Təkamül nədir? Biologiyada təkamül nəzəriyəsi bizə yerdə - TopicsExpress



          

Təkamül nədir? Biologiyada təkamül nəzəriyəsi bizə yerdə həyatın tam olaraq necə başladığını izah etmir amma bizə həyatın 1 canlıdan bu qədər müxtəlif canlıların əmələ gəldiyini izah edir.Tək hüceyrəli canlılardan tutmuş çiçək və delfinlərə kimi bütün canlılar çoxala bilir.Onlar DNT çoxaldaraq bunu digər nəsillərə ötürüb özlərini kopyalayırlar.DNT hər bir hüceyrənin içində olan onların necə böyüyüb işləyəcəyini deyən kimyəvi zəncirdir.DNT mizin bizim necə böyüyəcəyimiz haqqında kodlanmış məlumatı vardır.DNT lərimiz bir birindən fərqlənir məsələn bizim DNT mizlə nərgiz gülünün DNT si eyni deyil ona görə bu bitkiyə oxşamırıq.Növ daxilində də DNT miz bir az fərqlidi məsələn Michael Jacksonla eyni DNT nin sahibi deyiləm ona görə onun kimi mahnı oxuya yaxud ona bənzəmirəm.Amöb yaxud onun kimi sadə tək hüceyrəli canlılar öz daxilindəki DNT ni kopyalayıb 2 yə bölünürlər sonra isə yenidən öz əvvəlki vəziyyətlərinə qayıdırlar.Əgər hər şey düzgün getsə hər 2 amöb bir birinin kopyası olacaqdır amma təbiətdə hər şey mükəmməl deyildir.DNT kopyalanan zaman kodlaşdırılmasında xətalar baş verə bilər biologiyada buna biz mutasiya deyirik.Bu mutasiyalar hüceyrənin bədən formasını və funksiyasını dəyişə bilər.Bu zaman hüceyrənin kopyasının ilkin hüceyrəyə nəzərən daha uzun qolu ola bilər.Bu hüceyrə çoxala bilsə öz DNT sindəki məlumatı digər nəsilə ötürəcəkdir.Təkamül nəsillər arasındakı özəllikləri irsi ötürməkdir.İnsan delfin və porsuqlarda çoxalma bir az daha qarmaşıqdı.Biz çoxalmaq üçün özümüzə bir partner tapmalıyıq.Məsələn porsuqlar çoxalan zaman erkəyin DNT sinin yarısı olan sperm hüceyrəsi dişinin DNT sinin yarısı olan yumurta hüceyrəsi ilə birləşib hər bir fərdin yarı məlumatı olan yeni bir DNT əmələ gətirir.Yeni doğacaq porsuğun böyüyüb çoxalması üçün lazım olan bütün məlumat artıq onun DNT sində vardır.O bəzi özəlliklərini ata fərddən bəzilərini ana fərddən almışdır amma DNT mutasiyaları zamanl o da özünə aid yeni xüsusiyyətlər qazanmışdır.Məsələn onun atası kimi uzun dırnaqları anası kimi geniş pəncələri və özünün qazandığı tüklü qulaqları vardır.Əgər bu fərd çoxalacaq qədər uzun yaşıya bilsə o da özündəki bu yeni xüsusiyyətləri digər nəsillərə ötürəcəkdir.Gördüyünüz kimi Təkamül sadədir biz demək olar ki hər gün bunun şahidi oluruq.DNT də baş verən kiçik dəyişiklər zamanla böyük fərqlər yarada bilir.Əgər zamanda bir neçə min il əvvələ getsək bütün itlərin Boz qurdların təkamül etdiyini görərik.Canavarlarda baş verən təkamül insanlar tərəfindən aparılırdı.İnsanlar qurdlarda bəyəndiyi xüsusiyyətləri seçib onları cütləşdirirdi və onların istədiyi balaları saxlayırdı.Zaman keçdikcə fərqli fərqli yetişdiricilər bəzi itləri böyüklüyünə görə bəzilərini kiçik olduğuna yaxud ağıllı və ya güclü olduğuna görə seçib bir çox yeni cins aldılar.Bu gün canavarlardan yüzlərlə yeni it alınıb onların çox azı öz əcdadları kimi davranır.Bu gün riyaziyyat kimya genetika paleontologiyadakı dəlillər onu göstərirki hər bir itin qurdlardan əmələ gəldiyi kimi bütün canlılar bir canlı da bir canlıdan əmələ gəlib.Biz ilk canlının necə olduğunu tam bilmirik amma onu bilirik ki çoxalma kimi sadə proses milyardlarla ilə təbiətdə bu qədər fərqlilik yarada bildi.İndi siz soruşa bilərsiniz ki təkamül təsadüfüdü?.Yəni bir qurdun balaca ev itlərinə dönməsi prosesi insanlar kimi ağıllı canlılar tərəfindən aparılıb dı bəs bu təbiətdə necə oldu?.Alimlər iddia edirlər ki bütün məməlilər siçan kimi balaca canlıdan əmələ gəlibdi.Amma bir siçanla bir fil arasındakı bu fərq necə əmələ gəldi?Bu prosesə kim rəhbərlik etdi? 18 ci əsrin əvvəllərində 2 adam Charles Darwin və Alfred Russel Wallece bir birindən xəbərsiz təbii seçməni kəşf etdi.Bu prosesi aparacaq adam mütləq lazım deyildir.Bu haqda sonra yazacam
Posted on: Fri, 19 Jul 2013 14:30:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015