Bəs Azərbaycan qadını nə istəyir? a) Ərindən - TopicsExpress



          

Bəs Azərbaycan qadını nə istəyir? a) Ərindən (sevgilisindən): - mobil telefonun, bilgisayarının, e-mail və facebook sosial şəbəkəsindəki hesabının şifrələrini; - ağıllı, müdrik, yaraşıqlı, güclü olmasını, işdən yorğun və əsəbi gəlsə də silsilə suallara səbirlə cavab verməsini; - Hollivud aktyorları kimi zərif gülümsəməsini, siqaret çəkməməsini və içki içməməsini; - az maaşla möcüzələr yaratmasını; - Emrah kimi qüssəli, Cem Yılmaz kimi komik olmasını; - Küçədə gedərkən nəzakətli davranmasını, tez-tez “buyurun”, “zəhmət olmasa”, “təşəkkür edirəm” deməsini; - “aşkım”, “gözəlim”, “sevgilim” müraciətlərini; - avtomobili və şəxsi evinin olmasını; - dilənçiyə pul verməsini; - futbola yox, seriala baxmasını; - Siyasətlə yox, qonşu davaları ilə maraqlanmasını; -... -... -... b) Rəfiqəsindən: - Onunla birlikdə yorulmadan alış-veriş mərkəzlərini gəzməsini; - Çoxlu qeybət etməsini; - Digər rəfiqələrindən daha çox diqqət ayırmasını; - Bütün gizli sirlərini onunla bölüşməsini; -... -... -... c) Ailəsindən: - Sonsuz sərbəstlik, azadlıq və xoşgörü; - müstəqil qərarlara sayğı, gələcək üçün təminat; - Gözəl paltarlar, bahalı parfümlər, son model telefonlar, gözəl ayaqqabılar; - Bahalı cehiz, təntənəli toy və nişan, son dəbdə gəlinlik paltarı; -... -... -... Bu siyahını, bu qəliz suala verə biləcəyim cavabları uzatmaq olar. Hələ feminizimdən dəm vuran, qadın-kişi bərabərliyindən danışan xanımların avtobusda, metroda başımızın üstünü kəsdirməsindən danışmıram. Cəlil Cavanşir (c) 404 Not Found
Posted on: Thu, 05 Sep 2013 09:51:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015