MARAĞALI MƏHƏMMƏDHƏSƏN XAN - TopicsExpress



          

MARAĞALI MƏHƏMMƏDHƏSƏN XAN ETİMADÜSSƏLTƏNƏ XEYRATİ-HESAN (GÖZƏLLƏR SƏRVƏTİ) Azərbayjan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 21 sentyabr 2009-ju il tarixli 8 №-li ijlasının qərarı ilə nəşr edilir. Fars dilindən tərjümə edən, ön sözün müəllifi, göstərijilərin və qeydlərin tərtibçisi: Tahirə Həsənzadə, tarix elmləri namizədi Bakı: Nurlan, 2009, 150 s. Təkmilləşdirilmiş təkrar nəşri MƏHƏMMƏDHƏSƏN XAN ETİMADÜSSƏLTƏNƏNİN HƏYATI VƏ «XEYRATI-HESAN» ƏSƏRI Müdriklərdən biri demişdir ki, elm və tərbiyənin ibtidası qadınlardan başlayır, elm tələb etmək hər bir müsəlman kişiyə və müsəlman qadına vajibdir. Bu hökm sayəsində yer üzündə milyonlarla elmli müsəlman qadını övladına müəllim və tərbiyəçi olmuşdur. Tarix boyu ijtimai və siya¬si həyatda müəyyən mövqe tutmuş qadın bir çox şifahi və yazılı abidələrdə tərənnüm olunmuşdur. «Kitabi-Dədə Qor¬qud» yazılı abidəmizdə təsvir olunan mərd qadınların xə¬ləf¬ləri olan Tuti Bikə, Qürrətüleyn, Həjər kimi türk qadını Məhəmməd Zehni əfəndinin «Məşahirün-nisa» , Rzaəd¬din ibn Fəxrəddinin «Məşhur xatunlar» , Məhəmməd¬hə¬sən xan Etimadüssəltənənin «Xeyrati-hesan» Bəhriyyə Uçokun «Müsəlman dövlətlərində qadın-hökmdarlar» və başqa əsərlərdə yaşayırlar. Belə əsərlərdən biri, Xeyrati-hesan» («Gözəllər sərvəti») əsəri diqqətəlayiqdir. Əsərin müəllifi Nəsrəddin şah Qajar dövrünün görkəmli şəxsiy¬yəti, marağalı Məhəmədhəsən xandır. Marağalı Məhəmmədhəsən xan 1843-jü il 16 sen-tyabr¬da Tehranda anadan olmuşdur Ana tərəfindən qajarlardan olub, Ağa Məhəmməd şah Qajarın qardaşı Mustafaqulu xanın nəvəsidir. Atası Əli xan Müqəddəmdir. Məhəmmədhəsən xan məşhur is-la¬hatçı, Baş Nazir Əmiri-Kəbir Mirzə Tağı xanın 1851-ji il-də Tehranda təsis etdiyi Darülfünuna daxil olmuş, burada hərb elmini öyrənməklə yanaşı tarix, joğrafiya, riyaziyyat elmlərini, ərəb, ingilis və rus dillərini mənimsəmişdir. O, 9 ya¬şında ikən piyada qoşunlar komandanı Əziz xanın ya¬nın¬da qulluq etməyə başlamışdır. Sonra Xuzistan, Luris¬tan əyalətlərində polk komandiri, Şüştərin hakimi təyin olun¬muş, 1863-1867-ji illərdə Parisdə Qajarlar dövlətinin sə¬lahiyyətli səfiri Həsənəli xan Gorusinin müavini, attaşe kimi çalışmışdır. Bu müddətdə fransız dilinə mükəmməl yi¬yələnmiş, boş vaxtlarını ingilis dilini öyrənməyə sərf et¬miş¬dir. O, Fransadan Tehrana qayıtdıqdan sonra II dərə¬jə¬li Şiri-Xurşid ordeni ilə təltif olunaraq, Nəsrəddin şahın şəxsi mütərjimi və köməkçisi təyin edilmişdir. 1871-ji ildə Nəsrəddin şah, Qajar dövlətində aparılan bir sıra islahatlarla əlaqədar bütün tərjümə işlərini və ki-tab nəşrini bir yerdə mərkəzləşdirmək barədə sərənjam ver¬mişdir. Şah eyni vaxtda Məhəmmədhəsən xana Səni-üd¬dövlə titulunu (dövlət sənətkarı) verərək, onu Nəşriyyat və Tərjümə idarəsinin rəisi təyin etmişdir. Sonralar bu iki ida¬rə Nəşriyyat Nazirliyi adlandırılmış və İranda bu nazir¬li¬yin naziri vəzifəsi Etimadüssəltənə (dövlətin etimadlı ada¬mı) titulunu almış Məhəmmədhəsən xana tapşırılmışdır. Be¬ləliklə Qajarlar dövlətinin ilk Nəşriyyat naziri marağalı Məhəmmədhəsən xan olmuşdur. O, ömrünün axırınadək dövlət işləri ilə məşğul olmuşdur. Bununla yanaşı tarixi-joğrafi əsərləri ilə İran tarixşünaslığında Avropa elmi me¬todunun, yazıçı-tərjüməçi kimi bədii əsərləri ilə fars nəsri¬nin sadələşmiş nümunələrinin banisi kimi tanınmışdır. Əl¬lidən artıq oricinal və tərjümə əsərin müəllifi olan Məhəm¬məd¬həsən xan 53 yaşındı düşmənləri tərəfindən zəhərlə¬nə¬rək öldürülmüşdür. Onun əsərləri Avropa mənbələ¬rin¬dən, dövlət sənədlərindən, Avropa və ölkədaxili səfərləri zamanı topladığı materiallardan qidalanmışdır. Dördjildlik «Miratül-buldani-Nasiri» (Nasiri şəhərlərinin aynası), üç-jild¬lik «Mətlə üş-Şəms» (Günəşin çıxması), «Dürərüt-ti¬jan fi tarixi-bəni əl-əşkan» (Əşkanilər tarixində dürlər top-lusu), «əl-Məasir vəl-asar» (Hünərlər və əsərlər) onun əsər¬lərindəndir. Bu əsərlərdə Azərbayjan tarixi və gör-kəmli şəxsiyyətləri haqqında dəyərli məlumatlar vardır. Qeyd etmək lazımdır ki, İran və Qərb tarixçilərindən fərqli olaraq ilk dəfə Məhəmmədhəsən xan Azərbayjan dövlə-tinin e.ə. müstəqil şahlığa malik olduğunu göstərmişdir. Məhəmmədhəsən xan Etimudüssəltənənin üçjildlik «Xeyrati-hesan» əsəri Şərq qadınları haqqında məlumat verən bioqrafik mənbədir. Əsərin adı Qurani-Kərimin 55-ji surəsi olan «ər-Rəh-man»ın 70-ji ayəsindən götürülmüşdür. Orada yazılmış-dır: «Gözəl əxlaqlıdır, xoş sifətlidir oraların hər qadını». Etimadüssəltənənin yazdığına görə o, «Xeyrati-he-san»ı XIX əsrin məşhur türk ədibi Məhəmməd Zehni əfən¬¬dinin «Məşahir ün-nisa» əsərinin türk dilindən tərjü-məsi əsa¬sında yazmışdır. Maraqlıdır ki, Etimadüssəltənə yara¬dı¬jı¬lığı haqqında fikir söyləyən tədqiqatçıların heç də ha¬mısı bu əsərin tərjümə olduğunu göstərmirlər . Əsər 1886-1888-ji illərdə Tehranda daşbasma üsulu ilə çap olunmuşdur. Məhəmmədhəsən xan, Lütfəli bəy Azərin «Atəşgədə», Mahmud Mirzə Qajarın «Noqli-məjlis», İzədüddövlə Əhməd Mirzə Qajarın «Tarix» əsərlərindən buraya əlavələr edərək azərbayjanlı qadınlar haqqında da məlumat vermişdir. Ümumiyyətlə üç jilddən ibarət olan «Xeyrati-hesan»da məşhur türk, azərbayjanlı, ərəb, hind və həbəş qadınlarından bəhs olunur. Şəxsiyyətlər əlifba sırası ilə verilmişdir. (Aminə-Yəhəbulla). Əlyazmalar İnstitutunda mühafizə olunan «Məşahir ün-nisa» əsərinin birinji jildini «Xeyrati-hesan»la müqayi¬sə etdikdə bəzi dəyişikliklərə rast gəlmək olar. Belə ki, Mə¬həmməd Zehni əfəndinin kitabında Məhəmməd (s) pey¬ğəmbərin anası Aminə binti-Vəhəb əlifba sırasına uy¬ğun olaraq 9-ju səhifədə verildiyi halda. «Xeyrati-he¬san»¬da 1-ji səhifədə verilmişdir. «Məşahirün-nisa»nın bu jildi əlif-za həriflərini əhatə etdiyindən həmin əsərin 2 jild¬dən ibarət olduğunu zənn etmək olar. Məhəmməd¬hə¬sən xan yuxarıda göstərilən mənbələrdən istifadə edərək Zeh¬ni əfəndinin əsərinə xeyli əlavələr etmiş, öz həmdini, həm¬di¬yarları, yaxın qohumlarda olan xanımlar, Qajar xa¬nım¬la¬rı haqqında məlumat verərək, əsəri daha da zinətlən¬dir¬miş¬¬dir. Bəlkə də elə buna görə bəzi tədqiqatçılar «Xey¬rati-he¬san»ın tərjümə olduğu barədə söz deməmişlər. Müəllif «Xeyrati-hesan»ın birinji jildi çap olunduqdan sonra bir nüsxə Məhəmməd Zehni əfəndiyə göndərmiş, ondan öz tərjümeyi-halını yazmağı xahiş etmişdir. Zehni əfəndi də bu xahişə əməl etmiş və Məhəmmədhəsən xana məktub göndərmişdir. Həmin məktub «Xeyrati-he-san»ın ikinji jildində türk və fars dillərində dərj edilmiş-dir. Burada Zehni əfəndinin başqa əsərləri haqqında da məlumat verilir. 