Mən təqribən bir on beş gün olar ki,bu facebooka girirəm. - TopicsExpress



          

Mən təqribən bir on beş gün olar ki,bu facebooka girirəm. Əvvəllər maraqlanmırdım. İlk vaxtlar çox xoşuma gəldi və sevindim. Çoxdan,lap çoxdan görmədiyim şair dostlarımla yazışdım,bəzi insanlarla tanış oldum. ..Yəni burada özümü bir qədər xoşbəxt hiss etdim.Axı mən Russiyada yaşadığım üçün yazdığım yazıları kimsəyə oxuya bilmirəm. Ona görə də bu faceb. mənim üçün göydəndüşmə bir vasitəyə döndü...Dostlarla yazışma ürəyimə bir rahatlıq gətirdi...Amma bəzən elə yazılara rast gəlinir ki,o aldığın həzz , xoşbəxt anlar bir göz qırpımında zəhrimara dünür və adamı məyus edir.Təbii ki.dediklərim şeirlə bağlı deyil. Məs. biri öz sevgisini həyat yoldaşına ,yaxud sevgilisinə bildirmək üçün az qala intim hisslərindən danışır və bunu açıq aydın hamıyla paylaşır.Yaxud da yorğan davasına çıxır. Sonra biri o birinin geyimini bəyənmir, ona lağ edir.Məncə, sevgi iki şəxs arasında olan gözəgörünməz pak duyğulardı.Onu üçqncü adama açıb danışmaq,yaymaq və bayrağa çevirmək döğru deyil. Belə olanda əsil sevgi öz donunu dəyişir ,reklamaya dönür. Əsil eşq Allahla bəndə arasında olan münasibətə,söhbətə bənzəməlidir. Necə ki bəndə ALLAHLA OLAN SÖHBƏTİ kimsəyə danışmır,gizli saxlayır,iki sevənlər arasında olan o təmiz, saf eşg də elə olmalıdır. Eşq ilahi bir hiss olduğu üçün sirrli qalmalıdır.Axı gözəl şeiri də açıb izah edəndə öz təravətini itirir... Bu haqda çox mübahisə etmək olar ,amma bunlar mənim şəxsi fikirlərimdir .Sizin vaxtınızı aldığım üçün üzür istəyirəm.
Posted on: Sun, 04 Aug 2013 19:11:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015