(Tebyan saytına istinadən) Şübhəsiz ki, bütün insanların - TopicsExpress



          

(Tebyan saytına istinadən) Şübhəsiz ki, bütün insanların rəftarına təsir edən amillərdən ən mühümü - başqalarının fikir və düşüncəsidir. Bəli, insanların rəyi və başqalarının dedikləri insan rəftarına birbaşa təsir edir. Məsələn insan bir işi görən zaman başqaları ona əhsən və afərin deyəndə o, bu işi görməyə daha çox stimul əldə edir və bu işi daha yaxşı görməyə çalışır. Bəzən də insan elə bir iş görmək istəyir ki, yaxşı bir işdir, ancaq onu başqalarını bəyənmədiyinə görə etmir. Bu zaman vəzifəmiz nə olmalıdır? İnsan başqalarının fikirlərinə nə qədər qarşı çıxa bilər? İnsanların bəyəndiyini etməlidir, yoxsa özünün düz hesab etdiyini? Bəzən insan bir işi özünə vacib hesab edir və onu yerinə yetirmək istəyir. Ancaq əgər bu işi görsə, arvadı, ata və anası, uşaqları onu məzəmmət edəcəkdir. Bu zaman nə etməlidir? Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54). İmam Əlinin (ə) vəsiyyətində də bu mövzuya toxunulmuşdur. İmam (ə) buyurur: “Allah yolunda o cür ki, layiqlidir cihad et və heç bir məzəmmət edənin məzəmməti səni Allah yolundan saxlamasın”. Yəni Allah yolundakı cihadı yerinə yetirin və o şey ki, vəzifədir, onu kamil şəkildə görün. Heç bir zaman vəzifəni yerinə yetirən zaman öz malını, canını, abırını və izzətini əsirgəmə. İnsan əgər başqalarının sözünə görə İlahi vacibatını əldən verərsə, bu zaman hər iki dünyada bəlaya düçar olar. Belə yanaşma həm insanın özünü və həm də cəmiyyəti məhvə sürükləyər. Bəzən insan uzun düşüncədən sonra Allahın yolunu seçər və vacibatları yerinə yetirməyi qərara alar. Ancaq əməl meydanına qədəm basanda başqalarının buna qarşı reaksiyasını görər. Onlar deyirlər ki, bu işi görmə. Bu sözlər ona təsir edər, vacibatı yerinə yeirməkdə süstləşər və bu əməli tərk edər. İmam Əli (ə) İmam Həsənə (ə) bu bəla haqqında belə buyurur: “Gərək cihad edəsən. Məbada, başqalarının fikri səni təsiri altına alsın və İlahi vacibatı yerinə yetirməyə mane olsun. Məbada, başqalarının sözlərinin təsiri altında özün üçü təyin etdiyin vəzifəni tərk edəsən”. Həqiqi Əhli-beyt (ə) davamçısı gərək başqalarının sözlərindən təsir altına düşməsin və Məsumlar (ə) bunu həqiqi mömin olmağın meyarı adlandırmışdır. İmam Muhəmməd Baqir (ə) hədislərin birində Cabir ibni Cəfiyə ərz edərək, buyurur: “Ey Cabir! Əgər bizim davamçılarımızdan olmaq istəyirsənsə, bizim davamçılarımız belədir ki, əgər şəhərin bütün insanları toplaşıb şüar versələr ki: “Cabir ölsün! Cabir pis kişidir! O, kafirdir!”. Onların bu məzəmməti sənin qəlbinə təsir etməməlidir. Səni bir zərrə belə qorxutmamalıdır. Əgər bütün şəhər toplaşıb desələr ki: “Afərin! Əhsən! Yaşasın Cabir!” İnsanların tərifi qəlbinə təsir etməməlidir və bir zərrə səni sevindirməməlidir”. Əlbəttə, bu cür ruhuyyəyə malik olmaq çox çətindir. Təsəvvür edin ki, bir nəfər bizə deyir ki: “Niyə filan işi görmüsən?”. Narahat olur və həmin əməldə süstləşirik. O ki, qaldı bütün insanlar bu işi görsünlər. Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, İlahi vəzifəni yerinə yetirən zaman malından, canından, abırından və izzətindən əsirgəməsinlər. Bu məktəbdə tərbiyə olunanlar bütün ömürlərini İslami əqidələri və dəyərləri bəyan etməyə və yaymağa sərf edərlər. Əgər bu cür insan məzəmmətlə qaşrılaşarsa, heç bir zaman peşman olmaz. O kəs ki, İlahi hədəflə dini təhsil alar və İlahi maarifi təbliğ edər, heç bir zaman başqalarının məzəmmətinə görə bu işdən soyumaz. Əgər ona nə qədər desələr ki, “filan işi gərsəydin ayda filan qədər alardın, bu qədər yoxsulluq içində oxuya bilməzsən”, onun düzgün əqidəsinə təsir qoymaz. Bu İmam Əlinin (ə) göstərişi idi. İnsan ilk növbədə özünə baxmalıdır və əgər əməl və rəftarı İlahi rizanın əksinədirsə, bu zaman onu dəyişməyə çalışmalıdır. Əgər insanların sözünə görə vacibatı tərk edirsə, gərək həqiqi Əhli-beyt (ə) davamçısı olmağında şəkk etsin. Ona görə də gərək biz Allahın və Quranın kəlamlarını meyar qəbul edək və onu yerinə yetirməyə çalışaq. Bizim yolumuz Quranın yolu olmalıdır. Quran bizə nəyi tövsiyə edirsə, onu da yerinə yetirməliyik. Vacib buyurduqlarını etməli və qadağan etdiklərindən çəkinməliyik. Ona görə də biz özümüzü Quranla tərbiyə etməliyik. Vəzifəmizi müəyyən etməli və onu eybsiz yerinə yetirməliyik. İmam Əli (ə) buyurur: “Əgər insan öz vəzifəsinə əməl etmək istəyirsə, gərək ilk növbədə vəzifəsini tanısın, vəzifəni tanımaq isə dini həqiqətləri və İlahi maarifi dərk etmədən əldə olunmaz”. Ona görə də insan ilk növbədə öz dininə qarşı agahlığı olmalıdır. Dini vacibatları öyrənməli və bu sahədə elmi olmalıdır. Sonra da öz vəzifəsinə əməl etməlidir. Ona deyilən sözlər hər nə qədər qəlbi incidən olsa da, vəzifəsinə qarşı onu süstləşdirməməlidir. Hazırladı: Məşhədi Xanım
Posted on: Wed, 18 Sep 2013 13:51:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015