Bizim üçün seçki bu mərhələdə bitdi. Artıq görünür ki, - TopicsExpress



          

Bizim üçün seçki bu mərhələdə bitdi. Artıq görünür ki, tələb olunan sayda dəstək imzalarını müxtəlif səbəblərdən toplaya bilmədik. Bununla yanası ünvanımıza yazılan, deyilən ittihamlarlar, böhtanlar da bitdi. Amma bu gün bu haqda yazıb şaiyə yayanlara, qarayaxmalar, böhtanlar tirajlayanlara şərəf vermək istəmirəm. İlk növbədə bizə hərtərəfli dəstək olmuş insanlara ürəkdən təşəkkür edirəm! Bizə ən çətin anlarda tribuna vermiş və bu gün gərgin iş şəraitimiz üzündən müraciətlərini cavablandıra bilmədiyimiz bütün media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm. Sizinlə əməkdaşlığımız həmişə olduğu kimi davam edəcək. Real həyatda, virtual aləmdə hər gün məni ruhlandıran bütün dostlarım, mənimçün günlərlə təmənnasız imza toplayan silahdaşlarım və məsləkdaşlarım, nəhayət dəstək imzaları vermiş həmvətənlərim, əvəzsiz dəstəyinizə görə hamınıza "çox sağ olun!" deyir və sizlərə ən xoş arzularımı ünvanlayıram! Sizlərə görə və sizlərlə çiyin-çiyinə mübarizə aparmağa dəyər.
Posted on: Mon, 09 Sep 2013 11:57:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015