1887-ji ildə yazılmış məktubdan Zehni Əfən¬dinin qırx üç yaşında olduğu, dilçiliyə və ədəbiyyata dair bir sıra əsərlərin, o jümlədən alim və ədiblərin tər-jümeyi-hallarından bəhs edən «Kitabül tərajim»in müəllifi olduğu bilinir. Məhəmmədhəsən xan Etimadüssəltənə əsərə maraqlı müqəddimə yazmış, yeri gəldikjə onu beytlərlə bəzəmiş, burada öz əməlindən böyük gürur duyduğunu bildirmişdir. O yazır: «Nə yaxşı ki, qadir Rəssam və ijraçı Fateh ana¬la¬rın bətnində qızlara gözəl surət bəxş etmiş, təbiət də on¬lara mərifət və kamal vermişdir, hikmət və ədəb qapıla¬rını şərəfli, ağıllı qadınların üzlərinə açmışdır. Haqq bun¬dadır ki, onlar gərək unudulmasınlar ki, bu dünyada yaşa¬mışlar. Onlar çadra altında zehnli, ağıllı olmuşlar, həqiqəti axtarıb meydana çıxarmağa çalışmışlar: Tərjüməsi: Fələyin qələmi ki, külli jahanı bəzəyir, Jənnəti də gözəllərin ehsanı bəzəyir. Və yaxud: Tərjüməsi: Ordu məğlub etmiş, ölkə fəth etmişlər Yüz iş görmüşlər, yüz yol getmişlər. Etimadüssəltənə üçjildlik bu əsərində Şərqin həm gö-zəl, həm də mərd, ziyalı və xeyriyyəçi qadınlarını xarak¬te-rizə edərək, onların yüksək qiymətini vermişdir. «Xeyrati-hesan»ın 1-ji jildi hijri-qəməri 1304-jü (1886) ildə çapdan çıxmış, əlif-re, yəni fars əlifbasının 1-ji-12-ji hərflərini əhatə edir. Bu jilddə Şərqin bir çox ta¬nınmış qadınları, o jümlədən, Qarabağ hakimi İbrahim¬xə¬lil xan Javanşirin qızı Ağabajı, 1 Şah Təhmasib Səfəvinin qızı Pərixan xanım, Əmir Çobanın qızı Bağdad Xatun, Qa-jarlar nəslinin xeyriyyəçi qadınları və başqaları haqqında maraqlı məlumat verilir. II jild ze-fe, yəni fars əlifbasının 13-23-jü hərflərini əha¬tə edir, bu jilddə türk mənşəli Misirli hökmdar qadın Şə¬jərəddürr, Fətəli şah Qajarın xanımı, şairə Tavuz xanım, gözəl xəttə malik, şair təbiətli qızı Təyyibə, rübai¬lər yazan Aişə Səmərqəndi və başqaları haqqında məlumat verilir. Bu jild 1887-ji ildə nəşr edilmişdir. III jild fe-vav, yəni fars əlifbasının 24-32-ji hərflərini əhatə edir. Bu jilddə XII əsrdə yaşamış Məhsəti Gənjəvi, Fətəli şahın oğlu, Azərbayjan valisi Abbas Mirzə Naibüs-səltənənin xeyriyyəçi, rəssam və xəttat qızı Fəxrüddövlə (Xanbaba xan və ya Sarı Aslan adı ilə məşhur olan İrəvan Sərdari Məhəmmədhəsən xanın həyat yoldaşı olmuş¬dur), yaşadığı əsri məlumat olmayan Gövhər bəyim Azər¬bay¬jani, Kirman hakimi, şairə Padşah Xatun və başqaları haq¬qında məlumat verilir. Bu jild isə 1888-ji ildə nəşr edil¬mişdir. Yuxarıda göstərildiyi kimi Məhəmmədhəsən xan Eti-ma¬düssəltənə Zehni əfəndinin əsərinin tərjüməsini jüzi dəyişikliklərlə əsas iş kimi götürərək, öz tədqiqatını da buraya əlavə etmiş, beləliklə onun əsərini öz həmdini, həm¬diyarları, yaxın qohumlarda olan istedadlı, məşhur xa¬nımlar haqqında məluatlarla zənginləşdirmişdir. Mə-həm¬məd¬həsən xan Etimadüssəltənənin tədqiqatçıları onun tarixi-joğrafi əsərlərindən bəhs edərkən «Xeyrati-hesan»ın tərjümə olduğunu bəzən unutmuş, onu oricinal əsərləri siyahısına daxil etmişlər. İran tədqiqatçısı Əhməd Gülçin Məani «Xeyrati-hesan»dan geniş bəhs etmişdir. O, özünün ikijildlik «Tarixi-təzkirehayi-farsi» əsərində ya¬zır ki, Xan Məlik Sasanı «Siyasətgərani-doureyi-Qajariy¬yə» (Qajarlar dövrünün siyasi xadimləri) kitabında Seyid Jəmaləddin Əfqani, Mirzə Mülküm xan, Əminüddövlə və başqaları ilə bərabər Məhəmmədhəsən xanın həyat və yaradıjılığına geniş yer ayırmış, onun «Xeyrati-hesan»ın¬dan bəhs etmişdir. Əhməd Gülçin Məani göstərir ki, Şərq qadınlarının əsərdəki diqqətəlayiq nümayəndələri arasın¬da əlli iki nəfəri farsdilli şairədir. Məhsəti Gənjəvi, Ağa¬bajı, Gövhər Azərbayjani bu qəbildəndir, türkjə yazmış şairə qadınların sayı isə iyirmi birdir. Ə.Məani «Xeyrati-he¬san» da olan bəzi nöqsanları da oxujunun nəzərinə çatdırır. Məsələn, «Xeyrati-hesan»ın 1 jildində Şah İsma¬yıl Xətainin zövjəsi kimi təqdim olunan Bəhruzə xanım həmin jildin 81-ji səhifəsində Tajlı xanım adı ilə Şah İs¬mayılın məhbubəsi kimi verilmişdir. Bu qeyri-dəqiq, mü¬ba¬hisəli olan məsələni tarix elmləri doktoru, professor Seyidağa Onullahi öz tədqiqatında aydınlaşdırmışdır. Eləjə də 1 jildin 69-ju səhifəsində Padşah Xatun haq-qında verilmiş məlumat III jildin 47-ji səhifəsində ve¬rilmiş Lalə Xatuna aid edilir və göstərilir ki, Lalə Xatun elə Padşah Xatunun özüdür. Əsərin II jildində (s.49) Şamlu Zivərin qəzəlinin so-nun¬ju mirası isə həmin jildin 18-19-ju səhifələrində haq-qında məlumat verilən, Teymurilərdən olan Zibünnisə bə¬yimə aiddir. Əhməd Gülçin Məani maraqlı bir jəhəti qeyd edir ki, bu da Etimadüssəltənənin «Xeyrati-hesan» əsərinin Mir-zə Məhəmməd Məlikülküttab Şirazi tərəfindən mənim¬sə-nilərək «Təzkirətül xəvatin» adı ilə Bombeydə çap olun-masıdır. Əsər haqqında Etimadüssəltənə öz xatirələ¬rin-də belə yazır: «1309-ju il 1 səfər (1891, 7 sentyabr). Nahardan əvvəl Parisdən təzə bir kitab gətirmişdilər. İran və islam aləmi qadınları haqqında yazılmışdı. Tərif edirdilər ki, İran qadınları Fransanın qadınlarından çox fazil və alimdirlər. Onlar «Xeyrati-hesan» kitabını nümunə göstərdilər. Şah buyurdu ki, bu kitabı nə vaxt yazmısan? Ərz elədim ki, üç jilddir, üç il bundan əvvəl hüzurunuza gətirmişdim. Təəj-jüb etdi ki, görməyibdir. Xahiş elədim ki, kitabı jildləyib, şah üçün gətirsinlər». İlk dəfə 2003-jü ildə nəşr olunmuş «Xeyrati-hesan» (Gözəllər sərvəti) kitabında yalnız 159 azərbayjanlı-türk qadını haqqında məlumatın Fars dilindən Azərbayjan di-li¬nə tərjüməsi verilmiş və şəxsiyyətlərin əlifba sırası göz-lə¬nilmişdi. «Xeyrati-hesan»ın ikinji nəşrində isə 177 türk qa¬¬dını haqqında məlumat və fars dilində yazmış şairə qa¬dın¬ların şeirlərinin həm transfoneliterasiyası, həm də Azər¬¬¬bayjan dilinə tərjüməsi verilmişdir. Beləliklə bu nəşr-də farsdilli oxujular Məhsəti Gənjəvi, Gövhər xanım Azər¬-bay¬jani, Fətəli şah Qajarın qızı İsmət xanım, Hin¬dis¬tan şahı Jahangir şahın xanımı Nurjahan Bəyim, Mələk xa¬-nım Qajar, Qəmər xanım Qajar və başqalarının şeir¬lə¬rini oricinalda da oxuya biləjəklər. Kitaba qeydlər, joğrafi ad-lar və şəxs adları göstərijiləri əlavə olunmuşdur. «X E Y R A T İ-H E S A N» (İQTİBASLAR) AFAQİ Aşıq Çələbi öz təzkirəsində yazır: «Afaqi təb sahibi idi, fəsahət və bəlağətli danışanlardan hesab olundu. Lakin onun həyatı və şeirləri barədə heç bir məlumat yoxdur». AĞ QURİ BƏYİM Bedaq Sultanın zövjəsidir və 855-ji /1451/ ildə dün¬ya-ya gəlmiş Məhəmməd xan Şeybaninin anasıdır. AĞABAJI* Mərhum Fətəli şah Xaqanın möhtərəm zövjələrindən olub, mərhum şuşalı İbrahimxəlil xan Javanşirin