UEFA Avropa Liqasının 2012/13 mövsümündə klublara - TopicsExpress



          

UEFA Avropa Liqasının 2012/13 mövsümündə klublara payladığı pulun məbləğini açıqlayıb. Fanat.az xəbər verir ki, Avropa futbol qurumu 56 kluba 209 milyon avro verib. Mükafatlar klublara qrup (62.4 milyon), 1/16 (6.4 milyon), 1/8 (5.6 milyon), 1/4 (2.6 milyon), yarımfinal (4 milyon) və final (7 milyon) mərhələlərində iştiraka, həmçinin performansa, bonuslara və marketinqə görə paylanıb. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən “Neftçi”nin gəliri 1 milyon 690 min 902 avro olub. Azərbaycan çempionu qrup mərhələsinə qatıldığına görə 1.3 milyon avro əldə edib. UEFA təmsilçimizə performansa görə 300, marketinqə görə 90 min 902 avro ödəyib. Ən çox gəliri “Fənərbaxça” əldə edib. Türkiyə klubu yarımfinala qədər gəldiyi yarışda 11 milyon 181 min 270 avro qazanıb. Çempionlar Liqasından gələn və Avropa Liqasının qalibi olan “Çelsi” 10 milyon 704 min 878 avro əldə edib. İlk üçlüyü “Latsio” qapayıb – 9 milyon 560 min 976 avro. Avropa Liqasına qatılanlar A Qrupu Anji (Rusiya) – 4.889.010 Yanq Boyz (İsveçrə) – 2.212.164 Liverpul (İngiltərə) – 5.033.719 Udineze (İtaliya) – 4.008.947 B qrupu Akademika (Portuqaliya) – 2.228.204 Hapoel (Təl-Əviv, İsrail) – 1.677.131 Atletiko (İspaniya) – 5.417.273 Viktoriya (Çexiya) – 3.321.565 C qrupu Olimpik (Marsel, Fransa) – 3.785.242 AEL (Cənubi Kipr) – 1.853.524 Borussiya (Münhenqladbax, Almaniya) – 4.543.401 Fənərbaxça (Türkiyə) – 11.181.270 D qrupu Brügge (Belçika) – 2.029.773 Maritimo (Portuqaliya) – 2.120.204 Nyukasl (İngiltərə) – 5.302.106 Bordo (Fransa) – 6.901.704 E qrupu Molde (Norveç) – 2.451.983 Ştutqart (Almaniya) – 5.690.187 Styaua (Rumıniya) – 4.366.707 Kopenhagen (Danimarka) – 3.186.802 F qrupu AIK (İsveç) – 1.856.245 Dnepr (Ukrayna) – 3.340.383 PSV (Hollandiya) – 3.285.670 Napoli (İtaliya) – 6.898.534 G qrupu Bazel (İsveçrə) – 4.968.490 Genk (Belçika) – 3.363.622 Videoton (Macarıstan) – 1.870.695 Sportinq (Portuqaliya) – 2.020.204 H qrupu Neftçi (Azərbaycan) – 1.690.902 İnter (İtaliya) – 6.634.851 Rubin (Rusiya) – 7.613.381 Partizan (Serbiya) – 1.923.209 İ qrupu Hapoel (Kiryat Şmona, İsrail) – 1.550.131 Olimpik (Lion, Fransa) – 7.038.242 Sparta (Çexiya) – 2.537.827 Atletik (İspaniya) – 3.205.901 J qrupu Latsio (İtaliya) – 9.560.976 Maribor (Sloveniya) – 1.682.829 Panatinaikos (Yunanıstan) – 3.784.735 Tottenhem (İngiltərə) – 5.402.106 K qrupu Metalist (Ukrayna) – 3.240.383 Rapid (Avstriya) – 1.880.786 Rusenborq – 2.451.983 Bayer (Almaniya) – 4.643.401 L qrupu Hannover 96 (Almaniya) – 4.843.401 Levante (İspaniya) – 5.559.721 Helsinqborqs (İsveç) – 1.996.245 Tvente (Hollandiya) – 2.661.670 Çempionlar Liqasından gədənlər Çelsi (İngiltərə) – 10.704.878 Zenit (Rusiya) – 980.374 Ayaks (Hollandiya) – 581.214 Benfika (Portuqaliya) – 5.770.144 Olimpiakos (Yunanıstan) – 524.738 ÇFR (Rumıniya) – 284.149 Dinamo (Kiyev. Ukrayna) – 241.416 BATE (Belarus) – 205.648
Posted on: Wed, 24 Jul 2013 18:51:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015