Dostum sual etdi: nədir məhəbbət? Söylədim: - TopicsExpress



          

Dostum sual etdi: nədir məhəbbət? Söylədim: dövlətdi,maldı məhəbbət. Elə gətirib ki,indi zəmanə, Ürək sevgisi yox,puldu məhəbbət. Nə qeribə imiş həyatin yolu, İnsani ucaldır cib olsa dolu. Çirkin,kifir olsun,çoxdursa pulu Onların əlində quldu məhəbbət. Dövran neçəsinin əlacin kəsib, Mərdi bihəyaya eyləyib nəsib. Bir varli qızını alarsa kasıb, Belinə qoyulmuş çuldu məhəbbət. Daha biz görmərik Leyli-Məcnunu, Tap görüm Kərəmi,ya Fərhad hanı ?! Esl məhəbbətin getdi zamanı, Çox uzaq keçmişdə qaldı məhəbbət. Ağasalam Mahmudoğlu
Posted on: Thu, 12 Sep 2013 20:03:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015