QARABAĞIN sütünü AĞDAM. İşğalın əsas səbəbləri. - TopicsExpress



          

QARABAĞIN sütünü AĞDAM. İşğalın əsas səbəbləri. 1993-cü ilin mayında Ermənistan bir tərəfdən Azərbaycan rəhbərliyi ilə, Pənah Hüseynovun imzaladığı, Böyük Sülh Sazişi bağlayıb(26 may 1993-cü il), o biri tərəfdən Kəlbəcəri işğal etmiş qoşunları və Ermənistandan Qarabağa yeni gətirdiyi qoşunların və vasitələrin Ağdama genişmiqyaslı hücum üçün zəruri yer dəyişmələrini və qruplaşmalarını həyata keçirirdi. Bunun üçün ermənilərə ən azı 3 həftə vaxt tələb olunurdu. Onlar bu qruplaşma və yerdəyişmələri ən geci mayın ortalarından həyata keçirməyə başlamışdılar, yəni BSS-i hazırlanarkən və imzalanarkən. 93-cü ilin mayın sonlarında ermənilər ilk dəfə Ağdama qarşı döyüş kəşfiyatı həyata keçirdilər. Bu zaman AXC iqtidarı ermənilərlə bağladıqları Böyük Sülh Sazişə arxayın olub, 25 mayda Dövlət Təhlükəsizlik Şurasında “Sürət Hüseynov ya həbs edilməli ya məhv edilməlidi”- Ali Sovetin deputatına qarşı qeyri qanuni qərar qəbul edirdi. Bu məqsədlə Gəncədə “Tufan” əməliyyatı keçirmək üçün Ağdam cəbhə xəttindən artilleriya və topları çıxarıb, Gəncəyə 4 iyunda gətirilən gün, ermənilər Ağdamın cənub-qərbində hücuma keçərək, mühüm yüksəklikləri ələ keçirmişdilər. 12 iyun 1993-cü ildə ermənilər 8 minlik qoşun qruplaşması, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin 83-cü motoatıcı briqadası, Ağdama genişmiqyaslı hücuma keçdi. 24 iyun 1993-cü ildə H. Əliyev Prezident və Ali Baş Komandan səlahiyyətlərini icra etməyə başladığı zaman, Ağdam şəhərini əhatə edən yüksəkliklər, Yeddixırmanın bir hissəsindən başqa, artıq düşmən əlində idi. Ağdamı, yalnız düşməni Ağdamı əhatə edən bu yüksəkliklərdən vurub çıxarmaqla, xilas etmək olardı. Heç bir vəzifəsi və xüsusi səlahiyyətləri olmadan S. Hüseynov, 93-cü ilin iyun ayı ərzində Ağdama bir batalyonluq silah-sursat, texnika göndərmiş, daima təyyarə və helihopter qaldırmışdı. Havadan zərbələrlə Ağdam ətrafında düşmənin 24 texnika və zirehli nəqliyyat vasitələri məhv edilmişdi. Eyni zamanda onun əmrilə Ermənistana da hava zərbələri endirilirdi. 30 iyun 93-cü ildə S. Hüseynov Baş Nazir təyyin olunan kimi, iyulun ilk günlərində Ağdama, AXC iqtidarı tərəfindən gözlənilmədən, 4 iyun 93-cü ildə məlum qanlı təxribat məqsədilə, buraxılmış və 30 iyun 93-cü ildə yenidən MN əmrilə bərpa olunmuş, 709-cu briqadanı Ağdam briqadası komandiri T. Məmmədovun tabeçiliyinə göndərdi. Ağdama gəldiyi gün- 4 iyulda- 709-cu briqada Ağdam briqadasının qüvvələri ilə birlikdə əkshücuma keçərək, iki gün ərzində rayonun 8 kəndini düşməndən azad edib, bizim irimiqyaslı əkshücuma keçməyimiz üçün şərait yaratdılar. Ağdam briqadası komandiri T. Məmmədov iyulun 9-na Ağdamın ətraf yüksəkliklərindən düşməni geri oturtmaq məqsədilə əkshücum planlaşdırmışdı. Bunun üçün iki briqadanın artilleriyası birləşdirildi. Lakin, 9 iyul 93-cü ildə ATƏTin(o zaman ATƏM) Qarabağ üzrə Minsk konfransının sədri Mario Rafaellinin başçılığı ilə beynalxalq vasitəçilərin regiona gəlişi və sülh danışıqlarının bərpası ilə bağlı, H. Əliyev 8 iyul saat 23-də Ağdam briqadası komandiri T. Məmmədova dərhal döyüş əməliyyatlarını və 9 iyula planlaşdırılmış əkshücumun keçirilməsini dayandırmaq, beynalxalq vasitəşilərin cəbhə xəttini monitorinq edəcəyi ilə bağlı qoşunları ön cəbhədən çəkmək əmrini verdi. S. Hüseynovun bu qərara etirazına, H. Əliyev məsələnin sülh yolu ilə həll edəcəyini bildirmiş, ona isə ölkənin sosial- iqtisadi problemləri ilə məşqul olmağı tapşırmışdı. Vasitəçilərin iştirakı ilə Azərbaycan höküməti erməni tərəfilə, sonradan uzadılması nəzərdə tutulan, 10 günlük atəşkəs imzaladı. Bu 10 gün ərzində ermənilər toplarını Ağdamdan çəkməli və şəhəri top atəşinə tutmağa son qoymalı idilər. Lakin, ermənilər bu fasilədən istifadə edib, sülh danışıqların şərtlərini pozaraq, 19 iyulda tutduqları əlverişli mövqelərdən hücuma keçdilər. Beləliklə, 49 gün Ağdam müdafiəçilərinin qəhramancasına apardıqları döyüşlərdən sonra, 23 iyulda Ağdam işğal olundu. Ağdamın işğalından sonra da hər rayonu işğal etməmişdən, ermənilər Minsk Qrupu vasitəçilərin iştirakı ilə sülh danışıqlarının aparılması bəhanəsilə 10 günlük atəşkəslər imzalayıb, sonda növbəti rayonu işğal edirdilər. Qarabağın itirilməsi 1991-ci ilin sonlarından 1994-cü ilə qədər Azərbaycan iqtidarlarının münaqişənin həllində buraxdıqları kobud səhvlərə bağlıdı. Münaqişənin əvvəlindən Azərbaycan rəhbərləri təhlükənin ciddiliyini və mahiyyətini düzgün dərk etməmiş və qiymətləndirməmiş, məsələni sülh yolu ilə həllinə inanmışdılar və bu, özünü 1992-ci ildən başlayaraq, müharibə boyunca bağlanan atəşkəslər, döyüş əməliyyatlarının yarımçıq dayandırılması və bəzi hallarda dövlətin müharibə ilə yaxından məşqul olmamasında göstərmişdi. 15.07.2013. Nazim Bayramov.
Posted on: Mon, 15 Jul 2013 17:58:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015