qızıdır. Xa¬qanın hərəmxanasında son dərəjə hörmət və izzətə malik idi. Bu qadın həzrəti-Xaqanın hərəmxanasına zən-gin, ziynətli və alijənab bir qadın kimi daxil olduğundan hamı ona kəmali-ədəblə yanaşırdı. O, Qarabağdan özü ilə bərabər 200-dən artıq xadimə və nökər gətirmişdi ki, on¬ların da hamısı məşhur, igid və jəsur adamlar idilər. O jümlədən buraya gəlmiş Qarabağ böyüklərindən olan və bu xanımın vəzarətində çalışan Məlik bəy, xanımı, onun lə¬yaqətinə toxunan, ədəbdən kənar hərəkətlərdən qoru-ya¬raq qayğısına qalırdı. Bu məqsədlə Məlik bəy, Qasım imamzadəsi ətrafında bir qəsr tikdirmişdi və çox zaman orada qalırdı. Bu qadın özü çox ağıllı, ləyaqətli və uja idi. Ona görə həzrəti-Xaqan Fətəli şah ona sahib ola bilmədi və o, ömrünün axırınadək bakirə idi. Belə rəvayət edirlər ki, zifaf gejəsi şahla Ağabajı arasında yalnız bir-iki kəlmə sorğu-sual olmuşdur. Ağabajı səhər iki misradan ibarət aşağıdakı türkjə /azərbayjanja – H.T./ şeiri yazıb, Fətəli şaha göndərmişdir: Yarım gejə gəldi, gejə qaldı, gejə getdi, /heç bilmədim/ ömrüm nejə gəldi, nejə qaldı, nejə getdi. Xülasə, Qum və bu vilayətə tabe olan yerlərin gəliri, suyurqal, Qumda iqamət edən Ağabajıya çatırdı. Özünün övladı olmadığından şahzadələrdən Keykavus mirzə ona oğulluğa və Mürəssə xanım qızlığa verildilər. Ağabajının bajısı qızını Keykavus mirzəyə ərə verdilər. Mürəssə xa-nımı isə İbrahim xanın nəvəsi Abbasqulu Mötəmidüddövlə Javanşirə nişanladılar və bu iki şahzadənin biri Ağaba¬jı¬nın kürəkəni və digəri isə gəlini oldular. Deyirlər ki, həz¬rəti-Xaqan dəfələrlə onun yanına gələrək, bu qadının fira¬van yaşaması üçün qohumluq əlaqələrini həmişə davam etdirmiş, bunun nətijəsi sonralar görünmüşdür. Belə ki, Ağa¬bajının qohumları Xaqanın övladları olan şahzadə¬lə¬rin yanında mühüm xidmətlərdə olmuşlar. Sonralar Ja¬van¬şirlər sülaləsi ilə Xaqan xanədanından olan şahza¬də¬lər arasında qohumluq əlaqələri davam etmişdir ki, indi də həmin əlaqələr möhkəm və davamlıdır. Xülasə, Ağa¬bajı ağıllı və şair təbiətli idi, nəzm və nəsrdə məharətli idi. Aşağıdakı şeirlər onun düşünjələrindəndir: Tərjüməsi: O kəs bəxtəvərdir ki, xoşbəxtdir ki, ey janan, Özünə mənzil salıb yaxın yerdə bağından. O səfərə çıxanda mən qüssəyə dalaram, Dəvəsinin boynunda özüm bir zəng olaram. Tərjüməsi: Ey Naseh, nəsihətin mənə əbəsdir, əbəs, Ətəkləyər sözlərini, atəşimi söndürməz. Tərjüməsi: Hüsnünün tərifini həşrə qədər yazsalar, Nə tərifin qurtarar, nə həsrətim azalar. /Tərjümə edəni N.Rəfibəyli/ AĞABƏYİM Heratda yaşamış ali təbəqədən olan bir qadındır, rit-mik şeirlər yazırdı. Bu şeir onundur: Tərjüməsi: O tordan uzaq ki, onun bağı janımı injidir, O dodaqlardan uzaq ki, hər zaman qanlı göz yaşı içirəm. AĞA BİKƏ Mirzə Miran şah Gürganinin qızıdır və Gürganiyyə əmirlərindən Səd Vəqqasın zövjəsidir. 818-ji /1415/16/ ildə Qara Yusif Türkman Sultaniyyə qalasını zorla tutduğu zaman Əmir Bəstam Jakir Şahrux tərəfindən Kutval qalasında idi. O, Quma tərəf qaçmış və özünü Səd Vəq¬qa¬sa yetirmişdi. Səd onu bəhs etdikdə, Mirzə Şahrux əsəbiləşdi. Əmr etdi ki, onu azad etsinlər. Səd buna itaət etdi və Mirzə Şahruxun qorxusundan Bəstamı özü ilə Təb¬rizə apardı. Qara Yusif İraqi-Əjəmə getmək qərarına gəldiyi üçün Bəstamı azad etdi və oğlu Əxi Fərəji Quma göndərdi ki, Ağa Bikəni Təbrizə gətirsin. Ağa Bikə ağıllı qadın olduğundan bilirdi ki, Qara Yusif onun sülaləsinin düş¬mənidir. Ona görə də öz adamları ilə silahlanıb türk¬mənləri tutdu və başlarını kəsib, Mirzə Şahruxun yanına göndərdi. AĞA KUÇEK Ağa Kuçek mərhum şahzadə Seyfulla mirzənin qızıdır. Qamətli, ağıllı, nəzmdə məharəti olan xanım idi. Böyük Səfəvilər sülaləsindən olan mərhum Mirzə Əbdülkərim ibn Mirzə Əbdülvahab Mötəmidüddövlənin anasıdır. Bu şahzadə xanımın nəsli bir tərəfdən mərhum Fətəli şah Xaqana və digər tərəfdən mərhum Mötəmidüddövlə Nişatla Səfəvilər sülaləsinə çatır. Bu rübai onundur: Tərjüməsi: Deyirlər behişt, huri və kövsər əbədidir, Jəza günü jəhənnəm və məhşər əbədidir, Əlinin və nəslinin qəzəbi yanında jəhənnəm nədir ki, Peyğəmbərin məhəbbəti ilə jənnət əbədidir. AĞBAŞ Mirzə Uluğ bəyin qızlarındandır. AĞBƏYİM Sultan Hüseyn Mirzə Gürganinin qızı və Əbülqasımın övladı olan Məhəmməd Qasım Mirzənin zöfjəsi Juni Bə¬yi¬min anasıdır. AĞSOLTAN XANBİKƏ Mirzə Uluqbəy Gürganinin arvadlarındandır. Ağsoltan Xanbikə Sultan Mahmud xanın qızı idi. AİŞƏ BİNT MƏHƏMMƏD İldırım Bayazid (33) xan əsrinin üləmalarından Şeyx Məhəmməd əl-Jəzrinin qızlarından biridir. Xajə «Tarix»- ində yazıldığına görə Aişənin bajıları olan Səlmi və Fati-mə də elm və fəzilət əhli olmuşlar. Onlar pərdə arxasın-dan tələbələrə dərs deyirdilər. AİŞƏ HÜBBİ İstanbulun məşhur şairəsi, Sultan Səlim Saninin nədi¬məsi /həmsöhbəti – H.T./ olmuşdur Aşıq Çələbi və Qına¬lı¬zadə Həsən Çələbi öz təzkirələrində onun haqqında yaz¬mışlar. Müşarileyhə Şeyx Yəhyanın nəvəsi, Şeyx Ağ Şəm¬səddin nəslindən idi, Şəmsi Çələbinin qanuni arvadı olmuşdur. O, Sultan Səlimin yanında şahzadə, məsləhət¬çi, ustad kimi xidmət etmişdir, səltənətin gərəkli adamı və Sultanın həmsöhbəti olmuşdur. Təzkirə sahibləri deyirlər ki, Aişə Hübbi ondan əvvəl yaşamış Rum və İran şair¬lə¬rindən, o jümlədən Mehdi və Zib, Jəlali və Afaqi, Jahan və Dilşad kimi idi və bəlkə də onlardan üstün idi. Onun qə¬zəl, qəsidə və məsnəviləri vardır. O jümlədən «Xurşid və Jəmşid» məsnəvisi üç min beytdən artıqdır və gözəl məzmuna malikdir. Aşağıdakı beytlər onun təbindəndir: Dua təmsili Yusif kibi hər dəm Kim ana müştəridir xülqi-aləm Verər hər kişi məqdur nejə kövhər Anın ta müştərisindən olalar Sən oldun şimdi həm ol zən misalı Qəçən ərz eylədi Yusif jamalı Götürüb nejə riştə əndə bir zən Xiridar oldu ana janü dildən Aişə Hübbi III Sultan Murad xanla ünsiyyətdə olanda Sultana bir qəzəl yazmış, onun şeirini təqlid etmişdi. Sultan Muradın qəzəli aşağıdakıdır: Əqsəmtu ilər-r-rabbi huva-l-hayyu jəlil Fərdun əhadun qadirun Əllahu jəmil Halımı nə hajat ki, bəyan edə zəbanım Əd-dəmu min əl-ayni alə-l hali dəlil Əlbəttə bu halimdən o yarın xəbəri var. Fil-qalb min əl qalb ilə-l-qalb səbil Aşiq nejə sağ ola çu səndən ola ayrı Əl aşiq min hijrik fənun və amil Haşa ki, /Murad/ eyləyə qeyrilərə meyli Qəlbi ləki min mehdi ilə-l-lahdi yəmil. HÜBBİ XATUNUN QƏZƏLİ: Fəvvastu ilə-l ləhi huva-r-rabbu jəlil Hayyun samədun dəmə ləhu əl fadl jəmil Yox varlığın isbat üçün qeyri təkəllüf (31) Lilaql ləhu yəşhədu va-n-naql dəlil Ədl eyləsin ol şah ki, yola çıxa təqərrüb (32) Əş-şəru şərifun va il-lləhi səbil Aqsə nolə deli-arizin ayın