Kənd. Gecə saat 3 artıq bayquşlar da tərk eləyib bu - TopicsExpress



          

Kənd. Gecə saat 3 artıq bayquşlar da tərk eləyib bu yerləri onlar da birə kimi oxudular susdular bu saatda kəndimizdə dəhşətli bir səssizlik var könlümdən indi bir ağız ulamaq keçir, Nərmin – bir səs eşidim deyə... elə bil ətrafımda insanlar yox, həyat yatıb... bu qədər yalnızlıq olmaz burda - doğulduğum, böyüdüyüm bu kənddə burda – anamın yanında olmaz, Nərmin... iri bir yalquzaq gəzdirirəm içimdə gözlərimin önündə bir kənd mənzərəsi var əlimdə siqaret həyatdan çox küsmüşəm, Nərmin bunu bugün, bu saatda, 28 ildən sonra anladım... indi gözlərimin önündən bir kölgə keçdi qaranlıqda atamın ruhudu sandım gəlmişdi on üç il sonra... mən atasız böyüdüm, Nərmin ata kimi böyüdüm böyüdüm adam olmağa, yalnız oldum uşaqlaşdım – gözlərimin özündə böyüdü ağrılarım gözlərimin önündə böyüdü uşaqlığım bu saatda içim doldu bir yalnızın boşluğuyla kimsələrə söyləmədim gedişimin səbəbini bu yerlərdən anama belə söyləmədim elə bildi qayıdacam nə vaxtsa elə bildi balası sağdı, Nərmin elə bildi... heç bilmədi... mən heç bilmədim hardan gəldi bu ayrılıq hardan gəldi bu sevgi başıma daş kimi düşdü ağrılarım ağrımadım gedişinə elə şeylərə ağrıdım – heç biri mənim deyildi sən mənim deyildin, Nərmin bu gecə mənim deyildi – bu kənd mənim deyildi bu ana mənim deyildi, Nərmin... mən anasız doğulmuşdum yalnızlığa mən atasız böyümüşdüm, Nərmin oyandığım saatların heç birində adam yoxdu getdiyim şəhərlərdə sevdiklərim sevdiyim qadınlarda sən yoxdun bu saat kəndimizdə mənə aid heç nə yoxdu... bu saatda bayquşlar da susub artıq içimdəki yalquzaq da mən də susmuşam, Nərmin, yazdığım hər misrada gecənin bu saatında durub getməyə bir yer sevməyə bir qadın yoxdu sən də yoxsan gecənin bu saatında heç nə yoxdu, heç kim yoxdu mən də yoxam... bir yoxluğun vidasını söyləyirdi içimdəki misralar bir də səni bir də... Nərmin, gecənin bu saatında bir də məni...
Posted on: Sat, 29 Jun 2013 20:40:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015