Sadıqov: XL üzərindəki qələbəyə görə futbolçularımıza - TopicsExpress



          

Sadıqov: XL üzərindəki qələbəyə görə futbolçularımıza mükafat verilməyəcək Neftçi”nin prezidenti Sadıq Sadıqovun səhifəmizə müsahibəsi - Komandanızın “Xəzər Lənkəran”la oyunu barədə nə deyə bilərsiz? - Oyundan öncə hesabın bu cür böyük olacağını heç təsəvvür belə edə bilməzdim. Yəqin ki, belə bir hesabın olacağını desəydim, mənə gülərdilər. Amma uşaqlar öz oyunlarıyla göstərdilər ki, bu qələbəyə layiqdilər. Futbolçularımızı və məşqçilər korpusunu təbrik edirəm. Onlar layiqli şəkildə qələbə qazandılar. - Super Kubok oyunundakı məğlubiyyətin qisasını almaq hissi var idi? - Bəs necə? Naxçıvandakı məğlubiyyətdən sonra rəqibdən zəif olmadığımızı isbatlamağa borclu idik. Şadam ki, revanş ala bildik. - Azarkeşlər az idi... - Bunun səbəbi aydındı. Siz məndən nə eşitmək istəyirdiz ki? “Xəzər Lənkəran” azarkeşlərini AFFA İntizam Komitəsi cəzalandırıb. Bu da öz təsirini göstərdi. Onların da azarkeşləri olsaydı, stadion tam dolardı. Görünür, hələlik belə lazımdı. - Ola bilər ki, bundan sonra həmişə belə olsun? - Əlbəttə ki, yox. Super Kubok oyunundan sonra biz bütün fikir ayrılıqlarını müzakirə etdik və klublar arasında problem yoxdu. “Xəzər Lənkəran” da Azərbaycan klubudu, onlar da, biz də futbolumuzun inkişafı üçün çalışırıq. Cənub klubunun yaxşı azarkeş ordusu var. İlk dövrədə baş verənlərin təkrarlanacağını düşünmürəm. Yaxın zamanlarda azarkeşlərlə bağlı qadağanın ləğv olunacağını düşünürəm. Bizim klubların əsas hədəfi avrokuboklarda uğur qazanmaq olmalıdı. Kuboku, Premyer Liqanı qazanmaq problem deyil. Beynəlxalq arenada uğur qazanmaq lazımdı. - Nazim Süleymanovun üçüncü köməkçisi kim olacaq? - Hələlik onun köməkçisi Səmədağa Şıxlarovdu.Üçüncü köməkçi barədə mənə heç nə deməyib. Bizdə həmçinin fiziki hazırlıq üzrə və qapıçılarla işləyən məşqçilər də var. Gördüyünüz kimi, hər şey qaydasındadı. Hələ ki, əlavə köməkçiyə ehtiyac yoxdu. - Yəqin ki, komandanı əzəli rəqibi üzərindəki qələbəyə görə yaxşı mükafat gözləyir... - Bu oyuna görə mükafat olmayacaq. Mövsümün əvvəlindən heç kimə mükafat verməmişik. Klubun sponsorları ilə danışığımız olub. Kluba mükafat yalnız çempion olacağı və ya kuboku qazanacağı təqdirdə veriləcək. Əgər komanda hər oyunda qələbə qazanacağı halda mükafat alacaqsa, çempion olacağımız halda nə etməliyik? Yeni sistem kifayət qədər normaldı.Futbolçularda daim stimul olacaq ki, hər oyunda qələbəyə oynasın. FUTBAZ
Posted on: Sun, 03 Nov 2013 07:15:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015