" Döşənib gözlərimdə dar küçəniz " qəzəli Xəfif - TopicsExpress



          

" Döşənib gözlərimdə dar küçəniz " qəzəli Xəfif bəhri Döşənib gözlərimdə dar küçəniz, Arzuma oldu bir məzar küçəniz. Xam xəyallarla döymüşəm o qədər, Olub artıq cadar-cadar küçəniz. Gözlərimdən ki, düşdü, indi yaman Korlanıb güzgü tək hamar küçəniz. Deyinir bir ümid də öz-özünə, Kəsib ömrün nə var, nə var küçəniz. Daha dərdin mənimlə bölmür heç, Yollarımdan düşüb kənar küçəniz. Köçür artıq yavaş-yavaş deyəsən Ürəyimdən qatar-qatar küçəniz. Düzülüb Yasinin güman yoluna Belə daş-daş, divar-divar küçəniz.
Posted on: Mon, 07 Oct 2013 18:53:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015