görüb, eyjan, Əl jinsu ilə-l-jinsi kəmə qilə yəmil Bu nəzmi-şəhə nejə nəzirə deyə Hübbi Fil huzni mada-l-omr hiyə-l-ən əlil Bu bədii beyt də Aişə Hübbinin fikirlərindən doğ¬muş-dur: Rastdır rəftarımız manəndi-meyli-Tutiya Bir hezaran dideyi-məxmurə girmiş-çıxmışız «Kəşf-üz-zünun» sahibi müşarileyhənin Amasiya şə-həri əhlindən olduğunu yazır, onu Mənla Hübbisi adlan-dı¬rırlar. AİŞƏ SƏMƏRQƏNDİ Səmərqənd əhlindən olan şairədir, çox lətif şeirləri vardır. Onun bu iki rübaisi «Atəşkədə» təzkirəsində dərj olunmuşdur. Tərjüməsi: Mənim gözümdən yuvarlanan göz yaşı, Sənin qulağından asılan mirvaridir. Onu qulağından çıxart ki, səni rüsvay edir, Onu bütün aləm piyalə kimi görür. Tərjüməsi: Səninlə vüsalımın sirrini gejə açır, Sübh axşamdan nagəhan açır. Lakin yüz uzun ömürdənsə, O jür bir qısa gejə yaxşıdır. Əvvəlki rübainin məzmunu Jərulla Zəməxşərinin öz ustadı Əbu Mozər Mənsura həsr etdiyi mərsiyənin iki bey¬tinə oxşayır. ANİ FATİMƏ XANIM Darüssəadeyi-İstanbulun qadınlarından olmuşdur. Ədə¬bi elmlərdə və şairlikdə məharəti var idi. Həsən xa-nın sülaləsindəndir, yəni «Tajüt-təvarix» sahibi Xajə Sə-dəddin Həsən xanın nəslindəndir. Əmir Ağa adlı bir nə-fərlə izdivaj etmiş və ondan bir oğlu dünyaya gəlmiş¬dir. Əmir Ağazadə elmlə məşğul olmuş, əvvəllər dövlət xid-mətində çalışaraq müəllimlik etmişdir. Sonra bu işdən ayrılıb, Yengi Şəhrə qazi göndərilmişdir. Anası Ani Fatimə xanım da 1122-ji /1710/11/-ildə Yengi Şəhrdə vəfat et¬miş¬¬dir. Xülasə, müşarileyhanın osmanlı türkjəsi ilə yaz¬dığı şeirlər «Divanı» vardır. Təzkirələrdə onun şeirlərin¬dən nümunələr verilmişdir. Bu iki beyt onun təbindəndir: Xəyali-arizinlə dideyi-səhn gülüstanımdır, Açılmış şərhələr sinəmdə nəxli (2) – ərğəvanımdır. Ümmidi-vüslətin, ey qaşları yay, sinədən keçməz Xəyali-tiri-qəmzən, Aniya, xatiri-nişanımdır. /Rzaəddin ibn Fəxrəddin «Məşhur xatunlar» kitabında bu xanımı ədiblər sırasında qeyd etmişdir – H.T./. ARAMJAN BƏYİM Sultan Məhəmməd Mirzə ibn Jəlaləddin Miran şah ibn Əmir Teymur Sahibqiranın zövjəsidir. Bu qadın Sultan Məhəmməd Mirzəni öz gözəlliyi və ağlı, zəkası ilə elə məftun eləmişdi ki, dövlətin bütün ixtiyarını onun əlinə vermişdi. Hökumət işlərini demək olar ki, Aramjan bəyim idarə edirdi. Bu qadının və ərinin hakimiyyəti hijri 830-ju ildən 855-ji /1426-1451/ ilədək davam etmişdir. ARSLAN XATUN Səljuqilərdən Toğrul bəyin qardaşı oğlu Davud ibn Mi¬ka¬yıl ibn Səljuqun qızı Xədijədir. O, hijri 448-ji /1056/ ildə Abbasi xəlifələrindən 26-jı xəlifə Qaim Biəmrullah ibn Qadirə nigah edilmişdir. İnşaallah «X» hərfində ondan bəhs olunajaq. «Arslan Xatun Böyük Səljuq padşah¬la¬rından Toğrul Sultanın bajısıdır». Bax: Türk böyükləri. İs¬tanbul, 1339/1921, s. 9. ASİYƏ XANIM Fətəli şah Xaqanın anasıdır. O, Yuxarıbaş Qajar tay-fasının möhtərəm qadınlarındandır. Asiyə xanım xeyriy-yə¬çiliklə məşğul olan bir qadın kimi məruf və məşhur idi. Bütün ömrünü gözəl əməllər, ibadət və xeyirxahlıq et-mək¬lə keçirmişdir. Ömrünün axırlarında yəni h. 1213-jü ilin zilhijja ayında /1799, may/ Ətəbatı (1) ziyarət etmiş və hə¬min ayın ortalarında, Xorasana getmişdir. Bu möh¬tə-rəm qadın h. 1217-ji /1802/ ildə Tehranda vəfat etmiş, Nəjəfi-Əşrəfdə dəfn olunmuşdur. ASİYƏ XANIM Jənnətməkan məğfur Fətəli şah tabəssərahın qadın-larından olub, mərhum Əmir xan Sərdarın bajısı, Fətəli xan Qajar Dəvəlunun qızıdır. Böyük jəlal sahibi, bü-zürgvar, mərhum Abbas Mirzə Naibüssəltənənin anasıdır ki, onu dünyaya gətirməklə bu məmləkətə nur bəxş et¬mişdir. O, çox xeyirxah insan olduğundan xeyriyyəçiliklə məş¬ğul olmuş, hər zaman bu işdə çalışmışdır. Naibüssəltənə Abbas Mirzə 1203-jü il zilhijjə ayının 4-də /1789, 28 avqust/ anadan olmuşdur. /Bu tarix belə¬dir, Etimadüssəltənənin «Miratül buldani-Nasiri» əsərində bu tarix h. 1200-jü il 14 zilhijjə ayı kimi göstərilmişdir – H.T./. AZDEH XATUN /HAŞİYƏDƏ/ Nərmşirin xanın qızı, Əmir Hüseynin zövjəsinin anası, Əmir Teymurun nənəsi olmuşdur. Əmir Hüseynin ya¬nın¬da böyük etibar və nüfuza malik idi. Çox zaman Əmir Tey¬murla Əmir Hüseyn arasında yaranan düşmənçilik onun vasitəsilə aradan qaldırılırdı. BAĞDAD XATUN Çingiz xanın nəslindən olan məşhur Əmir Çobanın qı¬zı¬dır. Əmir Çoban Səid Bahadur xan zamanında Əmi-rülümə¬ra kimi yüksək vəzifədə idi. Məlum olduğu kimi Ço¬banilər qırx il müstəqil hökmranlıq etmişlər. Onlar Çingiz xanın nəslinə mənsubdurlar. Bağdad Xatun lətafətdə və məlahətdə məşhur bir qadın olmuşdur və o dövrün bö¬yük¬lərindən sayılan Şeyx Həsən Kəbirin zövjəsi idi. Sul¬tan Əbu Səid ona aşiq idi. Şeyx Həsən əlajsız olaraq onu boşadı və Sultan Əbu Səid onunla evləndi. Bu adət mo¬ğol sultanları dövründə qəbul olunmuşdu. Beləki, «Səha¬yef-ül-əxbar»ın müəllifi deyir: Çingiziyyə məlikləri dövründə belə bir adət var idi ki, hər kəs bir kəbinli qadına meyl edərdisə, o qadının əri öz arvadının talağını verirdi və padşah o qadına evlənirdi. Xü¬lasə, Sultan Əbu Səidin Bağdad Xatuna hədsiz mə-həb¬bəti olduğu üçün bütün məmləkətin işlərini onun ixti¬yarına vermişdi. Bu səbəbdən bu qadını Padşah adlan¬dı¬rırdılar. Sultan Əbu Səidin ölümündən sonra onun yerinə əyləşən Arpa xan Bağdad Xatunu guya ərini zəhərlə¬mək¬də günahlandıraraq edam etdi. /Əlavə məlumat üçün bax: Rzaəddin ibn Fəxrəddin. Məşhur xatunlar, s. 22/. BƏDRNİSƏ XANIM Mərhum Xaqan Fətəli şahın zövjəsi, böyük Əmir Mus-tafa xan Qajarqovanlının qızıdır. Mustafa xan Fətəli şa-hın əmisidir. Zəmanənin nadir qadınlarından olan Bədr-nisə xanım vüqarlı, ağıllı bir insan olmuşdur. O, təkjə da-xili zənginliyi ilə deyil, əməlləri ilə də tanınırdı. Onu ujal-dan gördüyü xeyriyyəçi işləri idi. Müqəddəs məkan olan Kazimeyndə həmin işlərdən yadigar qalmışdır. Kazimey-nin qızıl suyu ilə işlənmiş dörd minarəsi onundur. Mər-hu¬mə Hajı, müəllifin /Etimadüssəltənənin – H.T/ validəsinin əmisi arvadı idi. BƏHRUZƏ XANIM Hijri X əsrin əvvəllərində İranda hakimiyyətə gəlmiş səfəviyyə padşahlarından I Şah İsmayılın zövjəsidir. Bəh¬ruzə xanım Şah İsmayılın Osmanlı Sultanı Sultan Səlim xanla apardığı Çaldıran müharibəsində ölümsaçan mey¬dan¬da olduğu üçün əsir düşmüşdür. Bəziləri Bəhruzə xa¬nım əvəzinə Tajlı xanım yazırlar və «Səhayefül-əxbar»ın müəllifi Tajlı xanımı Şah İsmayılın qanuni zövjəsi yox, məhbubəsi hesab edir. BƏYİM DƏHLƏVİ Bəyim Dəhləvi Şahjahanabadidən olan şairə idi. Bu şeir onundur: Tərjüməsi: Əgər o günəş üzlü mənə qismət olarsa, Padşahlıq nədir, Allahlıq iddiasında olaram. BƏYİM RƏŞHEYİ-KAŞANİ XIX əsrdə yaşamış Rəşheyi-Kaşani «Nəziri» təxəllüs-lü olub əsl adı Bəyimdir. O, Hatif Kaşanının