Thu, 07 Nov 2013 06:44:40 +0000

Trending Topics



í s VIP tipu

Recently Viewed Topics




© 2015