Lojanın yaranma tarixi və fəaliyyəti[redaktə] 2000-ci ildə - TopicsExpress



          

Lojanın yaranma tarixi və fəaliyyəti[redaktə] 2000-ci ildə Vaşinqtonda türkdillilərin "Nur-2000" lojası qurulanda, Azərbaycan Respublikasında Azad Masonluğu qurub baza şəklində inkişaf etdirmək üçün lojadan istifadə olunma qərarı qəbul olundu. Azərbaycan Keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan Qafqaz dağlarında yerləşən və türkdilli Avropa ölkəsidir. Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Washington D.C-də qəbul olunmuş "Azerbaijan Lodge No.2001" yaradılması ilə başladı. Bir il sonra Washington D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada "Druqba (dostluq) No.24" lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Washington D.C. Böyük Lojası Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan "Xəzər Lojası No.1000" layihəsi yaradıldı. 2001-2008 aralığında hazırlıq işlərinin çoxu Azərbaycan Lojası tərəfindən həyata keçirildi. Bir çox qonaq Bakıya səfər etdi, rəsmilərlə görüşdü və Azad Masonluğun xeyrini bildirdi. Nəhayət 2008-ci ildə yuxarıdan müsbət işarə verildi. Bunun ardından Washington D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək "Baku Lodge No.2008" yaratdı və Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işləri görüldü. Bunu da qeyd etmək lazımdır ki, bu işdə Rusiya Böyük Lojası böyük kömək etdi və çətin layihənin bütün səylərini dəstəklədi. 5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə toplantı oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edildi. Toplantının sonunda protokol imzalandı və növbəti həftə 9 dekabrda Bakıda ithaf üçün razılıq əldə edildi. 9 dekabrda Azərbaycan Milli Böyük Lojasının təşkilatı toplantısı çağırıldı və Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyət ilk Hörmətli Böyük Ustad elan olundu. Daha sonra Robert Bağır Heyət öz Böyük Loja işçilərini elan etdi. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı oldu və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən buraxıldı. Hal-hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1 Drugba Lodge No.3 Baku Lodge No.4 (Xəzər Lojası No.2 Ankarada Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyət göstərir) Azərbaycan Milli Böyük Lojasının 102 üzvü var.
Posted on: Sat, 22 Jun 2013 10:29:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015