Hörmətli dostlar, məni istəyən və istəməyən yoldaşlar. - TopicsExpress



          

Hörmətli dostlar, məni istəyən və istəməyən yoldaşlar. Atrıq 2 gündür ki həm sosial şəbəkələrdə, həm mətbuat səhifələrində mənim guya yeni vəzifəyə təyinatımla bağlı çox qızğın müzakirələr və mübahisələr gedir. Qısa olaraq bildiriəm ki, özünüzü yormayın və bəzin isə heç mübahisə də etməyin. Axşam məsələ həll olunub... Nəyisi və necəsi yaxın saatlarda. İndi isə jurnalist dostlarıma bu gün üçün bir neçə xəbəri yazmaq istəyirəm. Beləliklə, dünən yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov MN-nin Arxa Cəbhə İdarəsinin rəisi vəzifələrini icra edən general-mayor Piri İsrafilovu tutduğu vəzifədən azad edib. Xatırladım ki, adıçəkilən general bu il 26 iyun tarixində bu rütbəyə layiq görülənlərdəndi. Və onun general olması bir çoxları üçün şok effekti yataratmışdi. O MN-nin Yanacaq-sürtkü materiallarına cavabdehlik daşıyan şəxs idi.. Silahlı Qüvvələrin Akademiyasının rəisi general-mayor Nəcəf Qəmbərov da vəzifəsindən çıxarılıd. Onun yerinə isə son günlər mətbuatın dostu olan general-mayor Altay Mehtiyevin təyin olunduğu bildirilir. Digər maraqlı bir xəbər isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifovla bağlıdır. Uzun müddət MN-nin Mühafizə Alayının komandiri olmuş bu şəxs də verilən məlumata görə tutduğu vəzifədən kənarlaşdırılıb. Və hesab edirəm ki, bu da düzgün qərardır. Çünki, bu şəxs Qarabağ savaşının ən qızğın çağında Murovdağda yerləşən hərbi hissəyə təyinat almasına baxmayaraq xidmət yerinə deyil,... Rusiya getmişdi. Sonra isə çox müəmmalı şəraitdə MN-də peyda oldu və vəzifəyə təyinat aldı. Hörmətli Hərbi Prokurorluğ bu məsələyə niyə aydınlıq gətirməyib bu günə kimi, deyə bilmərəm. Amma Mirzəli Yusifovun belindı cinayət işi hələ də açıq qalır.. Hərbi Məktəbin zabitlərindən biri polkovnik Mübariz Rzayev MN-nin komendantı təyin edilib. Müdafiə Nazirliyində elə bir şok təyinat həyata keçirilib ki, şəxsən mən inanmaq istəmədim və gözləyirəm ki, Nazirlik təmsilçiləri özləri buna aydınlıq gətirsinlər. Olmazsa gün ərzində ehtiyatdan gətirilmiş bir baş leytenantın mühüm bir ocağa necə və niyə rəhbər təyinatına münasibet bildirəcəyik. Şəxsən bu yanaşma hesab edirəm ki, anlaşılan deyil. Belə olmaz. Digər təyinatlar da həyata keçirilib. düşünürəm ki, bu gün üçün bu xəbərlər yetər. Bir də sonda məni açıq və ya gizli tənqid edən və bəzən təhqir edən yoldaşların nəzərinə. Onsuz da məni indiyə kimi necə tanımışdınızsa, bundan sonra da mən əvvəlki kimi öz vicdanımda, öz əqidəmdə qalacağam. Hamınıza uğurlar. Ən əsası isə görülən işlər Azərbaycan Silahlı Qüvvələri üçün xeyirli-uğurlu olsun. Vəzifəyə gələnlər də, gedənlər də bu mühüm amili unutmamalıdırlar. Eşq olsun Azərbaycana və onun dəyərli oğullarına və qızlarına!!!!
Posted on: Tue, 29 Oct 2013 06:31:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015