Fizika-riyaziyyat elmləri namizədi, dosent İş telefonu: - TopicsExpress



          

Fizika-riyaziyyat elmləri namizədi, dosent İş telefonu: (99412) - 439-73-73 E-mail: ben. Davud @ gmail. com ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI 1962 Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1969 Belarus Respublikası Fizika İnstitunun aspiranturasını bitirib və “Plazma sürətləndiricilərində gedən fiziki proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyası mudafiə edib. Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1982 dosent ƏMƏK FƏALİYYƏTİ: 1962-1965 Ümumittifaq Elektromexanika İnstitutunun filialında mühəndis, İstra şəhəri, Moskva vilayəti 1965-1969 Belarus Elmlər Akademiyasının Fizika İnstitunun aspirantı, Minsk, Belarus 1970-1973 BDU Fiziki elektronika kafedrasının assistenti, 1973-1982 BDU Fiziki elektronika kafedrasının baş müəllimi 1982 BDU Fiziki elektronika kafedrasının dosenti Hansı dərsləri aparır Radiofizika, Radioelektronika, Fiziki elektronika 110 elmi məqalənin müəllifidir 4 kitabin müəllifidir 4 patentin müəllifidir Yetişdirdiyi elmlər namizədlərinin sayı – 2 nəfər Həyata keçirdiyi təcrübələr və elmi yenilikləri haqqinda 1964-cü ildə aldiğimız ixtirada plazma mühərriki təklif olunmuşdu və o kosmosda sınaqdan çıxıb. 2000-ci ildə aldığımız patentlər içməli suların zərərsizləşdirmək üçün, 2008-ci ildə aldığımız patent isə çirkab suların təmizlənməsinə həsr olunub. Bu qurğular MEA-nınTəcrübə sənaye zavodunda (TSZ) sınaqdan çıxarılıb və ixtisasçılar tərəfindən yüksək qiymətləndirilib. Bu haqda uyğun aktlar var. BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI 1964, 1965, 1968 “Alçaq temperaturlu plazma”, Beynəlxalq konfrans, Kiyev, Minsk, Bakı 1997, 2002, 2005 “Enerji, Ekologiya, İqtisadiyyat” Beynəlxalq konfrans, Bakı 2002, 2004, 2006 “Energetikanın texniki və fiziki problemləri” Beynəlxalq konfrans, Bakı, Ankara, Təbriz 2007 Əmirxanovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans. Bakı, 2007 H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans. Bakı TƏDQİQAT SAHƏSİ Ozon texnologiyası, plazma texnologiyası, ekologiya problemləri SEÇİLMİŞ ƏSƏRLƏRİ 1. Neftayırıcı zavodların çirkab sularının təmizlənməsi. Azərb. Neft təsərrüfatı, № 8, 2007, səh.81-84. 2 Çoxelementli ozonatorun aktiv elementinin iş rejiminə onu qidalandıran gərginliyin tezliyinin təsiri. Energetikanın problemləri, № 3, 2004, с.66-69. 3 Çoxelementli ozonatorun elementlərini seçməklə onun işinin optimallaşdırılması. Technical and Physical Problems in Power Engineering. Təbriz-Iran, 6-8 september, 2004, p.341-344 4 Suların təmizlənməsində ozonun tətbiqi. Energy, Ecology, Economy Congress, 1-3 June, 2005, p.568-571 5. Baryer boşalmasında baş verən elementar proseslər. Fizika, № 1-2, s.310, Bakı, 2007 «İSİ» JURNALLARİNDA DƏRC OLUNMUŞ MƏQALƏLƏR 1.İmpuls plazma sürətləndiricilərində elektrodların eroziyasının tədqiqi. Czechoslovak Journal of Physics. Czeck. Respublika. Praque. 2.İmpuls boşalmalarında elektrod oblastlarının tədqiqi. «Teplotexnika vısokix temperatur», № 5, 1968, Minsk. 3.İmpuls sürətləndiricilərində plazmanın təbiəti haqqında. Jurnal texniçeskoy fiziki. № 1, 1971, Moskva. KİTABLAR 1992 – Radioelektronikanın əsasları, ADU, Bakı, -294 səh 1993 – Radioelektronikadan laboratoriya işləri, Bakı, -88 səh. 2002 – Radiofizika praktikumu, Bakı, 2002, -149 səh. 2008 – Radiofizika, Bakı Universiteti, Bakı, -392 səh. © Baku State University
Posted on: Mon, 09 Sep 2013 18:51:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015