"Cinsiyyət orqanına sahib çıxa bilməyən kişilərə" Mən - TopicsExpress



          

"Cinsiyyət orqanına sahib çıxa bilməyən kişilərə" Mən heçvaxt demirəm ki, istəyirəm qadınlar açıq-saçıq geyinsin. Hamı özü bilər, zövqünə uyğun geyim tərzi seçər. Kimsə bunu bəyənər, kimsə yox. Mən yazılarımda əsla qadınların lap açıq geyinməsini təbliğ etmirəm, edə də bilmərəm. Mən sadəcə deyirəm ki, geyiminə görə qadınları kateqoriya bölməyin əvəzinə öz cinsiyyət orqanınıza sahib çıxın. Mən anlayıram şəhvət, cazibə filan adamı təxribata sürükləyir, amma danışanda kişilikdən danışırsınız, bir az sizin bəyənmədiyiniz tərzdə geyinən qadına "fahişə, quş, qəhbə" və buna bənzər min ad qoyursunuz. Siz qadınları qınayırsınız ki, açıq geyinirlər, onlara buna görə sataşırsınız, onları təhqir edirsiniz, bəs adi tərzdə geyinənlərə niyə min söz atılır? Onlar ki, açıq geyinməyib. Danışanda deyirsiniz ki, "namus, ana-bacı", bəs bir az xoş görkəmli görən kimi onun başına "ac qurd" kimi niyə yığışırsınız? Tanış olmaq istəyən adam nəzakətlə yaxınlaşıb, niyyətini deyər, cavabını alar. Uzaqdan "Ufff gözəlsən, Allah mən öldüm, ful şeydi, caaaan" kimi sözlər anqırmaq nədir? Qadın və kişi həmişə bir-birlərinə maraqlı olub, olacaq da, anlayıram ki, kiminsə kimdənsə xoşu gələ bilər, amma "hər tərpənən qadına" zilənmək nədir bəs? Niyə evdən bir çox məqsədlə çıxmağınıza baxmayaraq, hər yerdə potensial seks hədəfi axtarırsınız? Öz-özünüzdən mentalitet qaydaları uyduran da sizsiniz, bundan əziyyət çəkən də... Qadınları geyimlə kateqoriyaya bölməkdənsə, seksual problemlərinizi həll etsəniz yaxşı olmaz mı??? Sizin bu cür xroniki acgöz olmağınız uşaqlıqda intim mövzularda aldığınız tərbiyə və dərslərin çox aşağı olmasına dəlalət etmir mi? Bir az düşünün, kiməsə geyimə görə "qəhbə" adı verəndə, məgər sizin bütün qohumlarınızın qızları ancaq və ancaq tam bağı tərzdə geyinir? "Həm deyirsiniz qadın zəif məluqdu, biz kişiyik, daha güclüyük", qadın tutaq ki, dəb-dəbəli geyinməyə hərisdir, (Bütün qadınlar bəzənməyi sevir və siz açıq geyinən xanımın daha bağlı geyinməsini istəyirsinizsə, bunu söyüşsüz də etmək olar. Məsələn maraqlı və məntiqli təbliğlə.) və geyim incəliklərini ancaq zamanla qavrayıb, öyrənir və bunu birdən-birə etməyə gücü çatmır, bəs siz niyə dərhal bir cinsiyyət orqanınıza sahib çıxa bilmirsiniz? Olmaya sizi o axmaq ittihamlara təhrik edən sizin "kiminsə geyimindən narahat olmanız" yox, seksual manyak, ac olmanızdır??? © Rüzgar Mövsüm
Posted on: Wed, 03 Jul 2013 05:50:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015