"Qabaqlar nə "Face" bilərdik nə də "Twitter". Nə Jenifer - TopicsExpress



          

"Qabaqlar nə "Face" bilərdik nə də "Twitter". Nə Jenifer Lopez`i tanıyırdıq, nə də Justin Bieber`i. Bir Angelina Jolie var idi bir də Brad Pitt. Mobil telefonlarla, "Whatsapp"la böyümədik biz. Pokemonlarla böyüdük. Cedrik`lə böyüdük. Digərlərindən fərqlənən, Face`də 3000 dənə dostu olan və statuslarına 2000 like gələn deyildi. Ən çox kimin topu var idisə o idi digərlərindən fərqlənən "11 duş" oynayanda. Məhlədə toz içində oynuyurduq, yıxıla-yıxıla böyüyürdük, dizlərimiz qanayırdı. Qabıq tutanda da yaranı qopartmağı sevirdik. Qar yağanda lambir tapıb, üstündə oturub, buzda sürüşərdik. Əzələli və yaraşıqlı oğlanlar; seksi və gözəl qadınlar deyildi xəyalımızdakı insanlar. Ana və atalarımızdı.. Həmişə onlar kimi olmaq istəyirdik. Əvvəllər gerçək olmadığını bildiyimiz halda "Qulyabani"dən qorxardıq. Bizi "Bunu eləməsən interneti bağlayacam, luna parka aparmayacam!" kimi şeylərlə qorxuzmurdular. Kəndə gedəndə ağaca dırmanmaq idi ən böyük xəyalımız, "necə edim daha çox diqqət çəkim" kimi bir şey deyildi. Birindən xoşumuz gələndə ona məktub yazardıq, günlərlə necə bu məktubu verəcəyimizi düşünərdik, partada adımızın baş hərflərin yazardıq, daha Face`də profilini axtarmazdıq. Dürtməzdik. Dostluq atmazdıq. Ən azından xoşumuza gələn qızında gic stili, 15 sevgili ilə təcrübəsi, "Balamın balasının balasıyam" kimi ləqəbi və yekə iplərdən ibarət şuzikləri olmazdı. Ən azından düşünə bilən qız Face`də oğlanlarla rahat söyüşlə danışa bilən qız sayılmazdı. Ən azından bir qıza baxanda seks qoxusundan çox, gül qoxusu alardıq. Məktəbdə müəllimlərimizin heç vaxt yemək yeməyini və tualetə getməyini fikirləşə bilmirdik. Ağlımıza gəlmirdi. İndi sosial şəbəkələrdə müəllimlər şagirdləriylə dərsdən başqa hər şeydən danışır. Hanı indi o bloklarda "fişka" oynayan uşaqlar...? "Love is" saqqızının şəkillərini yığan uşaqlar...? Samakat düzəltmək üçün paselnik axtaran uşaqlar? Evə çörək aparmağı, yıxılanı qalxızmağı "Kişilik" bilirdik. İndi, bəziləri siqaret çəkib, Face`də like yığıb, küçədə qızlara söz atmağın "Kişilik" olduğu düşünülür. Ən bahalı telefonu işlətməyin, planşetinin olmağının, ipodunun olmağının, "BBM", "Face", "Twitter", "Whatsapp" hesabları olmağının, Malakanda yatmağın, "Bombalıq" sayıldığı bir gündəyik yəni. Çox yox, 4-5 il bundan qabaq idi dediklərim. Biz böyüdük və kirləndi dünya...? Nə oldu axı bu qədər dəyişəcək...? Keşkə yenə dəcəl bir uşaq olsaydıq və yenə dizlərimiz qanasaydı"...
Posted on: Wed, 11 Sep 2013 20:21:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015