#TechnetAZ - Bizə dəstək olun ki, sizə dəstək ola bilək - TopicsExpress



          

#TechnetAZ - Bizə dəstək olun ki, sizə dəstək ola bilək Əziz dostlar. Bu gün(04.08.2013) "TechNet.Az - Texnologiya Azərbaycan" qrupunun 1 yaşı tamam olur. Hamınız çox yaşı bilirsiniz ki, doğma dilimizdə İT resursları olduqca azdır, nəhəng informasiya çatışmazlığımız var. Technet-in əsas işi də, məhz bu boşluğu öz doğma dilimizdə məqalə və dərs paylaşmaqla doldurmağa çalışmaqdır. Bu bir il ərzində çoxlu sınaqlardan keçib, stabil komanda formalaşdırdıq. Tam təmənnasız, Azərbaycan dilinin daşıyıcıları üçünresurs yaratmaq üçün əlimizdən gələni edirik və edəcəyik. Bu komanda bir il ərzində nə az nə çox düz 379 məqalə yazmışıq. 01.01.2013-04.08.2013 - 8 aylıq hesabatımıza nəzər salaq. 27.994 nəfər ziyarətçimiz olub. (visitors) Onların 66.1%-i geri dönən / 33.9%-i isə yeni qoşulan (unique visitor) 106.425 dəfə səhifə görüntülənib. (pageviews) Bu məqaləni yazanlar kimdi bəs? Məqalə sayına görə sıralamımız belədir. Farhad KARIMOV (73) Elgüc Yusifbəyli (57) Turqut Vəliyev (27) Araz Ayyubov (24) Elvin Əmirov (22) Vüsal Məstəliyev (21) Royal Əmrahov (17) Kənan Əkpərov (17) Elxan Əliyev (12) Aydın Əliyev (8) Fərid Mirzəyev (7) Elmir Etibaroğlu (7) İsayev Sevdimalı (7) Ağa (6) Elvin Yusifli (6) Əmin Hüseynzadə (5) Sübhi Tağıyev (4) Eldar İlyasov (3) Şəhriyar Rzayev (3) Rizvan Bayramov (3) Anar Zəki (2) Vahid Kazımov (1) İsmayil İsmayilov (1) Ziya Bayramov (1) Facebook Fan Page-miz. https://facebook/pages/TechnetAz/125308017637774 Qarşıda hələ böyük hədəflərimiz, görəcəyimiz çox iş var. Bilik paylaşdıqca artan sərvətdi dostlar. Bizə dəstək olun ki. sizə dəstək ola bilək! —
Posted on: Sun, 04 Aug 2013 02:54:58 +0000

Recently Viewed Topics




© 2015