GÜNAY SƏMA ŞİRVAN AYRILAN YOLLARIN NƏĞMƏSİ Ayrılan - TopicsExpress



          

GÜNAY SƏMA ŞİRVAN AYRILAN YOLLARIN NƏĞMƏSİ Ayrılan yolların nəğməsi mənəm, A bulud, gözünü niyə sıxırsan? Ayrılan yolların nəğməsi—qəməm, A sevinc, özündən niyə çıxırsan? Dərdə eyləyərdi sipər sinəni, Eşqlə susdurardı qafil dinəni. Bəlkə o unudub eşqi—dünəni, A könül, nə hicran üstə yıxırsan. Qovuşan yollara sindi qəlbimiz, Ayrılan yollardı indi qəbrimiz. Gözünü giriyan etdi səbrimiz, A səbrim, nə yaman yola baxırsan. Ayrılan yolların nəğməsi qərib, Nəğmələr örpəyin yollara sərib. Yeddi il gözlədim, gəlmədi Qərib, A vusal, gözünü yoldan yığırsan? Nəğmələr izləyir addımbaaddım, Nəğmələr qoymayır yan addım atım. Qəmə könül verib, ələmə batıb, A dünyam, dünyaya necə sığırsan?
Posted on: Fri, 21 Jun 2013 17:19:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015