Bir gün padşah ziyafət təşkil edir Bəhlul Danəndəni də - TopicsExpress



          

Bir gün padşah ziyafət təşkil edir Bəhlul Danəndəni də qonaq dəvət edir. Məclisdə olanlara: "Hər kim məni və qonaqlarımı xüsusi bacarığı ilə əyləndirsə ona 40 dinar verəcəm , əks halda isə 40 şallaq vuracağam"deyir. Pula ehtiyacı olan bir nəfər qalxıb deyir: "Mən xanəndəliyi bacarıram, icazənizlə oxuyaram" Və başlayır oxumağa padşah da, qonaqlar da əylənirlər. Padşah xanəndəyə 40 dinar vermək istədikdə, sarayın qapıçısı-hansı ki, xanəndənin yaxın qonşusu olan biri: "Padşah sağ olsun, mən bundan daha yaxşı oxuyan birini tanıyıram, icazə verin gətirim" Padşah icazə verir. Təzə gələn xanəndə oxuyur və doğrudan da birincidən daha yaxşı əyləndirir ziyafətdəkiləri. Bunu belə görən padşah birinci xanəndəyə 40 şallaq vurmağı əmr edəndə, bu şəxs: "Padşah sağ olsun, mən yaxşı oynamaq da bacarıram" deyir. Və başlayır oynamağa, hamı onun oyununu bəyənir. Padşah bu dəfə də 40 dinar vermək istəyəndə, qapıçı yenə gəlir. Deyir ki, " Bundan daha yaxşı oynayan birini tanıyıram, icazənizlə gətirim" Dediyi kimi də edir, qapıçı gətirən rəqqas cox gözəl oyunu ilə 40 dinarı alıb gedir. Digərinə görə isə Padşah qəzəblənir 40 şallaq vurmaq əmr edəndə, həmin şəxs çarəsiz halda razılaşır. Bu vəziyyəti görən Bəhlul Danəndə işin nə yerdə olduğunu, yəni qapıçının qonşusuna olan paxılığını anlayır. Cəza almaq üzrə olan xanəndənin qulağına pıçıldayır ki,"Dur ayağa və de ki yaxşı ox atmaq bacarırsan,özu də ki hədəf uçun qapıçının qulağını seçmisən". Bu şəxs ox atmağı qətiyyən bacarmadığı üçün,Bəhlul Danəndənin dediklərinə tərəddüdlə yanaşır,amma sonra itiəcək başqa heç nəyi olmadığını düşünüb razılaşır. Ayağa qalxıb eynilə Bəhlul Danəndənin dediklərini təkrarlayır. Padşah razılaşır. Elə bu an qapıçı təlaşlı halda İçəri gələrək deyir:"Padşah sağ olsun, qonşum düz deyir, çox gözəl ox ata bilir. Hədəfi onun kimi düz nişan alan başqa birini tanımıram, elə ona görə də heç baxmağa ehtiyyac yoxdu, 40 dinarını verin getsin. Padşah 40 dinar verib, qapıçının qonşusunu azad edir. Gözəl bir misal var ki, " Xainə sonda xar olmaq qalır".
Posted on: Mon, 08 Jul 2013 10:46:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015