qızı Mirzə Ələk¬bərin zövjəsi idi. Mirzə Əhməd adlı oğlu da «Gəşte» tə¬xəllüslü şair olmuşdur. Seyid nəslindən olan Nəziri gözəl təb sahibi idi. O, Fətəli şah Qajarın özünə və övladlarına mədhiyyələr yazmış, özünün 3.000 beytdən ibarət divanı¬nı tərtib etmişdir. Aşağıdakı bir neçə beyt onun təbindən¬dir: Tərjüməsi: İlahi, o gözəl gülçöhrə sünbüldən niqab örtub, Yaxud gejə yarı Günəşi öz sehri ilə gizlədib. Dildar getdi, qanlı göz yaşım buna sübütdür, O əlamət üzümdə əks olunmuşdur. Sinəmdə şövqdən ürək döyünür, elə bil ki, Dildarın qaşı ox kimi ürəyə atılır. Ey Rəşhe, səni ovlamaq qəsdində qörüb dedim, Heç kəs qartalın milçək ovladığını görməyib. Göz yaşım sənin hijrindən hər gün yerdə Səmək (balıq), Ahım isə rəftarından göylərdə Səmak (ulduz) olur. BƏYİMJAN XANIM Jənnətməkan mərhum Fətəli şah Xaqanın birinji ar-vadından olan qızı idi. Qadir xan Ərəb Bəstaminin qızı Bə¬dir¬jan xanım onun anasıdır. Bundan bir qədər əvvəl onun haqqında danışmışıq. Bəyimjan xanıma Xanbajı da deyirdilər. O, mərhum Məhəmməd Qasım xana ərə get-mişdi. Mərhum Xaqan bu qızı ilə daim əlaqə saxlamışdır. Onu səfərlərində özü ilə aparar, hüzürüna gələnləri onun¬la birlikdə qarşılayardı. Bəyimjan xanım ürfan əhlinə mail idi və bu əsrin məşhur adamlarından sayılan mərhum Hajı Molla Rza həmədaninin şagirdi idi. O, hər il öz hör¬mətli şeyxinə böyük pul məbləği hədiyyə edirdi. Mərhum Xaqan onun əri Məhəmməd Qasım xan Əmirə çox rəğbət bəsləyirdi və padşahın bütün kürəkənlərindən biri də Bə¬yim¬janın bajısı Hümayun xanımın əri Məhəmməd ibn Rə¬him xan Zəhirüddövlə padşahın süfrəsinin və məjlis¬lə¬rinin başinda əyləşirdi. BƏZMİ-ALƏM II Sultan Mahmud xanın zövjəsi və Osmanlı sultanı mər¬hum Sultan Əbdülməjid xanın anasıdır. Xeyirxah əməl¬ləri olan qadın olmuşdur və yaxşı işlər görmüşdür. Bəzmi-Aləm bir neçə məsjid və su ambarı, məktəb binası tikdirmişdir. Onun mühüm binalarından biri xəstəxanadır ki, İstanbulda Yengi Baxça tərəfdədir. Orada həmişə 150 xəstə müalijə olunurdu. Bu mərizxanaya vəqf olunmuş vəsaitin hesabına xəstələr yemək və sair ləvazimatla tə-min olunurdu. Xəstəxananın baxçası burada havanı ləta¬fətli edirdi. BİBİ Əslində «Bibi» ifadəsi fars dilində xanım deməkdir. La¬kin «Məşahirün-nisa» əsərinin müəllifi Məhəmməd Zeh¬ni əfəndi bu ifadənin Quran ayəsində olan «Zizi» sö¬zünə uyğun gəldiyini göstərmişdir. Müşarileyha Əbdül¬səməd ibn Əli ibn Məhəmmədin qızı olub, Ümmül Fəzl Bibi adı ilə məşhur olmuşdur. O hadisələri yaxşı bilən idi və bu jəhətdən məşhur olduğu üçün Əbülüla Saəd bin Əbül¬fəzl Əş-Şüeyibi Mühəddis və başqaları onun haqqın¬da rəvayətlər söyləmişlər. BİBİ Şeyx Abdulla Divanənin bajısıdır. Bidili Həzin ondan bəhs etmişdir. Bibi Heratda yaşamışdır. Bibi yüksək təbə malik olmuşdur və şeirlər müəllifidir. Bu beyt onundur: Tərjüməsi: Bağa gedim nərgizdən iki göz borj alım ki, O xoş yerişli gözələ baxım. BİNT XUDAVERDİ Dünyanın qəribə hadisələrinə malik olan sirli insanlar barədə yazanlar belə məlumat verirlər ki, Bint Xudaverdi 624-jü /1226-27/ ildə İskəndəriyyədə yaşamışdır. O, ana¬dangəlmə qolsuz idi. Sinəsi kişi sinəsi kimi idi. O, ayaq¬ları ilə qələm tutur və yazırdı, rəsmi xəttinin dürüstlüyü haq¬qında ən mahir xəttatlar şəhadət verirdilər. Misirin dövlət adamlarından biri onu yanına çağıraraq, onun qa¬biliyyətini imtahan edib, vəzifə vermişdi. Deyirlər ki, mü¬şarileyhənin məqbərəsi indi İskəndəriyyədədir və vəqf olun¬muşdur /bidəst deməklə məşhur olması İran tə¬rəfin¬dən olduğuna işarə edir – Rzaəddin ibn Fəxrəddin. Məş¬hur xatunlar. S. 23. JAHAN Səfəvi padşahı I Şah İsmayılın zövjələrindən birinin adıdır. Şeir yazmaq qabiliyyəti var idi. Lakin onun zehni-nin məhsullarından əldə heç bir şey yoxdur. Ona aid edi-lən bir beyt Həyatın tərjümeyi-halında verilmişdir. JAHAN XANIM Nəsrəddin şah Qajarın anasıdır. Çox ağıllı və tədbirli qadın idi. O, Nəsrəddin şahın Təbrizdən Tehrana gələrək şahlıq taxtına əyləşməsi mərasimini təşkil etmişdi. Hijri qəməri 1290-jı /1873/ ildə dünyasını dəyişdi. JAHAN XATUN Şairə dövlətli qadın olub, Übeyd Zakaninin müasiri idi. (XIV əsr) Jahan Xatunun zərif şeirləri həmişə şeir məj¬li¬sində hazır olurdu, ona çox hörmət və ehtiram bəslə¬yir¬dilər. Bu gözəl beyt onundur: Tərjüməsi: Elə bir rəssamdır ki, sudan surət çəkir, Zərrə – zərrə günəşin xalını çəkir. JAHANARA BƏYİM Hindistan sultanlarından Şah Jahanın qızıdır. «Müm-taz Mahal» təxəllüs Ərjümənd Banu Bəyim onun ana-sıdır. Onun tərjümeyi-halı bu kitabda yazılmışdır. Ritmik şeirlər yazmaq təbi olduğu məlumdur. O, Jəmilə sə¬xa¬vətli bir qadın olmuşdur. Jahanara Bəyimin məqbərəsi Dehlidə Şah Nizaməddin Övliyanın yanındadır, bu yer Zərzəribəxş kimi məşhurdur. Onun vəfat tarixi H. 1092-ji /1681/ ilə təsadüf edir. Məzarının sinə daşı üzərində özünün yazdığı aşağıdakı şeir vardır: Tərjüməsi: Mənim qəbrimi yaşıl otdan başqa bir şey örtməyəjək Qəriblərin qəbirlərinin üstünü elə otlar örtsə bəsdir. JAHANİ Dehlidən olan bu şairə qadın əmirlərdən birinin zövjəsi idi. Bu beyt onundur: Tərjüməsi: Bağda gül ilə o qönçədəhanın üzü-hər ikisi biridir, O, rənanın qəddi ilə çəməndə sərv-hər ikisi birdir. JANAN BƏYİM Hindistan məmləkətinin qadınlarındandır və onun atası Əbdürrəhim xandır. Ləqəbi Jani-janan olub, elm və fəzi¬lətdə məharətli idi. Qurani-Kərimə təfsir yazmışdır. Hind sul¬tanlarından olan Jahangir padşah onun gözəlliyi, mənəvi fəzilətləri haqqında eşidərək, ona evlənmək üçün elçi göndərmişdi. Janan Bəyim öz dişlərini çıxarıb, saç¬larını kəsib, bir qutuya qoyaraq padşahın yanına gön¬dərdi. Padşah onun bu hərəkətini namuslu olmağına dəlil bildi, təhsin etdi. Müşarileyhə 1070-ji /1660/ ildə vəfat et¬mişdir. Bu beyt onundur: Tərjüməsi: Aşiq sənin eşqinin ləyaqətindən jan gizlədir, İki nəmli gözünün qan ağladığı görünür. JANFƏDA QADIN Qadın sözü Xatun sözünün təhrif olunmuş şəkli kimi nəzərə alınır. Hər halda bu qadın Osmanlı Sultanı III Sull¬tan Murad xanın saray hərəmxanasında qayət etibar və iq¬tidara malik idi və mühüm işlərin ijrasına müdaxilə edir¬di. Mühüm əhəmiyyət kəsb edən işlərin həlli, irəli getməsi Janfəda Qadının vasitəçiliyi ilə olurdu. Sultan Murad xan¬dan sonra da onun həmin nüfuzu və qüdrəti qalmışdı. Bu qadın bir sıra xeyriyyəçi işlərlə məşğul olmuşdur, o jüm¬lədən İstanbulda Jümə məsjidini tikdirmiş, su ambarı düzəltdirmişdir. Ən ümdə xüsusiyyəti o idi ki, zalımı rəzil hesab edirdi və bu səbəbdən öz qardaşı İbrahim paşanın etdiyi zülmlər onu bajılıq məhəbbətini kənara qoymağa məjbur etdi. Janfəda qadın onu həbs edib, qətlə