Gəlin gülək. Rayondayam. Işdən məzuniyyətə çıxıb - TopicsExpress



          

Gəlin gülək. Rayondayam. Işdən məzuniyyətə çıxıb istirahətə gəlmişəm. Amma nə istim var nə rahətim. Istim ona görə yoxdur ki Avropaya qaz satan dövlətimdə qaz yoxdur, ev isinmir. Rahətim yoxdu çünki məhərrəmliyə düşdüm. Əvvəl aşura sonra məsçiddən ucalan mərsiyə səsindən nə evdə oturmaq nə də həyətdə gəzmək olmur. Bütün günü Əbəlfəz belə getdi, Hüseyn belə gəldi. Hələ bir dəfə də olsun islamın tarixindən, Kərbəla faciyəsindən tarixi söhbət edildiyini eşitməmişəm. Bütün günü ağlaşırlar. Qonşu rayon Sabirabadda ələm “uçandan” sonra burda da ağlaşmanın tempini artırıblar. Bəs nə üçündür ağlaşma? Həqiqətənmi islamda bu qədər ifrat dərəcədə yasa bürünmək var? Kərbəla faciyəsinə, anım tədbiri olaraq sivil şəkildə məsçiddə toplanıb olaya təfərrüatı ilə tarixi izah gətirmək olar. O dövrün siyasi şərtlərindən, bu faciyənin nə ilk nə də son olmadığından məlumat vermək olar. Hüseynə ağlayanlar heç Məhəmmədin ölümündən, Əlinin sui-qəstindən danışmırlar. Peyğəmbərin mövludunu bilməyənlər utanmaz-utanmaz nəvəsinə yas saxlayır. Digər imam, səhabə və peyğəmbərlərə də yas saxlasaq onda bütün ili yas içində boğularıq. Əlbəttə zəncir vurmaq, palçıqlı əzadarlıq, nindza şousu göstərib özünə xəsarət etmə islamda yoxdur. Bunlar şiə fanatizmidir. Əhli-sünnəyə görə bütün bunlar bidətdir. Lakin məsələ bununla da bitmir. Əsas sual belədir: kütləni nə üçün ağladırlar? Mirzə Cəlilin “Ölülər” əsərini xatırlayaq: Şeyx Nəsrullah bütün kütləni aldadıb arxasınca apardığı halda yalnız Kefli İsgəndərin gülüşü qarşısında aciz qalır və ondan ehtiyyat edir. İsgəndəri məhz güldüyünə görə kütləyə qatıb idarə edə bilmir. İsgəndərin anası ona deyir: Kaş Allah məni sənin əlindən öldürəydi. İsgəndər: Ölsən də, canını qurtara bilməyəcəksən, Şeyx Nəsrullah gəlib səni dirildəcək. İsgəndər anasının da Şeyxin də hər sözünə qəhqəhə çəkib gülür. Beləliklə bu silahı sayəsində özünə müdafiə səddi yaradır. Bəli kütləni ağladırlar ona görə ki təsir altına salsınlar. Hüseynə üzülən insanı ay belə kəsdilər, körpə uşağının qolunu belə doğradılar kimi sözlərlə daha da yasa qapadıb idarə etsinlər. Molla sinfi islamı təbliğ etmək üçün deyil, kütləni ağlatmaq üçündür. Ağlayan insanı idarə etmək asandır. Gülən insana isə qalib gələ bilməzlər. Çünki gülən insan inanmadığı üçün gülər. Hədislərin birində: İslam peyğəmbəri Hz. Məhəmməd iman sahibinin bərkdən gülməsini yasaqlayır. Peyğəmbərə görə səs çıxarmadan sakitcə və təmkinlə gülümsəmək kifayətdir. Qəhqəhə çəkib gülmək ibadəti batil edər. Çünki şeytan əməlidir. Hz. Məhəmməd kimi mütəfəkkir bir insanı, cahil ərəblərə uca səslə dərindən gülməyi qadağan etməsinə sizcə nə vadar edə bilərdi? Çünki İsgəndərin Şeyx Nəsrullaha güldüyü kimi ona da çox gülmüşdülər. Onun Hira mağarasında mələk Cəbrayılın gözünə görünməsini, Allahdan vəhy qəbul etməsini, Cəbrayılın onunla danışmasını ələ salıb gülürdülər. Sonralar minlərlə insanı idarə edəcək bu insan da gülüş qarşısında sarsılırdı. Ermənilər Oksfordda lobbi açır. Bizimkilərsə 15 əsr əvvəl ərəb çöllərində döyüşmüş ərəblərə görə hələ də ağlaşırlar. Mollalar isə onların gülməyi bacarmadığından istifadə edib yaxşıca hipnoz edirlər. Görəsən Mirzə Cəlil demiş: “Bəs nə vaxtacan avam camaatı məsçid moizəsi və imam mərsiyəsinə məşğul edə-edə elm-maarifdən və savaddan uzaq saxlayacaqlar? Xülasə- gülməyi bacaran insanı hansısa cəfəngiyyata inandırmaq, kiminsə idarəsi altına salmaq mümkün deyil. Çünki o öz iradəsinə tabedir. XIX əsr yəhudi filosofu, kommunizmin banilərindən olan Fridrix Engels yaxşı deyib: “Qarşısındakı adam gülərsə, ən güclü sehrbaz belə onu hipnoz edə bilməz”.
Posted on: Sat, 23 Nov 2013 02:19:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015