Serkulyarizm.org da yeni yazımız. buyurun oxuyun. Ernst - TopicsExpress



          

Serkulyarizm.org da yeni yazımız. buyurun oxuyun. Ernst Haeckel və Darwin haqqındakı yalançı iddialara cavab Yaradılışçıların təbliğat sənədlərinə baxdığımda ağılıma həmişə, çöl həyatının güclü və məğrur heyvanı dəvəyə ətf edilən və çoxumuzun bildiyi kiçik əhvalat gəlir. Boyun niyə əyridi? deyə soruşulduğunda, onun Haram düzdür ki! dediyi əhvalat. Yaradılışçıların iddialarıyla əlaqədar hansı mövzuya əl atılsa, içindən mütləq bir yalanın çıxması, artıq uşaqların daanladığı sıravi bir gerçək halına gəlmiş vəziyyətdədir. Bu da onların növbəti yalanlarından biri: Science`dakı xəbər və yaradılışçı şərhi Yaradılışçıların təbliğat məqsədiylə geniş şəkildə istifadə etdikləri sənədlərdən biri açıldığında, Elm Tarixinin Ən Böyük Saxtakarlığı: Təkamül Nəzəriyyəsi başlığı görülür. Lakin başlığın dərhal altına baxıldığında, böyük saxtakarlığı ifşa edənin özünün də saxta bir ad istifadə etdiyi görülür. Təkamül qaydası, mütəxəssislik istəyən bir mövzu olduğuna görə, bunu ifşa edənin heç olmasa bir yüksək təhsilinin olması lazım deyilmi? Sən demə, adam lisey məzunu imiş. Saxta adlı, saxta mütəxəssis, elm saxtakarlığını açıqlayır! Baxaq bu işin mümkünü varmı? İnternetdəki yazını oxumağa davam edək: Məşhur elm jurnalı Science, 5 Sentyabr 1997 tarixli sayında, Haeckelin embrion şəkillərinin bir saxtakarlıq məhsulu olduğunu açıqlayan bir məqalə nəşr etmişdir. Haeckelin Embrionları: Saxtakarlıq Yenidən Kəşf edildi! başlıqlı yazıda belə deyilməkdədir: Londondakı St. Georges Hospital Medical Schooldan embriyoloq Michael Richardson, `Heackel`in çəkdiyi embrionların bir-birinə çox bənzədikləri təəssüratı səhvdir. deyir... O və yoldaşları Haeckelin çəkdiyi növdəki və yaşdakı canlıların embrionlarım yenidən araşdıraraq, fotoşəkil çəkərək öz müqayisələrini etmişlər. Richardson, Anatomy and Embryology jurnalına yazdığı məqalədə, Embrionlar çox vaxt çaşdırıcı dərəcədə fərqli görünürlər. deyə qeyd edir. Haeckel, embrionları bənzər göstərə bilmək üçün, bəzi orqanlan qəsdli olaraq şəkillərindən çıxardığını ya da xəyali orqanlar əlavə etdiyini bildirən Science jurnalı, yazının davamında bu məlumatları verməkdədir: Richardson və qrupunun bildirdiyinə görə, Haeckel yalnız orqanlar əlavə etmək ya da çıxarmaqla qalmamış, eyni zamanda fərqli növləri bir-birlərinə bənzər göstərə bilmək üçün böyüklükləri ilə oynamış, bəzən embrionları gerçək ölçülərindən on qat fərqli göstərmiş. Richardson, Haeckelin şəkilləri biologiyadakı ən böyük saxtakarlıqlardan biri halına gəlir. deyir. Bu götürmədən sonra saxta adlı, saxta mütəxəssisimiz çoxbilmişcə bir qiymətləndirmə edir: Təkamül nəzəriyyəsini dəstəkləmək uğruna edilən bütün bu elmi saxtakarlıqlar ya da ön mühakiməli qiymətləndirmələr, bu nəzəriyyənin elmi bir şərhdən çox, bir növ ideologiya olduğunu göstərməkdədir. Hər ideologiyanın olduğu kimi, bu ideologiyanın da fanatik tərəfdarları vardır və bunlar təkamülü hər nə bahasına olursa olsun isbat etmə səyi içindədirlər. Ya da nəzəriyyəyə elə bir şəkildə bağlanmışlar ki, əllərinə keçən hər tapıntını, təkamüllə heç birəlaqəsi olmasa da, nəzəriyyənin böyük bir dəlili hesab etməkdədirlər. Bu şübhəsiz elm adına kədərli bir tablodur; çünki elm dünyasının əsassız bir doqma uğruna səhv istiqamətləndirildiyini göstərər. İndi bu yazını oxuyan bir adam nə düşünər? Başında böyük ehtimalla Ernst Haeckel, işləri və təkamül qaydası haqqında ciddi suallar meydana gələr. Heç olmasa bir şübhə doğular. Hətta, tanınmış elm jurnalı Science belə mövzunu ələ aldığına görə, görəsən yaradılışçıların ifadələri doğru ola bilərmi, deyə də düşünə bilər. Alim Michael Richardsonun şərhləri İndi işin əslinə baxaq... Ardı..... sekulyarizm.org/268-ernst-haeckel-v-darwin-haqq-ndak-yalanc-iddialara-cavab
Posted on: Sun, 02 Feb 2014 12:21:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015