yetirdi. JƏMİLƏ Həmədan məliklərindən Nasirüddövlənin qızıdır. Onun alijənablığı və səxavəti haqqında çox deyilmişdir. O jüm¬lədən yazırlar ki, bu qadın hijri 666-jı /1268/ ildə müqəd¬dəs Məkkeyi-Mükərrəməni ziyarət edərkən, böyük səxa¬vət göstərmiş, xeyriyyəçilik etmişdir. Orada bütün hajı¬lara şərbət paylanmış və Məkkəyə 10.000 dinar bağış¬lamış, 300 qulam və 200 kənizə azadlıq bəxş etmişdir 500 baş heyvanı piyada olan hajılara ayırmışdır. Xülasə, bu səfərdə onun xeyriyyəçiliyi o qədər yadda qalan ol¬muş¬dur ki, həjj səfərinə getmiş jamaat Ümmi Jəfər Zi¬bey¬dənin xeyratını unutmuşdular. Çünki Jəmilə ili çox məş¬hur olmuşdu. Belə ki, hansı ildə xeyir-bərəkət çox olur¬du, o ili Jəmilə ili adlandırırdılar. Jəmilə adında on iki nəfər səhabə qadın, /Məhəmməd /s/ peyğəmbərin tərəfdarları/ olmuşdur. DİLRƏS BANU BƏYİM Övrəng Zib Aləmgir padşah ibn Şəhab şahin zövjə¬si-dir (XVII əsr). O, gözəl surəti, bəlağətli nitqi və dilgər xü-su¬siyyətləri ilə qadınlar arasında sanki Günəş idi və onu əsrinin yeganəsi sayırdılar. Övrəng Zib onu çox sevirdi. Dilrəs Banu Bəyim beş qız övladı dünyaya gətirmişdi və o jümlədən gözəl təbə malik şairə Zibünnisə Bəyim onun qızlarından biridir. Zibünnisə Bəyim «Məxfi» təxəllüslə şeirlər yazırdı. «Ze» hərfində onun haqqında məlumat verilir. DİLŞAD İranda Qajarlar dövrünün bəlağətli şairlərindən ol-muş¬dur. Bəziləri deyirlər ki, Fətəli şahın zövjələrindən bi-rinin adı Dilşad idi. Dilşad xanımın vəznli şeir yazmaq təbi var idi. Bu şeiri onun adı ilə bağlayırlar: Tərjüməsi: Münkər itaəti məhəbbətdən qəbul deyil, Zəmzəm suyunda yüz dəfə dəstəmaz alsa da. DİLŞAD AĞA Dilşad Ağa Əmir Teymurun zövjələrindən biri olub, Əmir Qəmərəddinin qızıdır. DİLŞAD XATUN Teymurtaş (7) ibn Əmir Çobanın qızı, Şeyx Həsən Kə-bir kimi məşhur olan Əmir Şeyx Həsən Elkaninin zövjəsi idi. Dilşad Xatun Sultan Üveysin anasıdır. Xajə Jə¬ma-ləddin Savəji Sultan Üveysə (8) mədhnamə yazmışdır ki, bu təntənəli qəsidə onun taxta çıxmasının maddeyi-ta¬ri-xidir: Tərjüməsi: Xoşxəbər bu səadəti yüksəyə qaldırdı, Bütün dünya bu xəbəri alqışladı, Ki, yeddi yüz əlli yeddinin rəjəbində, İnsanların ittifaqı, Allahın köməyilə, Jahan şahlarının layiqli varisi Səltənətin padşahı Şeyx Üveys Xosrov İraq mülkünün padşahlıq taxtına əyləşdi. Dilşad xatun 752-ji /1351/52/ ildə Bağdadda vəfat et-miş, jənazəsi Nəjəfi-Əşrəfdə dəfn olunmuşdur. Bəziləri de¬yirlər ki, Şeyx Həsən Dilşad xatunu əmisi oğlu Əşrəf ibn Teymurtaşa məftun olduğunu görüb onu zəhərlə¬miş-dir. Səlahəddin Səfdi yazır: «Şeyx Həsənin hakimiyyəti dövründə külli-ixtiyar Dil-şad xatunun əlində idi, dövləti o idarə edirdi. O, qəriblərə mərhəmət edir, kasıblara ehsan verirdi». DİLŞAD XATUN Əmir Əli Jəlairinin qızı və Əmir Həsən Jəlairinin zöv-jəsi olmuşdur. Onun əri bir müddət Bəlxin hökmdarı ol-muşdur. Dilşad Xatun, xoş təbə malik idi və bu iki beyt onun təbindəndir: Tərjüməsi: Gözümdən üzümə süzülən göz yaşları, Üzümdə qanlı iz salmışdır. Ürəkdə olan müşkülüm həll olsa da, Eşqdən çəkdiyim qəmə əlaj olmur. DİLŞAD XATUN Dəməşq Xajə ibn Əmir Çobanın qızıdır və moğol Sull-tan Əbu Səid xanın zövjələrindəndir. Dilşad Xatunun bi-bisi Bağdad Xatun da Sultan Əbu Səid xanın zövjəsi idi. Məlum olduğu kimi Bağdad Xatun Əbu Səidi zəhər¬lə-məkdə ittiham olunmuşdur. Deyilənə görə Bağdad Xatun ərini öz qardaşı qızına qısqandığı üçün o işi tutmuşdur. Dilşad Xatun isə bu zaman Sultan Əbu Səiddən hamilə idi. Xajə Salman Savəji Dilşad Xatunu mədh etmişdir. DÖVLƏT BANU XANIM Hindistan padşahı Məhəmməd Əzim şah ibn Övrəng Zib Aləmgirin zövjəsidir. Dövlət Banu xanım, gözəl həyat yoldaşı olmaqla bərabər çox fəzilətli, kamallı idi və bu xü-susiyyətlərə görə də şahın yanında böyük hörməti vardı. DÖVLƏT XATUN «Səhayif ül-əxbar»ın müəllifi yazır: «Dövlət Xatun Ata¬bəylər /Xurşidiyyə/ sülaləsindən idi. Bu sülalə hijri 570-ji /1174/ ildən ta h. 810-ju /1407/ ilədək Xürrəmabadda hakim olmuşdur. Dövlət Xatunun əri İzzəddin Məhəmməd hijri 711-ji /1311/ ildə vəfat etmişdir. Dövlət Xatun ondan sonra hökuməti idarə etməyə başlamışdır. Lakin tatarların ölkəni istilası təhlükəsi yaranan zaman müqavimət qüvvə¬lərini idarə etmək məqsədilə hakimiyyəti İzzəddinin qar¬daşına tapşırmış, onun öhdəsinə buraxmış, özü isə bun¬ları izləmişdir. DÜRRİ-ŞAHVAR XANIM (6) I Sultan Əbdülhəmid xanın qızı, Əhməd Nəzif əfəndi Çavuşbaşının zövjəsi olub, Axirət xanım kimi məşhur idi. O, Sultanın jariyələrindən dünyaya gəldiyi üçün ona rəs-mən sultanzadəlik elan edilməmişdir. ƏDHƏM JASİ «Mümtaz Mahal» təxəllüslü və Qüdsi Bəyim adı ilə məş¬hur olan Ədhəm Jasi Əbülfəth Məhəmməd şah ibn Ja¬han şah ibn Bahadur şahın /Hindistan padşahıdır – H.T./ zövjəsi, gözəl bir qadın idi. Əri Məhəmməd şahın vəfatındın sonra Dehli şəhərinin kənarında səfalı bir bağ saldırıb, adını Qüdsiyyə qoydu və indi də Dehlinin xarijin¬də məşhur Kəşmiri darvazasının yanında o bağın darva¬za¬sı qalır. Qüdsiyyə Bəyim «Rənayi» təxəllüsü ilə şeir ya¬zırdı /Müəllif onun hind dilində bir beytini də dərj et¬Miş¬dir/. ƏFAF (34) Mərhum Xaqan Fətəli şah Qajarın əmizadələrindən olub, mərhum Şahzadə Heydərqulu Mirzə ibn Xaqanın zöv¬jəsidir. O, şikəstə xətt növünü xoş xətlə yazardı. Qə-ribə elmlərdə münasibəti var idi. Şeir də yazırdı. Aşağı¬da-kı beytlər onun düşünjələrindən yaranmışdır: Tərjüməsi: Mən bir quşam ki, ovçunun torunda olsam da Azad quşla heç bir fərqim yoxdur. Ey dil, eşq məhəlləsində xəbərin olsun Ki, orada yolkəsən də ajizdir. Ey bülbüli-zar, gül fəslində nə nalə edirsən? Onsuz da sənin kədərindən gülün xəbəri yoxdur. ƏKƏ BİKƏ Əmir Teymur Gürganinin qızı olan bu qadın Təğa şah və yaxud Əkə Bikə ləqəbi ilə tanınırdı. O, Məhəmməd bəy ibn Mir Musanın zövjəsidir. Əmir Teymur onu öz digər öv¬ladlarından çox istəyirdi. Əkə Bikə h. 784-jü /1382-m/ ildə Əmir Teymurun ordusu Buxarada olan Zənjir Saray¬da qışlayarkən vəfat etmişdir. Onun Sultan Hüseyn adlı bir oğlu qalmışdı. ƏKƏ BİKƏ Mirzə Uluğ bəy Gürganinin birinji zövjəsi olmuşdur. Onun Xanzadə Bəyim adlı qızı iki yaşında vəfat etmişdir. ƏLƏMŞAH BƏYİM (36) Səfəvi padşahı I Şah İsmayılın anası, Əbunnəsr Hə-sən bəy Bəyanduri Ağqoyunlunun /ona Uzun Həsən də deyirlər/ qızıdır. Atası Həsən bəy Şeyx Səfiəddinin nəslinə rəğbət bəslədiyi üçün öz qızını Sultan Heydərə ərə vermişdi. Şah İsmayıl və iki qardaşı: Sultan Əli və Seyid İbrahim Sultan Heydərlə Ələmşah Bəyimin övladlarıdır. Bəziləri bu qadının adını Həliməbəyi Ağa kimi yazırlar. ƏRJÜMƏND BANU BƏYİM «Mümtaz Mahal» təxəllüslü olub, Hindistanda Teymur sülaləsindən Padşah