HƏYATLA MÜBARİZƏDƏ UĞUR QAZANA BİLMƏNİN 15 TƏMƏL - TopicsExpress



          

HƏYATLA MÜBARİZƏDƏ UĞUR QAZANA BİLMƏNİN 15 TƏMƏL PRİNSİPİ: “Mübarizə uğurun rəmzidir” 1.Cəsarətli olmaq; İnsanda qorxunu dəf etməyin yeganə üsulu cəsarətdir. Haqqın və həqiqətin aydınlatılmasında da,cəsarətin rolu danılmazdır. 2.Ağıllı olmaq; Fiziki gücdən daha çox zehni gücə üstünlük vermək.Ağıl ilə hərəkət etmək, hər işi ağıl ilə görmək. 3.Güclü iradəyə malik olmaq; Səbrli və iradəli olmaq demək,uğurlu olmaq deməkdir.Çünki böyük insanların uğurları güclü iradələri sahəsində əldə edilmişdir. 4.Ümidini və inancını heç zaman itirməmək; Həyatda ümidini və inancını itirən insanın cansız əşyadan heç bir fərqi yoxdur. 5.Heç kəsə etibar və etimad etməmək; Yoldaşlıq və əməkdaşlılıq heç zaman etibarlılıq və etimadlılıq əlaməti deyildir.Əksinə bir-birini tanıma əlamətidir. Səni səndən başqa,ən yaxşı halda heç kim başa düşə biolməz,heç kim qeydinə qala bilməz. 6.Özünü sevmək yerinə,daha çox özünə güvənmək; Həyatda özünə güvənmək insanı dəyərli edən bir meyardır. 7.Yaradıcı fikirli olmaq; Yaradıcı insan yaradıcılığından başqa heç bir şey haqda fikirləşmir.Çünki onu yaşadan və tanıdan yaradıcılığıdır. 8.Məntiqli,konkret və böyük düşünmək; Yalnız böyük düşündükdə,böyük işlər görə biləcəksiniz. 9.Məqsədyönlü və çalışqan olmaq; Məqsəd varsa,irəliləməyə əsas da var.Məqsədsə hər cür vasitəyə haqq qazandırır.Nə qədər ki, məqsədimə çatmamışam,demək mən yenilməzəm. 10.Qənaətcil və planlı hərəkət etmək; Varlı və zəngin insanların böyük sərvət sahibi olmalarının ən başlıca səbəblərindən biri qənaətcil və planlı hərəkət etmələridir. 11.Vaxtını dəyərli və səmərəli keçirmək; Dəyərli olduğunu dərk et ki,dəyərli zamanın olsun. 12.Hər işdə doğru seçim etmək; Bir insanın gələcəyi onun doğru seçim edib-etməməyindən asılıdır. 13.Sağlam və etibarlı ailə qurmaq; Sağlam və dayanıqlı ailə qarşılıqlı sevgi və inam üzərində qurulur. 14.Zərərli şeylərdən uzaq durmaq; Siqaret,spirtli içki,narkotik,qumar, lotoreya və zina kimi zərərli şeylərdən uzaq durmaq. 15.Stimul verən və xeyir gətirən işlərlə məşgul olmaq; Xeyir gətirən hər hansı bir işlə məşğul olmaq,insanı ucaldan,dəyərli və gümrah edən bir meyardır.
Posted on: Wed, 28 Aug 2013 19:16:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015