Sənə eylədiyim haramın olsun. Halallıq istəmə vəfasız - TopicsExpress



          

Sənə eylədiyim haramın olsun. Halallıq istəmə vəfasız yarım, Sənə eylədiyim haramın olsun. Sən cəfa etmisən,şəfasız yarım, Sənə eylədiyim haramın olsun. Mən səni saf bildim göz yaşı kimi, Inandım çox heyif verdim qəlbimi, Sonunda aldatdın əydin qəddimi, Sənə eylədiyim haramın olsun. Sinəmdə saz idin ,könlümdə kaman, Dünyam sevinərdi sən gülən zaman, Indidə olmuşam gözündə düşman, Sənə eylədiyim haramın olsun. Dağlarda qar idin əridin daha, Bağlarda bar idin çürüdün daha, Leylitək yar idi yürüdün daha, Sənə eylədiyim haramın olsun. Ağladın gözünün yaşını sildim, Içimdə sızladım ,üzünə güldüm, Yalandan qurduqun hiləni bildim, Sənə eylədiyim haramın olsun. Müəllif Mücirəddin Beyləqani
Posted on: Sun, 07 Jul 2013 19:59:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015