: Bu qız niyə havalanıb, görəsən? ::: Görünməmiş bir - TopicsExpress



          

: Bu qız niyə havalanıb, görəsən? ::: Görünməmiş bir sənətmi yaradıb Bu qız niyə havalanıb görəsən? Cəhənnəmdə bir cənnətmi yaradıb Bu qız niyə havalanıb görəsən? Oda düşmüş odu almır eyninə Odmu düşüb ürəyinə, beyninə? Yer üzünü alıb gedir çiyninə, Bu qız niyə havalanıb görəsən? Göynən gedir yerə dəymir ayağı Asimanda uçur mələk sayağı. Elə bil ki, budu ərşin dayağı, Bu qız niyə havalanıb görəsən? Dodaq qaçır, göz gülür, üz oxuyur, Seyrə çıxıb, bir susur yüz oxuyur. Zalım qızı gecə-gündüz oxuyur Bu qız niyə havalanıb görəsən? Gül koludu, budağını əymirəm, “Dəymə” deyir, toxunmuram, dəymirəm. Havalıdı, havasından doymuram Bu qız niyə havalanıb görəsən? Harda qurub dəyəsini bilmədim, Sahibini, yiyəsini bilmədim. Neylədimsə niyəsini bilmədim Bu qız niyə havalanıb görəsən? Nə amana fikir verir, nə aha Mən qul oldum, o çevrilib bir şaha. Bəlkə təzə qohum olub Allaha, Bu qız niyə havalanıb görəsən? Məni gördü gah gündə, gah kölgədə, Ucbatından rüsvay oldum ölkədə. Günahkarı Zəlimxandı bəlkə də, Bu qız niyə havalanıb görəsən?
Posted on: Fri, 27 Sep 2013 10:40:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015