Elə bir iş görmə ki, sonra... Bir gün bir professor tibb - TopicsExpress



          

Elə bir iş görmə ki, sonra... Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq » — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra tələbə sualın doğru cavabını xatırladı və yenidən ayağa qalxıb: «250 mq », — dedi. Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü, — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ... İmam Hüseyn (ə): “Elə bir iş görmə ki, ona görə üzr istəyəsən. Çünki, mömin elə bir iş görməz ki, üzr istəməsinə səbəb olsun, münafiq isə hər gün xoşagəlməz bir iş görüb, ona görə üzr istəyər... Tuhəful-Uqul, s. 248
Posted on: Fri, 07 Mar 2014 11:05:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015