Sabir Rüstəmxanlı Cəmil Həsənlinin kitabı Azərbaycan Xalq - TopicsExpress



          

Sabir Rüstəmxanlı Cəmil Həsənlinin kitabı Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunsa da, əslində Cümhuriyyətin ümumi tarixidir. Bu tarix ən ciddi şəkildə öyrənilməli və öyrədilməlidir. Çünki dünya dəyişilməyib, köhnə qurdlar yerindədir, bir sıra güclərin Qafqaz iştahı da soyumayıb və Cümhuriyyətin xarici siyasəti həm də bugünkü hadisələri anlamaq, gələcəyimizi müəyyənləşdirmək baxımından son dərəcə ibrətamiz və önəmlidir. Cəmil bəyin qələmiylə ortaya çıxarılan və təhlil edilən, incələnən onlarla, yüzlərlə tarixi dəlil, sənəd, olay var ki, yalnız Xalq Cümhuriyyəti qurucularının apardığı ağır mübarizənin mənasını, dəyərini anlamağımıza yardımçı olmasıyla qalmır, həm də bugünümüzə işıq tutur. Bir örnək: bu gün Azərbaycanda (hələ kənar ölkələri demirəm) dövlət vəzifələri tutan və ya adını alim, ziyalı qoyan adamların çoxu – Azərbaycan torpaqları üzərində Ermənistan adlı bir dövlətin nə zaman, necə qurulduğunu bilmirlər. Cəmil Həsənli yazır: “Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılmasında və tarixən azərbaycanlılara məxsus olan bir sıra ərazilərin dövlət ola bilmək üçün ermənilərə verilməsində Osmanlı siyasi dairələrinin fikirləri birmənalı deyildi. Birinci Dünya Müharibəsinin sonunda Türkiyənin siyasətini müəyyən edən baş nazir Tələt Paşa və hərbi nazir Ənvər Paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını uyğun bilmirdilər…”
Posted on: Fri, 06 Sep 2013 18:16:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015