Bir qadın uşaqdır əslində... Uşaq kimi hərəkət etməyi - TopicsExpress



          

Bir qadın uşaqdır əslində... Uşaq kimi hərəkət etməyi sevər.Kişinin özünə bir uşağa göstərdiyi nəvazişi göstərməyini də istər.Bir uşağı sığalladığı kimi incitməkdən qorxaraq sığallamalıdır kişi qadını.Amma hər qadın nə qədər uşaq olsa da dinlənilməyi,diqqət mərkəzində olmağı istər.Yəni bir qadının uşaqlıq etməsinə icazə verəcəksən,amma əsla onu bir uşaq olaraq görməyəcəksən.Bir qadın güclüdür əslində.Hətta kişilərdən daha çox güclüdür.Amma bu gücünü hər dəfəsində göstərməyi sevməz.Istəyər ki,kişinin gücü ona rahatlıq yaşatsın...Öz-özünə edə biləcəyi şeyləri belə kişinin etməyini istər.Bununla həm qadın olduğunu daha da hiss edəcək,həm də kişisinin nə qədər güclü olduğunu görəcəkdir.Ancaq qadın gücünü göstərmək istəyəndə onu əngəlləyə bilməzsiniz.Etmək istədiyi bir şey varsa mütləq edər...Bir qadın sevgilidir əslində.Içində hər zaman sevgini daşıyar.Sevdiklərindən asan ayrıla bilməz.Sevdiyi insanları asan incidə bilməz.Çətin sevər,amma tam sevər.Bir qadının tam mənasıyla sevə bilməyi üçün ürəyinin qəbul etdiyini,ağlının da qəbul etməyi vacibdir.Və sevməsə də onu əsla sevməyə məcbur edə bilməzsiniz.Bəlkə də qəlbinə asan daxil ola bilərsiniz,lakin beynində yer qazanmamısınızsa hər an tərk edilə bilərsiniz.Sevmədiyi halda tərk etməyən qadınlar da var əlbətdə.Bunun səbəbi əngəlləyə bilmədikləri "acımaq" duyğusudur...Bir qadın yalnızdır əslində.Heç bir zaman qadını bütünlüklə əldə edə bilmərsiniz.Özünə aid bir dünyası vardır və orda daim yalnızdır.O dünyaya heç kimin girməsinə icazə verməz.Heç bir açar o dünyanın qapısın aça bilməz.Yalnızlıq onun sığınağıdır.O sığınağa nə vaxt girəcəyinə,nə qədər qalacağına daim özü qərar verər.Sığınaqda olarkən ordan çıxmağa məcbur etsəniz onu əbədi olaraq itirə bilərsiniz.Bir qadının həqiqi kişisi olmağı bacara bilsəniz,deməli çox şanslısınız.Çünki yaşamağınız əsla mənasız olmayacaq...Bir qadın həyatdır əslində.Çünki həyatın içində olan hər şey ancaq qadınlar olanda məna qazanır.Bir qadının əlindən içdiyiniz su ilə,öz-özünüzə stəkana doldurub içdiyiniz su arasındakı ləzzət fərqini anlayırsınız?Anlayırsınızsa xoşbəxt insansınız.Anlaya bilmirsinizsə çox təəssüf ki,yaşamırsınız... Ülkər
Posted on: Sat, 14 Sep 2013 12:27:58 +0000

Recently Viewed Topics




© 2015