Qan uyuşmazlığı nədir? Genetik xüsusiyyətlərə görə - TopicsExpress



          

Qan uyuşmazlığı nədir? Genetik xüsusiyyətlərə görə təyin olunmuş, 100-dən çox qan qrupu olduğu artıq təsdiqlənmişdir. Ancaq ümumi olaraq təsbit edilən, universal olaraq da qəbul görmüş, başlıca qan qrupları ABO sistemiylə adlandırılır. Hər bir insan A, B, AB və 0 qruplarından birinə sahibdir. Qan qrupları, qırmızı qan hüceyrələrinin üzərində olan antigenlərə görə təyin olunur və buna görə adlandırılır. A qrupu qanı olan insanlarda yalnız A antigenləri, B qrupunda yalnız B antigenləri, AB qrupunda hər iki (A və B) antigen olarkən “O” qrupu isə nə A, nə də B antigeni yoxdur. Bunlardan əlavə qan qruplarını daha da xüsusiləşdirən digər antigenlər də mövcuddur. Bunlardan ən təyin edici olanı Rh faktorudur. Qanında Rh antigeni olmayan Rh mənfi (-), Rh antigeni olanlar Rh müsbət (+) olaraq təyin olunur. İnsanların 85%-ində çoxu Rh müsbətdir. Qan uyuşmazlığı xüsusilə ananın Rh (-), atanın Rh (+) olduğu vəziyyətlərdə meydana gəlir. Doğum öncəsi görülən tədbirlər: Hamilə qadının qan qrupunun doğumdan əvvəl bilinməsi bir zəruridir. Qan qrupunun bilinməsi doğulacaq qan uyuşmazlığı vəziyyətlərinə qarşı tədbir almaq üçün olduqca əhəmiyyətlidir. Bunun nümunələrindən biri ana Rh (-), ata Rh (+) olduğunda doğulacaq körpənin, Mendel qanunlarına görə, atanın genetik quruluşuna bağlı olaraq (heterozigot və ya homozigot) 50% və ya 100% Rh (+) olaraq dünyaya gəlməsidir. Ananın Rh (-), atanın Rh (+) olduğu hər vəziyyətdə ümumi olaraq, klassik “qan uyuşmazlığı” olduğu var sayılır. Dünyaya gələn körpə həqiqətən Rh (+) isə, qanı çox az miqdarlarda belə olsa ananın qanına qarışsa təhlükəli bir vəziyyət ortaya çıxır. Çünki ananın immunitet sistemi öz qırmızı qan hüceyrələrindən fərqli olan, körpənin qırmızı qan hüceyrələrinə qarşı anticisim deyilən maddələr meydana gətirir. Klassik qan uyuşmazlığı vəziyyətlərində ananın antikorları ikinci hamiləlikdə, döl dövranına ciftdən keçərək qan hüceyrələrini öldürməyə başlayır. Nə qədər böyük nisbətdə anticisim keçsə, körpənin ana qarınında, qan azlığı ilə əlaqədar ürək çatmazlığı və buna bağlı ölmə riski o qədər artar. Həm ananı həm də körpəni qorumaq üçün ən uyğun həll, ananın immunitet sisteminə xəbərdaredici müalicənin aparılmasıdır. Bu səbəblə Rh (-) olan hər ana namizədi, hamiləliyin erkən dövründə anti-Rh anticisimlər baxımından araşdırılmalıdır (indirekt Coombs Test.) Qan uyğunlaşmazlığı ən əhəmiyyətli müalicəsi qorunma olduğundan aşağıdakı qaydalara riayət edilməlidir: - Hamiləlik dövrünün əvvəlində ər arvadın qan qrupları təsbit edilməlidir. - Qan uyuşmazlığı varsa indirekt COOMBS testi uyğun fasilələrlə tekrarlanmalıdır. - Lazım olan təqdirdə ilk hamiləlikdə 28. həftədə erkən qorunma iynəsi (Rh hiper immün globulin) edilə bilər. - Körpənin qan qrupu Rh müsbət isə; sonrakı körpələri qorumaq üçün antikor istehsalını maneə törədəcək Rh hiperimmunglobin injeksiyasıu 72 saat içində edilməlidir. - Hamiləliyin irəliləyən aylarında; qandakı anticisim səviyyəsinə nəzarət edilir. Anticisim səviyyəsi yüksəkdirsə, xüsusi testlərlə körpənin mütləq müalicə edilməlidir. - 3 aydan böyük uşaq salmada, immunglobulin tətbiqi tam dozada edilməlidir. İlk 3 ay ərzində 6 – 8 həftədən sonra döldə qırmızı qan hüceyrələri meydana gəlməyə başladığından aşağı doza hiperimmunglobulin (qoruyucu iynə) edilməsi uyğun olar. - Tibbi səbəblərlə və ya istəyə bağlı olaraq abortlarda Rh hiperimmunglobulin müdaxilədən əvvəl tətbiq olunmalı, əməliyyat mümkünsə vakuum ilə edilməlidir.
Posted on: Wed, 11 Sep 2013 15:07:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015