Şihabəddin Məhəmməd şah Jahan ibn Nurəddin Məhəmməd Jahangir şahın birinji zövjəsi idi. Gözəl və ağıllı olduğu qədər mehriban, şaha çox bağlı idi və hər gün, daim onun yanında olurdu. Onun dörd oğ¬lu və dörd qızı var idi. Oğlanlarının adı; Dara Şikvə, Şah Şüja, Mirzə Murad və Övrəng Zib idi. Qızlarına Ənjümənara, Dəhrara, Kiytiara və Jahanara adı vermişdilər. Ərjümənd Banu Bəyim öldükdən sonra /1630/ əri onun xatirəsinə Əkrə /Aqra/ (3) və ya Ək-bərabad şəhərində böyük bir sahədə bağça saldırdı. Bu bağçanı Rövzeyi Taj-Mahal adlandırdı. Orada məsjid və sairə tikdirdi. İndi o yer «Taj bibi qübbəsi» kimi məşhur-dur. Şihabəddin Məhəmməd şah Jahan hijri 1037-ji il¬dən 1057-ji ilədək səltənəti idarə etmişdir. /1627-1647/ o, Taj-Mahalda dəfn olunmuşdur. /Əlavə bax: Rzaəddin ibn Fəxrəddin, Məşhur Xatunlar B., 1993, s. 19-20. Bundan sonra «Məşhur xatunlar…/. ƏSMA İBRƏT İstanbul qadınlarından olub, məşhur xəttat Mahmud Jəlaləddinin zövjəsi Əhməd Ağa Sərxassə Kəyan Xas¬sə-nin qızıdır. Hüsnxətdə öz həyat yoldaşı səviyyəsində məş¬hur idi. Gözəl xətlə yazmağı ondan öyrənmişdi. Bu sə¬nətə meyl və rəğbətini görən əri Jəlaləddin gözəl xətlə yazmağı bütün nöqtələrinə qədər ona öyrədirdi. Onun xətti o qədər kamilləşdi ki, bu xətt Jəlaləddin bəyin ömrü-nün sonlarında onun xətti ilə bir səviyyədə idi. Jəlaləddin, hətta Əsmanın bir çox yazılarını öz adına çıxarırdı. Əsma¬nın əla xətt nümunələrindən biri onun h. 1222-ji /1807/ ildə yazdığı lövhədir. Əsma adlı digər qadınlar da olmuşlar ki, kitabda onlar haqqında məlumat verilmişdir. İbn əl-Əsir on bir nəfər Əsma adlı qadından bəhs etmiş və göstərmişdir ki, onla-rın hamısı Məhəmməd peyğəmbərin tərəfdarları olmuşlar. FATİMƏ ANİ Ani Fatimə Xatun «Divan» sahibi, gözəl xəttə malik olub, qadınların Xajəsi idi. FATİMƏ BİNTİ-İBRAHİM Süleyman əfəndi Müstəqimzadə öz təzkirəsində yazır: «Fatimə binti-İbrahim məşhur qadınlardan biridir və mənim xalamın qızıdır. Müşarileyhə məşhur xəttat Mah-mud əfəndi Toqaninin zövjəsidir, nəsx və süls xətlərini də öz ərinin yanında öyrənmişdir, yaxşı, xoş xətlə yazır-dı». FATİMƏ ƏL-FƏQİHƏ Əlaəddin Məhəmməd ibn Əhməd Səmərqəndinin qızı¬dır. Mötəbər, məşhur bir kitab olan «Töhfətül-füqəha»nın müəllifidir. Atası Fatimə əl-Fəqihəni mövlana Əlaəddin əl-Kaşani¬yə ərə vermiş və mövlana həmin «Töhfətül füqəha» əsə¬rinə şərh yazmış, onu «Bədaye-üs-sənaye fi tərtib əş-şə¬ra¬ye» adlandırmışdır. Əsəri şərh edəni müəllif hesab edir¬dilər. Əlaəddin Kaşani öz zövjəsi və onun atası ilə hər üçü Kaşanda bir evdə yaşayırdılar. Onlar əhalinin hüquqi mə¬sə¬lələrə aid sorğularına javab verirdilər, yəni fətva (38) ve¬rirdilər. Əgər Əlaəddin Kaşani hər hansı bir məsələdə çə¬tinliklə qarşılaşır, şübhə edirdisə, o zaman Fatiməyə mürajiət edirdi, məsələni birlikdə həll edirdilər. Bir müd¬dət keçdikdən sonra onlar Hələbə köçərək, orada yaşa¬dılar. Mənbələrdə belə bir məlumat verilir ki, onlar bir qə¬dər Hələbdə qaldılar, lakin zövjəsi Fatimə Kaşana get¬mək arzusunda olduğundan, mövlana onun arzusunu ye¬rinə yetirərək, Kaşana qayıtmaq istədi. Dövrün hakimi Mə¬lik Nurəddin Əş-Şahid bu qərardan agah olub, Əlaəd¬dini çağırdı və ondan xahiş etdi ki, Hələbdə qalsın. Əlaəd¬din javab verdi ki, bu meyl və qəsd mənim əyalım tərə¬findəndir. O, mənim ustadımın və müəllimimin qızı olduğu üçün onun arzusuna müxalif olmağı rəva bilmirəm, ona tabe olmağı lazım hesab edirəm. Sultan Mövlana ilə qəra¬ra gəldilər ki, Xajəni öz tərəfindən Fatimə əl-Fəqihənin yanına göndərsin və xahiş etsin ki, Hələbdə qalsın. Xajə Sultanın əmrini Fatiməyə çatdırdı. Fatimə həmin Xajə va¬sitəsilə ərinə xəbər göndərdi ki, aya, sən fəqahət aləmin¬dən bu qədər uzaq düşmüsən ki, bu Xajənin mənə nəzər yetirməyinin başqa kişilərdən çox haram olduğunu bilmir¬sən? Xajə Fatimənin bu xəbərini Sultanın hüzurunda Əlaəddinə yetirəndə sultan Fatiməyə xüsusi bir məktub yazdı, öz mətləbini orada bildirdi və bir qadın vasitəsilə onu Fatiməyə göndərdi. Fatimə Sultanın xahişini qəbul etdi və uzun müddət Hələbdə qaldı. Orada da vəfat etdi. Məşhur «Qobur-üs-salehin» /«Möminlər qəbiristanı»/ məq¬¬bə¬rəsində dəfn olundu. Fatimənin vəfatından bir qə-dər sonra Əlaəddin də həyatını dəyişdi və Fatimənin qəb¬rinin yanında torpağa tapşırıldı. Hələb jamaatı bu ər-arva¬dın qəbrinə ehtiram bəsləyirlər. Əli əl-Qari yazır ki, Fatimə əl-Fəqihə Hələbdə yaşayan füqəhayi-həlaviyyələrdəndir. Belə ki, Fəqihə mübarək Ramazan aylarında öz qolbağını satmış və həmin pula hər gejə bir qədər şirniyyat alaraq onu iftar zamanı hamıya paylayırmış. Bu onun üçün adi bir hala çevrilmişdi, ona baxan digər fəqihələr də bunu edirdilər. Bu adətinə görə Fatimə əl-Fəqihə və digərlərinə «füqəhayi-həlaviyyə» deyirdilər. Fatimə əl-Fəqihə xoş xətlə yazdığı üçün Müstəqim-zadə «Təzkireyi-xəttateyn» də ondan bəhs edərək yazır ki, o zaman Fatimənin yanına gələnlər üçün Fatimə işə fitva yazaraq imza edəndən sonra bu fitvaya onun atası və əri də imza qoyurdu. Fitva bu üç imza ilə ijra olunur-du. FATİMƏ XANIM Fatimə xanım mərhum Xaqan Fətəli şah Qajarın xa-nım¬larından olub, Sərvijahan xanım adlı qız dünyaya gə-tirmiş, onu mərhum Ağa xan ibn Şah Xəlilullaha ver¬miş-lər. Sərvijahanın övladları Hindistanda, İsmailiyyədə yük-sək vəzifələr tutmuşdular. FATİMƏ ŞƏBSƏFA QADIN Osmanlı padşahı Sultan Həmid xani-əvvəl zamanında, onun sarayında yaşamışdır. Fatimə Şəbsəfa Sultana bö¬yük məhəbbət bəsləmişdir. Deyirlər ki, bir gün o, Sultanın görüşünə gedən zövjələrindən birinin barmağına qiymətli bir üzük taxaraq, Sultanın görüşünə göndərmişdir. Bu iş Sultana çox xoş gəlmiş və o, dərrakəli müşarileyhənin adına bir məktəb və bir jame tikdirmişdir. Fatimə xanım həmin məsjiddə dəfn olunmuşdur. FƏXRİ Şahzadə xanım Fəxri mərhum Xaqanın qızlarından olub, gözəl təbə malik şairə idi. Xaqanın oğlu Mahmud Mirzə «Noqle məjlis» adlı təzkirəsində yazır: Fəxri Fətulla Mirzənin böyük bajısıdır. Çox ismətli, iffətli, hazırjavab olub, şairə xas olan xüsusiyyətləri məndən öyrənmişdir. Aşağıdakı beytlər onun şeirlərindən seçilmişdir: Tərjüməsi: Yarəb, məhəbbət bəladır deyirlər, Heç kəsi bu bəladan azad etmə ! Tərjüməsi: Dedi, mənim vəslimin xəyalını ürəkdən çıxart, Dedim, jan ağrısından qurtulmaq çətindir. Tərjüməsi: Növjavanlar ki, belə nazlıdırlar, Qojalıb ölməyə həsrət qalajağam. FƏXRİJAHAN XANIM Fəxrüddövlə ləqəbli olan bu xanım mərhum Xaqan Fətəli Şah Qajarın çox möhtərəm qızlarından biridir. İzədüd¬dövlə özünün «Tarixi-İzədi» əsərində onun haq-qın¬da yazır ki, Fəxrüddövlə ləqəbli Fəxrijahan xanım Sünbül xanımın