Misirdə yaxşı başlayan hərəkat ordunun hərbi çevrilişi - TopicsExpress



          

Misirdə yaxşı başlayan hərəkat ordunun hərbi çevrilişi ilə pis nəticələndi. Hərbi çevriliş səbəbi nə olursa olsun qəbuledilməzdir. Bəli, Mursi özünə müxalif olan qruplara qarşı antidemokratik bir liderə çevrilmişdi. Ona qarşı müxalif hərəkat legitim idi. Lakin ordunun müdaxiləsi bütün bu möhtəşəm hərəkatı kölgədə qoydu. Bununla da Misirdə Mursi və Müsəlman Qardaşların sistemi özlərinə münasib çevirməyə çalışaraq lazımi demokratik islahatları keçirməməsinin acı nəticələrini görürük. Əgər vaxtilə demokratik islahatları həyata keçirsəydilər, ordunun rolunu azaltsaydılar, bu gün bu hərbi çevriliş də olmazdı. Bundan sonrası yaxşı olsun. İndi ordu hər şeyə pisə çevirib.
Posted on: Thu, 04 Jul 2013 05:34:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015