Səcdə edənlə səcdə olunan arasındakı fərq: Vəhhabilərin - TopicsExpress



          

Səcdə edənlə səcdə olunan arasındakı fərq: Vəhhabilərin şiələrə irad tutduqları məsələlərdən biri guya, şiələrin möhürpərəst olmasıdır. Şiələrin qarşısında möhür olduğu üçün onları bu cür adlandırırlar. Cavabında belə deməliyik: “Təəssüflər olsun ki, vəhhabilər kiçik bir bəhanə ilə şiələrin müşrik olmasını sübut etməyə çalışmaq ardıncadırlar. Onların özləri də bilirlər ki, şiələr möhürə ibadət etmirlər və ona səcdə etmələrinə səbəb, möhürün pak olması və torpağın bir hissəsini təşkil etməsidir.” Əgər möhürə səcdə etmək şirkdirsə, onda, şübhəsiz ki, paltar, xalı və digər şeylərə səcdə etmək də şirkdir. Əgər şiələrin, nəuzubillah, möhürə ibadət və pərəstiş etdiyini düşünürlərsə, onda, vəhhabilərin özləri də xalça, palaz və digər şeylərə ibadət edirlər. Bu məsələdə möhürlə xalça arasında hansı fərq var?
Posted on: Sat, 21 Sep 2013 16:27:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015