qızıdır və Xaqan zamanının gözəl qızlarından bi¬ridir. Atası ona çox zəngin həyat şəraiti yaratmışdı. Əmisi oğlu Mirzə Məhəmməd xanla 9 illik uğursuz izdivajdan sonra bakirə olaraq ömrünün axırınadək tənha yaşa¬mış¬dır. FƏXRÜDDÖVLƏ Hajiyə Mahruxsar xanım rəhmətlik Abbas Mirzə Naibüs¬səltənənin qızı, mərhum Məhəmməd şahın doğma bajısıdır. Müşarileyhə dövrünün çox məşhur qadınların¬dan hesab olunurdu. Xeyriyyəçilikdə onun tayı-bərabəri yox idi. Tanıdığı köməksizləri məəttəl qoymurdu. Namuslu və mərdanə olan bu qadının şeirdə və rəssamlıqda, həm¬çinin xoş xətlə yazmaqda əvəzi yox idi. Mühakimə və ağılı zərbülməsələ çevrilmişdi. Dövrün görkəmli şəxsiyyət¬lə¬rin¬dən biri olan və Xanbaba xan adı ilə məşhur olan İrəvan sərdarı Məhəmmədhəsən xan onunla ailə qurmuşdu. O çox ağıllı olan zövjəsi ilə fəxr edirdi. Ondan bir sıra yaxşı işlər, xeyirxah əməllər və vəqf olunmuş yerlər yadigar qa¬lır. FƏXRÜDDÖVLƏ Nəsrəddin şahın səxavətli, hörmətli qızlarındandır. İn-jəsənətin bir çox növlərində, o jümlədən rəssamlıq, mo-zaika, xəttatlıq sənətində çox məharətli və qabildir. Fəx-rüd¬dövlə bu işlərdə məşhurdur. Bu qadın çox səxavətli, xeyriyyəçi və əltutandır və bu işlərdə səy edir. FƏXRÜLMÜLUK Əlahəzrət Şahənşah Nəsrəddin şahın böyük qızla¬rın-dan biridir. Onun şeir yazmaq təbi vardı. İsmətli qadının şeirləri rəvan, injə mətləb ifadə edən, lətif, fəsih və bəla-ğətli olub, «Fəxri» təxəllüslə yazılırdı. O, hər il ata¬sının tə-vəl¬lüd günündə təbrikini şeirlə ifadə edirdi və bu münasi¬bətlə şahdan ona çatan ənamı fəqir-füqəraya ve-rərək, xey¬riyyəçilik edirdi. Bu, ənənə halını almışdı. FƏRİDEYİ-ŞAİRƏ Fəridə xanım kimi məşhur olan tanınmış bu qadın İs-tanbul ədibələrindəndir. Bəziləri onun əslən Qəstimunlu olub, İstambulda sakin olduğunu deyirlər. O, Rəşid əfən-dinin qızı, Raif Əfəndi Katibin zövjəsidir. Bu məşhur gəzəl onundur: Fikr edüb, bəxti-siyahəm, qəti yandım bu gejə, Jövri-dildar ilə janımdan usandım bu gejə. Şul qədr hijrin ilə axdı gözümdən xunab, Başdan ayağədəkin qanə buyandım bu gejə. Xab içində görüb ol mahi, olunja bidar, Şövqi-hüsni ilə ətrafım arandım bu gejə. Çərx etdimsə, nola, simi-sirişkim yoluna, Sən kibi bir mehi-namehri qazandım bu gejə. Şöylə məst etdi bəni jami-meyi-möhnəti-eşq, Bilmədim, yarimi biganeyi sandım bu gejə. Şəbi-firqət uzadı dərdi-məhəbbət kibi, ah, Gah xabidə olub, gahi oyandım bu gejə. Ahü zarimə baxıb qıldı tərəhhüm bana yar, Ey Fəridə, hələ bən andan utandım bu gejə. FİTNƏT Məşhur osmanlı qadınlarından olub, Şeyxulislam Mə-həm¬məd Əsəd əfəndinin qızı, Şeyxülislam Məhəmməd Şərif əfəndinin bajısıdır. Zibeydə adı ilə məşhur şairə ol-muşdur. Onun əri Dərviş əfəndi Sultan Əbdülhəmid xani-əvvəl dövrünün alilərindəndir. O, Fitnət xanım kimi elm və bilik sahibi olmasa da, yenə III Sultan Salis xan zamanı nüfuzlu qəbilə başçılarından biri idi. Fitnət xanım Raqib paşa dövründə məşhur idi, lakin Sultan Əbdülhəmid xan dövrünün əvvəllərini də xatırlayırdı. O, şeirlər oxumaqda son dərəjə məharətli idi. Aşağıda dərj edilmiş qəzəl onundur: Güllər qızarır şərm ilə ol qönçə gülünjə, Sünbül xəm olur, rəg ilə kakil bükülünjə. Ənqa dəxi olursa, düşər pənjeyi-eşqə, Seydi-dilə şəhbazi-nigahın süzülünjə. Ol qönçeyi-şüküftə olur gül kibi xəndan, Şəbnəm kibi əşki-dili-şeyda tökülünjə. Hər tari birər mar olur gənji-hüsndə. Rüxsarinə zülfi-siyəhin şanə bulunjə. Jan vermək isə qəsdin əgər eşq ilə, Fitnət, Xaki-dəri-dildardan ayrılma ölünjə. Fitnətin qardaşı Şərif əfəndi Şeyxulislamın da zövqlə şeir yazmaq məharəti vardı və türkjə yaxşı şeirlər yazırdı. Bu iki farsja beyt onun təbindəndir: Həqq aləm əst, nədai behəqiqət ehkam, Çun be təhqiq dər əflaki-moqəvvem başi Aləmül-qeyb xudavənde həkim əst həman Soxənət kezb bovəd gər to münəjjim başi Sən əgər taleləri öyrənməkdə qiymət qoyan olsan da Hökmləri dürüst bilmirsən, həqq aləmdir. Sən münəjjim olsan da, sözlərin yalandır, Qeyb aləminin filosofu Allahdır. FİTNƏT XANIM Fitnət xanım da məşhur osmanlı şairələrindəndir, mər¬hum Əhməd paşanın, Trabzon valisinin qızıdır. Təvəllüd ta¬rixi h. 1258-ji ilin şəvval aynın 23-nə təsadüf edir /28 no¬yabr 1842-ji il/. h. 1261-ji/1845/ ildə İstanbulda yaşa¬mışdır. Onun tərbiyəsinə çox səy göstərilmiş, bu səy və özünün qabiliyyəti onun kamilləşməsində özünü gös-tər¬mişdir. O Hafiz əfəndidən Qurani-Kərimi öyrənmiş, Xajə Lətif əfəndidən ərəb və fars dillərinin əsasını, Xajə Şakir əfəndi ona Hafizin «Divan»ını öyrətmiş, Osman əfəndi Ərzənətərrumidən süls xəttini öyrənərək, şəhadətnamə almışdır. Əli Şükri əfəndi də ona rüqə xəttini öyrətmiş, be¬ləliklə o, inşanın əsaslarını mənimsəmişdir. Kiçik yaşla¬rın¬dan onu ərə vermişlər və o, təhsil alan rəfiqələrindən ayrı düşmüşdü. Bununla belə onun kimi savad təhsil etmiş anası onunla məşğul olmuş və təhsilini təkmilləşdirməkdə davam etmişdir. O, birinji əri öldükdən sonra dənizçilik vəzarətində münşiyi-əvvəl olan Məhəmmədəli bəylə ailə həyatı qurmuşdur. Nəzm və nəsrlə xeyli bədii əsərlər ya¬zaraq, yadigar qoymuşdur. Bu əsərlərdən məlumdur ki, bu¬rada hikmətli və fəlsəfi məsələlər işlənmiş, tədqiq olun¬muşdur. Aşağıdakı şerlər onundur: Sərnequn etdi fələk asayişim peymanəsin, Çünki dilşad eyləməz nəşv eyləyən məstanəsin. Əzmi-suyi-meykəde (39) əl vermədi, çəkdim ayaq, Başına çalsın həman ol bivəfa dəmxanəsin. Eyşü nuşü söhbəti dəyməz anın heç bir pula, Neylərəm zilli-sərab asa şu mehmanxanəsin. Jürə (40) nuş bədeyi-əltafi olmaqdır məhəl, Bəndəgan tərk etməsinmi məjlisi-şahanəsin. Vadiyi-əlami-qəmdə qaldım, ey saqiyi-dəhr, Məhrəm etdi yar zira məjlisə biganəsin. Şəmi-suzanə hajət qalmadı, çünki betər, Atəşi-çövründə yaxdı aqibət pərvanəsin. Pərtov jami-jəm dara ilə fəxr eyləsin, Bəd az an yad etməsin Fitnət kibi divanəsin. GÖVŞƏR BƏYİM AZƏRBAYJANİ Məşhur ədibə, şirinsüxən şairə olmuşdur. Bu beytlər onun düşünjələrinin nətijəsidir: Tərjüməsi: Ənbər saçan tellərimi küləklərə verərsəm, Səhradakı ahuları öz toruma salaram. Yolum düşsə kəlisaya tərsa qızlarını da, Öz dinindən çəkindirib öz yoluma salaram. Bir balaja qəmzəm ilə jan verərəm aləmə, Xəbər edin Musanı da – möjüzəmlə mən varam. /Tərjüməsi N. Rəfibəylinindir/ Ələkbər Dehxuda «Lüğətnamə»də «Xeyrati-hesan»a istinad edərək bu məlumatı vermiş və şairənin yaşadığı əsrin qeyri-məlum olduğunu da bildirmişdir. Qeyd etmək lazımdır ki, Əlyazmalar İnstitutunda bu şeir B – 1969 şif-rəli jüngdə «ƏNQA» təxəllüslü Ağabəyim ağanın şeiri ki-mi verilmişdir.
Posted on: Tue, 16 Jul 2013 07:28:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015