Rembo ləqəbli əfsanəvi qəhrəman Elxan - TopicsExpress



          

Rembo ləqəbli əfsanəvi qəhrəman Elxan Əlibəyli. Qarabağ müharibəsinin döyüşçüsü, 2-ci qrup əlil Əlibəyli Elxan Şirbağır oğlu 14 sentyabr 1970-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olub, 1-ci Qarabağ müharibəsinin iştirakçısı 2-ci qrup əlildir. 1988-1990-cı illərdə Sovetlər Birliyinin ordu sıralarında xidmət edib, 1991-ci ildə könüllü olaraq Lənkəran batalyonu” adı altında yaradılmış silahlı bölmə tərkibində Qarabağ uğrunda gedən döyüşlərə qatılıb, daha sonra 704 saylı hərbi hissənin tərkibində könüllü xidmətini davam etdirərkən döyüşlərin birində ağır kontuziya alaraq yaralanıb, bir gözü görmə qabiliyyətini itirib. 1994-cü il oktyabr ayının 9-da Prezident Heydər Əliyevin 218 saylı Fərmanı ilə Hərbi xidmətə görə” medal ilə təltif olunub.Daha sonra səhhətində yaranan ciddi problemlərlə bağlı ordu sıralarından zabit olaraq ehtiyata buraxılıb. Hal-hazırda Hollandiyada yaşayır. Allah ömrünü uzun etsin can sağlığı versin.
Posted on: Mon, 03 Feb 2014 12:41:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015